Elmi bir nəzəriyyədə, ümumiyyətlə, nəzəriyyə ortaya atılar; elmi olaraq təsdiqlənər və ya səhv kimi qəbul oluna bilər. Elmi olaraq qəbul edilər və ya ləğv edilər. “Big Bang” nəzəriyyəsi elmi bir nəzəriyyədir və təsdiqlənmişdir. Bu nəzəriyyəni dəstəkləyən dəlillər qarşısında qarşıya qoyulan əks məntiqlərin etibarsızlığı aşkardır. Kimsə digər ehtimalların dəlilləndirilməsi mövzusu üzərində dayanmır. Çünki əldə konkret elmi dəlillər vardır. Konkret dəlillər, digər ehtimallar qarşısında bu elmi nəzəriyyəni təsdiqləmişdir.
Təkamül nəzəriyyəsi isə elmilik iddiası ilə ortaya atılmış bir nəzəriyyədir və nəzəriyyənin cəfəngiyat olduğu saysız dəlillə isbat edilmişdir. Nəzəriyyəni təsdiqləyəcək tək bir dəlil yoxdur. Bütün elmi tapıntılar, nəzəriyyənin bir fərziyyə olaraq ortaya atıldığını və heç bir etibarlılığının olmadığını hər keçən gün yenidən isbat edir. Normal şərtlərdə bu nəzəriyyə çoxdan ləğv edilib unudulmalı idi. Amma nədənsə bu şəkildə olmamışdır. Tam tərsinə, təkamül nəzəriyyəsi saxta dəlilləri ilə, elmi bir nəzəriyyə ədası ilə dərs kitablarında özünə yer tapmış, televiziya kanallarında, sənədli filmlərdə, nəşr orqanlarında müdafiə olunmuşdur. Hətta Avropa Şurası canla-başla bu nəzəriyyəni qorumağa çalışmış, bu nəzəriyyənin elmi olmadığını isbat edən dəlillərin ortaya qoyulması üçün gətirilən təklifləri dəhşət və qorxu ilə qarşılamışdır. Müxtəlif ölkələrin məhkəmələri, təkamülə qarşı gətirilən və tədris planında edilən təklifləri şiddətlə rədd edir. Çox yaxın bir vaxtda federal bir hakim, dövlət məktəblərində darvinizmi tənqid etməyin konstitusiyaya zidd olduğunu açıqlayacaq qədər irəli getmişdir. Darvinin öz kitabında da bəhs etdiyi “təkamülün çətinliklərinin” tədris planına qoyulması fikri, darvinist dairələri dəhşətə salmışdır. Qısaca, darvinizm az qala bütün dövlətlər tərəfindən qorunan, çox vaxt dövlət dəstəyi ilə dik tutulmağa çalışılan tək uydurma elmi nəzəriyyədir. Bu dairələr tərəfindən, yaradılış həqiqətinin məktəblərdə oxudulması da təkamül yalanını ortaya çıxaracağı üçün böyük bir səylə qarşısı alınmağa çalışılır. Çünki darvinizm, bu batil dinin qanunlarına görə “rədd edilə bilməz”dir. Eyni şəkildə darvinizm, bütün dünyada faşist bir darvinist diktatorluğun qoruması altındadır.
Yazıçı Enn Kolter (Ann Coulter), bu gerçəyi bu sözlərlə dilə gətirir:
Təkamül nəzəriyyəsini müzakirə etməkdən qaçmaq üçün, darvinizm tərəfdarları davamlı olaraq (ağıllarıca) gərəksiz gerçəkləri sanki bir ehtiyat hissə kimi müzakirədən kənar tutarlar. Təkamülü rədd etməyin sanki Günəşin şərqdən doğulmasını rədd etmək kimi bir şey olduğuna dair bir təəssürat meydana gətirərlər.
Darvinist təlqinə görə darvinizmi rədd etmək sanki bir cinayətdir. Darvinizmin batil bir din olaraq mənimsəndiyi və mənimsədilməyə çalışıldığı ölkələrdə bu, sanki vətənə xəyanət kimi qəbul edilir. Heç kim, elmi dəlillərin nəzəriyyəni etibarsız etdiyini, nəzəriyyənin artıq heç bir etibarlılığının qalmadığını açıq-açıq söyləyə bilməz hala gəlmişdir. Darvinizmi mübahisəsiz bir gerçək kimi qəbul etmək sanki bir şərtdir. Riyaziyyat professoru Volfqanq Smit (Wolfgang Smith) bir təkamülçü olaraq bu vəziyyəti bu şəkildə açıqlamışdır:
Bizlərə mövhümat olaraq təkamülün qəbul edilmiş bir gerçək olduğu deyilir. Amma bunu kimin, hansı yollarla qəbul etdiyi heç bir zaman deyilmir. Bizlərə sıxlıqla bu doktrinanın dəlil üzərinə qurulduğu deyilməkdə və bu dəlilin də “bundan sonra ediləcək olan bütün təsdiqləmələrin üzərində olduğu və eyni şəkildə təcrübələrlə əldə edilən sonrakı bütün yalanlamalardan azad olduğu” ifadə edilir. Ancaq biz, bu dəlilin tam olaraq harada olduğu kimi əhəmiyyətli bir sual qarşısında tamamilə qaranlıqda buraxılmaqdayıq.
