Əbdülqadir Gilani
ucgen

Əbdülqadir Gilani

1947

 

Əsl adı Muhyiddin Əbu Məhəmməd ibn Cəngi Dostdur. 1078-ci ildə Gilanda dünyaya gəlmişdir. Din təhsilinə burada başlamışdı. Daha sonra Gilandan Bağdada keçərək təhsilinə orada davam etmişdir. Hənbəli məzhəbini seçərək dini şəriət elmini bu məzhəb üzərində genişləndirmişdir. Əbu Səid mədrəsəsində dərslər verdiyi dövrdə təsəvvüflə tanış oldu. Uzun bir təsəvvüf təhsilindən sonra Qadiri təriqətini qurdu.

Çox hissəsi dini nəsihətlərindən ibarət olan əl-Gunyə, əl-Fəthür Rəbbani, Əl Fütühul Qeyb bizə gəlib çatan kitablar arasındadır. Əbdülqadir Gilani Həzrətləri 1166-cı ildə Bağdadda vəfat etmişdir. Hər il milyonlarla adam tərəfindən ziyarət edilən qəbri, indi də Bağdadda geniş kütlə içərisindədir. Əbdülqadir Gilani Həzrətləri belə demişdir:

“Qurana görə əməl etmək səni Quranın mövqeyinə yüksəldər, oraya məskunlaşdırar. Sünnə ilə əməl etsən səni Allahın elçisi Peyğəmbər Əfəndimiz (s.ə.v)-ə yüksəldər. Rəsulullah ürəyi və mənəvi köməyi ilə Allah dostlarının qəlbindən bir an belə ayrılmaz. Allah dostlarının ürəklərini gözəlləşdirən odur. Onların özlərini düz yola yönəldən, mənfi duyğulardan təmizləyən və gözəlliklə bəzəyən odur.”

“Sən Allahı zikr et ki, O da səni zikr etsin. Allahı zikr et ki, o zikr, günahlarını təmizləsin. Günahsız olaraq qalasan. Günahsız, itaətkar bir mömin olasan. Məhz o zaman O, səni zikr edər. O zikr səni elə əhatə edib, məşğul edər ki, bir şey istəyəcək vaxt tapa bilməzsən. Bütün məqsədin və muradın O olar.

Ey əhali! İslam ağlayır. Əlini başına qoymuş bu günahkarlardan, bu fasiqlərdən, bu bidət əhlindən, bu zalımlardan, bu yalançı şahidlik libası geyinmişlərdən, sahib olmadıqları fəzilətləri özlərində var kimi göstərən bu quru iddiaçılara qarşı ixlas sahibi müsəlmanlardan kömək tələb edir.”

“Yeyib-içməyiniz vida yeyib-içməyi olsun. Ailə arasında mövcudluğunuz vida mövcudluğu olsun. Mömin qardaşınla görüşməyiniz vida görüşməsi olsun. Ürəyinə həmişə əmanət olduğunu, daim vidalaşma halında olduğunu nəqş et. Taleyi başqasının əlində olan bir kəs necə əmanət və vidalaşma halında olmaz? Çünki sabah nə olacağını, işlərin necə olacağını, taleyinin özünə nələr gətirəcəyini bilməməkdədir.”

“Elə isə dərhal tövbə et, bir daha günah etməməyə çalış. Onlardan ayrıl, ardıcıl addımlarla Mövlanaya yönəl. Tövbə etdiyin zaman həm zahirin, həm batinin tövbə etmiş olsun. Tövbə, Allah qatında məqbul qul olmanın təməlidir. Xalis bir tövbə ilə və Allahdan, həqiqətdən həya etmək surətiylə üzərindəki günah paltarını çıxart, at.

Ey Allahın yolunu arxasına atıb dünya işlərini vacib sayan adam! Səni, insanları məmnun edən, lakin Allahı özünə qəzəbləndirən adam olaraq görürəm. Şübhəsiz ki, yaxında sən o dünyadan alınacaqsan. Ölüm səni oradan ayıracaq. Səni çox əzabla,  şiddətlə bir zat (şəxs) tutar və oradan götürər. Bir anda hər şeyini itirər və hər şeyindən ayrılarsan. (Fəthür-Rabbani)
 

 

 

 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr