Edamlar Misiri fəlakətə sürükləyə bilər
ucgen

Edamlar Misiri fəlakətə sürükləyə bilər

688

Müsəlman Qardaşlar və oradan ayrılan digər qruplar tarix boyunca müxtəlif basqınlara, sürgünlərə məruz qalıblar. Bəzi dairələr daima bu qruplara qarşı “parçala və məhv et” siyasəti yürüdüblər. Zaman keçdi, tarix yazıldı, liderlər və hətta sərhədlər dəyişdi, amma bu məhvetmə siyasəti dayandırılmadı.

Dəyişiklik ilk dəfə 2011-ci ildə Misirdə həyata keçiriləcəkdi. Misirin baş aktyorlarından olan Müsəlman Qardaşlar qrupu illərlə sadəcə bir fikir birliyi içində mövcud idi. Mübarəkin 30 illik hakimiyyətindən sonra ilk dəfə siyasətdə iştirak edəcəkdilər. Misir demokratiya ilə ilk dəfə tanış olurdu. Lakin gözlənilən rahatlığa qovuşa bilmədi. Bir tərəfdən iqtisadi böhran, siyasi qeyri-sabitlik ölkəyə mənfi təsir edərkən, bir tərəfdən də iqtisadiyyatın böyük payına sahib olan Mübarək tərəfdarı ordu pərdə arxasında rol oynamağa davam etdi.

Demokratiya, yenilik, islahat iddiası ilə ortaya çıxan İhvan Misir xalqının qarşısına fərqli bir görünüşdə çıxmalı idi. Hər sahədə qapalı-açıq qadınları ön planda tutmalı, sənət, musiqi, rəsim və elmin inkişafını ən qətiyyətli şəkildə müdafiə etməli, hər ölkəyə, hər dinə, hər məzhəbə tolerant yanaşdığını açıq şəkildə göstərməli, Misiri bütün insanların, xüsusilə, qadınların sərbəst olduğu bir ölkəyə çevirməli idi. Bunu heç vaxt itirmədən dərhal həyata keçirməli idi. Bunları lazımi şəkildə görə bilməyən və bir tərəfdən də hökumət əleyhinə daima manipulyasiya edilən xalq vaxt itkisinə belə icazə vermədi.

“Yaranan bu vəziyyət, əlbəttə ki, istənilən vəziyyət deyil. Xüsusilə, hərbi zərbələrin çirkin üzünü dəfələrlə görmüş bir ölkənin vətəndaşı olaraq siyasətə silah və tankların daxil olmasına heç bir zaman razı olmadım. Lakin bütün Misir xalqını qorumaq və istəklərinə cavab vermək fikrinin daima arxasındayam. Əgər Misirdəki mövcud müvəqqəti hökumət ölkədə baş vermiş mübahisənin başa çatması üçün bu addımı atdısa, hansı ki, bu gerçəkləşsəydi məlum olardı, bu vəziyyətdə hökumət ölkə daxilində asayişi təmin edən nizam gətirməlidir. Demokratiya ilə gəlməsə də, hökumət demokratiyanı hakim etmə iddiası ilə varlığını davam etdirəcəksə bu vəziyyətdə demokratiyanın tələbləri yerinə yetirilməlidir. Asayiş ve demokratiya üçün gərginliyin aradan qaldırılması, sevgi münasibətlərinin qurulması və bütün xalqın xoşbəxt olması vacibdir. Misirdə xalqın 50%-nin İhvan tərəfdarı olduğu unudulmamalıdır.

Keçici hökumətin üzərindəki bu məsuliyyəti düşündükdə tək bir polis məmurunun öldürülməsinə görə davam edən mübarizədə yüzlərlə insana ölüm cəzası verilməsi qətiyyən ədalətli deyil. Şübhəsiz ki, bu qərar tarixə Misirin ən böyük toplu edam qərarı olaraq keçəcək.