Darvinizmin rəddinə maneə törədilir, çünki əks halda batil darvinizm dininin müdafiəçilərinin heç bir dayağı olmayan bu nəzəriyyəni canlı tuta bilmək üçün bir yolu qalmamış olacaq. Yalan, yüksək səslə deyilir və bunun yalan olduğunu iddia etmək cinayət sayılır. Elmilik iddiası ilə ortaya atılan nəzəriyyə, elmdən tam mənası ilə uzaq, rəsmi olaraq və açıqca rəddi qeyri-mümkün batil, mövhümatçı bir inanc sistemi halına gətirilmişdir. Əsl diqqətçəkici olan isə, bunun göz görə-görə, heç çəkinmədən edilməsidir.
Bu elə bir vəziyyətə gətirilmişdir ki, Papa, öz evində darvinizmi müdafiə edən konfranslar verməyə məcbur edilmişdir. Kilsələr, Darvindən üzr istəməyə məcbur edilmişlər. Universitet professorları təkamülü sorğulayan nəşrlərinə görə işlərindən çıxarılmış, peşələrindən uzaqlaşdırılmışlar. Bu böyük təlqin, bir çox ölkədə ciddi mənada müvəffəqiyyət qazanmış, xüsusilə, üst təbəqələrdə, təkamül qəti olaraq sorğulana bilməz hala gətirilmişdir.
Darvinizmin rədd edilə bilməzliyini təmin etmək üçün darvinistlər lazım olan hər yola əl ata bilərlər. Təkamül nəzəriyyəsini rədd edən dəlilləri örtbas edər, təkamülün etibarsızlığını isbat edən dəlilləri təhrif edib şəkildən şəklə soxaraq və insanları açıqca aldadaraq təkamül dəliliymiş kimi göstərə bilərlər. Eynilə Çarlz Doolittl Valkottun (Charles Doolittle Walcott) 70 il boyunca Kambri fosillərini gizlətməsi kimi.
Darvinist ön qəbul və özlərinə şərtlər təyin etmək darvinistləri son dərəcə məntiqsiz şeyləri müdafiə etməyə və bu məntiqsizlikləri bəzən də ifadə etməyə məcbur edir. Yuxarıdakı sözündə təkamülçü bioloq, elmi dəlillər, məntiqli dəlillər olmasa da, təkamülün doğruluğundan əsla şübhə duymayacağını açıqca ifadə edir. Bu da bir daha göstərir ki, təkamül nəzəriyyəsinin müdafiə olunmasının səbəbi elmi məlumatlar və tapıntılar deyil. Bu vəziyyətdə, qəbul edilməli olan açıq bir gerçək vardır: təkamül azğın, saxta, hiyləli bir dindir.
Riyaziyyatçı və filosof Uilyam A. Dembski (William A. Dembski), darvinistlərin təkamülü rədd edilə bilməz göstərmələrini bu sözlərlə ifadə edir:
Darvinist mühafizəkarlıqdan şübhələnmək Stalinist bir rejimin partiya qaydalarına qarşı çıxmaqla müqayisə edilə bilər. Stalinin Rusiyasında olsaydınız və Lisenkonun səhv olduğunu irəli sürmək istəsəydiniz nə edərdiniz? Lisenkonun genetika nəzəriyyəsindəki ziddiyyətləri və gərginlikləri ifadə edə bilərsiniz, amma Lisenkonun tamamilə səhv olduğunu söyləyə bilməzsiniz, ya da Lisenkoya açıqca müxalif olan bir alternativ təqdim edə bilməzsiniz. Hazırda içində olduğumuz vəziyyət budur.
Darvinist təqinin təzyiqi ilə darvinizmin rədd edilə bilməyişi, bəzi zehinlərdə darvinizmin doğru və qəbul edilmiş bir nəzəriyyə olduğuna dair bir qənaət meydana gətirmişdir. Çünki insanların böyük əksəriyyəti, elm adamlarının bir axmaqlığı müdafiə edə bilməyəcəklərini, televiziya və yazılı mətbuatın bir yalanın dəstəkçisi ola bilməyəcəyini düşünərək yanılarlar. Əgər bu bir yalandırsa, mütləq bunu ortaya çıxaracaq bəzilərinin olmalı olduğunu düşünürlər. Halbuki, ortaya çıxmağa çalışan hər səs, müxtəlif təzyiq üsulları ilə susdurulmuşdur.
XX əsrdə təzyiq və zorakılıqlarla davam edən təlqin ənənəsi, indiki vaxtda da yenə eyni şəkildə davam edir. Hələ də bir çox elm adamı işlərini itirmək qorxusu ilə təkamül nəzəriyyəsinə qarşı hansısa bir iddia irəli sürə bilmir, ailələr uşaqlarının təkamül təhsili almasına qarşı çıxdığında mütləq təzyiq və təhdid ilə qarşılaşırlar. Lakin təkamül nəzəriyyəsi istənildiyi qədər məktəblərdə oxudulsun, istənildiyi qədər təkamülə qarşı elm olan adamları susdurulsun, təkamülün yalan olduğunu görən zehinlərdə meydana çıxan aydınlanmanı heç bir darvinist zorakılıq və təzyiq dəyişdirə bilməyəcək. Bu gün Avropa Şurası, uşaqların məktəblərdə təkamül təhsili alması şərtini qoymuşdur. ABŞ-ın bir çox əyalətində tədris planında təkamüldən başqa izahlara yer verilməsi qadağandır. Çində, Rusiyada, demək olar ki, bütün Asiya ölkələrində, hətta bəzi müsəlman ölkələrdə belə təkamül nəzəriyyəsi tədris planının ayrılmaz bir parçası halındadır.
Bunu da ifadə etmək lazımdır ki, nəzərdə tutulan və tənqid olunan darvinistlərin təzyiqçi və qadağaçı zehniyyətidir. Məktəblərdə gənclərə tarix dərsi olaraq təkamül haqqında məlumat verilə bilər, ancaq bununla birlikdə elmi və ağıllı olan davranış təkamül nəzəriyyəsinin etibarsız olduğunu isbat edən yüzlərlə dəlilin də gənclərə öyrədilməsidir. Gənclər zorla, tək tərəfli, təzyiqçi bir təhsilə tabe tutulmamalı, önlərinə elmi tapıntılar tərəfsiz olaraq qoyulmalı, doğru olanı ağılları və vicdanları ilə görmə və öyrənmə haqqına sahib olmalıdırlar.
Ancaq bunu da xatırlatmaqda fayda vardır; bu zorakı davranış darvinistlər tərəfindən ağıllarıca nə qədər böyük bir zəfər kimi görünürsə görünsün, əslində bir dəhşət və qorxunun ifadəsidir. Avropa Şurası kimi darvinist düşüncə quruluşuna sahib bir quruluş, darvinizmin çöküşündən ilk dəfə bu qədər böyük bir narahatlığa qapılır. Avropada illərdir yaradılışı izah edən, təkamülün etibarsızlığını ifadə edən müxtəlif əsərlər nəşr olunur, konfranslar təşkil edilir və müxtəlif işlər görülür. Ancaq heç biri Harun Yəhyanın nəhəng əsəri “Yaradılış Atlası”nın Avropaya çatması ilə birlikdə yaranan əhəmiyyətli təsiri meydana gətirməmişdir. Bu təsirin səbəbi, Atlasda ortaya qoyulan elmi tapıntıların, rədd edilməsi mümkün olmayan şəkildə təkamülün etibarsızlığını gözlər önünə sərmiş olmasıdır. Artıq Avropadakı bütün şagirdlər təkamül nəzəriyyəsinin gündəmə gətirilən 250 milyondan çox fosil ilə çürüdülmüş olduğunu bilirlər. Çox rahat şəkildə bircə internet səhifəsindən milyonlarla il əvvələ aid saysız canlının fosil şəkilini görür və canlıların təkamülləşmədiyinə qənaət gətirirlər. Saysız əsər və yazı vəsiləsi ilə darvinist saxtakarlıqları və təkamül nəzəriyyəsinin etibarlı tək bir elmi dəlili olmadığını öyrənmişlər. Darvinizm haqqındakı gerçəklər asanlıqla əldə edilə bilir. Bu vəziyyətdə darvinizm adına edilən qadağalar və təlqinlər artıq tamamilə təsirsizdir. Darvinistlər bundan yüz il əvvəlki təsirlərin təkrar meydana gələcəyinə ümid edərək eyni çürük taktikaları tətbiq edirlər. Halbuki, dəccalın oyununun gerçək üzünün tamamilə ortaya çıxmış olduğunu unudurlar. Uca Allah bir ayəsində belə buyurur:
Bəlkə yaramaz işlərə yol verənlər Bizdən gizlənib özlərini xilas edəcəklərini zənn edirlər? Onlar nə yarıtmaz düşüncələrə dalırlar? (Ənkəbut surəsi, 4)