Eşitmə duyğusu Allah`ın yaratdığı ən böyük nemətlərdəndir. Allah hər canlıda eşitmə qabiliyyətini fərqli yaradıb. Məsələn, pətək güvəsi dünyanın ən güclü eşidən canlısıdır.
Tədqiqatçılar pətək güvəsinin 300 khs yüksəklikdəki səs tezliyini hiss etdiyini aşkar etdilər. Bu, dünyada canlılar arasında bilinən ən yüksək tezlik həssaslığıdır.
İnsanlar ən çox 20 khs tezlikdəki səsləri eşidə bilirlər, yaş keçdikcə bu 12-15 khs-ə qədər düşür. Ultrasəsləri eşidə bilən delfinlər belə təxminən 160 khs tezlikli səsləri qəbul edə bilirlər.
Strathclyde Universiteti (İngiltərə) Mühəndislik Mərkəzi tərəfindən təşkil edilən tədqiqatlarda güvənin möhtəşəm hissiyatının olduğu bəlli oldu. Tədqiqatın rəhbəridr.Ceyms Vindmill bu məlumatı “güvənin bu səviyyədə səs tezliyini eşitmək qabiliyyətinin olması bizi heyrətləndirdi. Bu kəşflər vasitəsilə hava ilə əlaqəli olan ultrasəsi daha yaxşı anlamağı ümid edirik” deyə fikir bildirdi.
Havada ultrasəs istifadəsi çox çətindir, çünki yüksək tezlikdəki siqnallar havada sürətlə zəifləyirlər. Yarasalar ultrasəsi əlaqə saxlamaq üçün istifadə edirlər, artıq güvələrin də səsi çox irəli səviyyədə istifadə etmək qabiliyyətlərinin olduğu aşkar edildi. Dr. Vindmill və heyəti hava yolu ilə ultrasəs siqnallarını çatdırma və qəbul etmə barədə tədqiqatlarını daha da inkişaf etdirmək məqsədindədirlər.
Alimlərin hazırki texnologiya ilə istifadə etmək istədikləri hava ilə əlaqəli ultrasəsi güvələr yaradıldıqları andan etibarən milyon illərdir ki, istifadə edirlər. Dolayısilə,ali təhsilli, illərdir laborotoriyalarda təcrübələr aparan alimlərin belə hələ də inkişaf etdirə bilmədikləri bir sistemin təsadüfən təkamüllə yarandığını iddia etmək ağılsızlıqdır. Ağılı və vicdanı olan hər kəs belə üstün bir xüsusiyyətin Allah tərəfindən yaradıldığını qəbul edər. Bir ayədə Rəbbimiz belə buyurur:
Budur Allah – sizin Rəbbiniz. Ondan başqa ilah yoxdur. Hər şeyin Yaradıcısı (Allah`dır). Elə isə Ona ibadət edin. O, hər şeyi Qoruyandır. (Ənam surəsi, 102)