Məlumdur ki, bəhs olunan mübarizədə məhkəmənin ilk iclası yalnız 45 dəqiqə davam etdi. İnsan Haqları Müdafiəsi Təşkilatının hesabatına görə məhkəmə şübhəlilər əleyhinə heç bir dəlil göstərmədiyi halda, vəkillərin müvəkkillərini müdafiə etmələrinə və şahid çağırmalarına belə icazə vermədi. İHMT-in nümayəndəsi məsələni belə izah etdi: “Dəlil təqdim edilsədi belə, sadəcə bir iclasda yüzlərlə adama ölüm hökmü çıxaran məhkəmə qərarının beynəlxalq standartlara uyğun olduğunu düşünmək qeyri-mümkündür”. Bundan əlavə, səlahiyyətlilər ölüm cəzasına məhkum edilmiş şübhəlilərin bütün əsas hüquqlardan məhrum qaldıqlarını da söylədilər. Əgər Qərbdə bir ölkədə bu hadisə baş versəydi, dünyanın dörd bir yanından ciddi reaksiyalar yüksələcəkdi, eynilə bu qərar qarşısında da heç kim laqeyd qalmamalıdır. Edam cinayətdir. Bu cinayətin dövlət tərəfindən həyata keçirilməsi heç nəyi dəyişdirməz. İnsanlar və ölkələr bu dəhşəti nə qədər öz izahları ilə normal göstərməyə çalışsalar da, rəhbəri Quran olan bir insan bunun doğru olmadığını dərhal görür.

Quranda bağışlamaq üstün əxlaq göstəricisidir. Allah Quranda cinayət törədən bir insanı belə bağışlamağın xeyirli olduğunu bildirir. Bir müsəlman özünə hər zaman “daha xeyirli” olanı hədəf etdiyinə görə daima bağışlamaq yolunu seçir. İslam dininin əmrlərinə baxıldıqda da bu çox rahat görünür. İslam dinində əsas olan insanların əxlaqını inkişaf etdirməkdir. Təbliğ bir insanı doğru və haqq olan mövzuda məlumatlandırmaqdır. Məlumdur ki, Peyğəmbərimiz (s.ə.v) tək başına təbliğə başlamış, bütpərəstlərə, xristianlara, yəhudilərə izahlar və təlim ilə İslam dinini tanıtmışdır. Bu insanlardan bəziləri dərhal, bəziləri də bir müddət sonra dini qəbul etmiş və bu vəsilə ilə İslam dini çox geniş ərazilərə yayılmışdır.

Edam ilə bir insanın həyatına son qoymaq ona öyrətmək və təbliğ etmək yollarını tamamilə yox etmək deməkdir. Unudulmamalıdır ki, xurafat fikirlərini sevmədiyimiz bir insan o hala yanlış təbliğ nəticəsində gəlmişdir. Yenə də unudulmamalıdır ki, bunun həlli onu öldürmək deyil, düzgün təbliğ edərək doğruları öyrətməkdir. Doğruları o insanlardan bəziləri 20, bəziləri 80 yaşında anlayacaq, bəziləri də heç anlamayacaq. Amma anlaya bilən insanların əlindən o imkanlarını almaq heç kimin haqqı deyil.

Əgər sözü gedən 682 insan arasında xurafatçılıqla günahlandırılanlar varsa, bu insanlara doğruları göstərmək üçün heç bir səy göstərilmədən sadəcə “səhv edirsiniz” deyib dar ağacının yolu göstərilirsə, şübhəsiz ki, bu daha böyük  xurafatçılıqdır və haramdır.

Bəs edamlar baş versə, nələr baş verəcək? Dünyada heç bir fikir axını edamlarla, qətllərlə və sürgünlərlə dayandırılmayıb. Lakin bu bir həqiqətdir ki, əgər edamlar həyata keçirilərsə, hansı ki bu daha əvvəl də bildirdiyim kimi bir cinayətdir, bunun nəticəsində müsəlmanlara edilənlər qarşısında fərqli istiqamətlərdən müxtəlif radikal dalğalar vəhşiliyə əl atacaq, ölkənin daxilində və xaricində hücum və narahatlıqlar bitməyəcək. Demokratikanın hakim olmasını gözləyən Misir böyük fəlakət yaşayacaq. Gözəl insanlar gözəl ölkədə yaşamalı, sərbəstlik və gözəlliklər hər yerdə görülməli ikən, bu gedişlə bədbəxtliyin içinə sürüklənəcək. Qərb ölkələrinin bunu təsdiqləyib təsdiqləməməsindən asılı olmayaraq, edamlar Misirin ölüm fərmanına çevrilə bilər. Misir hökumətindən belə bir fəlakətlə qarşılaşmadan əvvəl bu ağıldan kənar qərardan təcili əl çəkməsini gözləyirik.

Adnan Oktarın New Straits Times'da yayımlanan yazısı:

http://www.nst.com.my/opinion/columnist/how-to-execute-an-entire-nation-1.447923#ixzz30OvzycJ1

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr