Kənd təsərrüfatı imperializmi və Afrika
ucgen

Kənd təsərrüfatı imperializmi və Afrika

1156

BMT-nin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı OECD-in hesabatlarına əsasən, gələcək on il içində ərzaq qiymətlərində 40%-ə qədər artımlar olacaq və dünya səviyyəsində qida böhranı yaranacaq. Xüsusilə 2020-ci ildə adam başına düşən qida xərclərinin 30% artacağı hesablanmışdır. Kənd təsərrüfatı sahələrinin bu artış və ehtiyaca cavab verə bilməməsinin ən böyük səbəbi isə xüsusilə inkişaf etmiş ölkələrdəki kənd təsərrüfatı sahələrinin abadlaşdırılması və ya sənaye məqsədi ilə istifadə edilməsidir. İşin qəribə tərəfi isə inkişaf etməkdə olan ölkələrin kənd təsərrüfatı sahələrini yox etmə siyasətinin daha da artaraq davam etməsidir…

İllərlə başqa ölkələrin ehtiyatlarını istismar edən ölkələr bu dəfə kənd təsərrüfatı sahəsində istismar dövrünü başlatdılar.

Afrika bu baxımdan yenə də gündəmdədir. Afrika elə bir qitədir ki, yoxsulluq, infrastruktur, sənaye çatışmazlığı, daxili münaqişələr, idarəçilik böhranları, müstəmləkə imperiyaları və daha bir çox səbəbdən bütün kənd təsərrüfatı və yeraltı ehtiyatlarına baxmayaraq, aclıqla mübarizə aparır. Dünyada istifadə edilməyən kənd təsərrüfatı sahələrinin 40%-i Afrikadadır. Özünün istehsal gücü olmayan Afrika xalqı nə yeraltı ehtiyatlarından, nə də istilərə dözümlü keyfiyyətli əkinçiliyin aparıldığı torpaqlardan faydalana bilmir. Qapılar yenidən istismar edən dünyaya açılır.  

Qida sektorunun yaxın gələcəkdə həyəcan təbili çalmasının ardından həll yolu axtaran bir sıra ölkələr, xüsusilə Afrika ölkələrindən kənd təsərrüfatı sahələri almağa və ya icarəyə götürmək siyasəti başlatdılar. Afrikada bu şəkildə əl dəyişdirən torpaqların miqdarının 47-56 milyon hektar arasında olduğu güman edilir. Konqo, ərazisinin dörddə birini əhatə edən 8,1 milyon hektar kənd təsərrüfatı sahəsini icarəyə vermişdir. İngiltərənin Afrikada icarəyə götürdüyü torpaq miqdarı Danimarkanın sahəsinə çatarkən ABŞ, İsveçrə, Çin isə Moldova böyüklüyündə əkinçilik ərazisinə sahib oldu.1

Bu təşəbbüs ilk baxışda sənayedən məhrum Afrika xalqı üçün yüksək gəlir mənbəyi olaraq düşünülə bilər. Ancaq praktikada bu şəkildə deyil. Sərmayə qoyan ölkələr əraziləri bir neçə illiyinə deyil, 90 il kimi uzun bir müddətə icarəyə götürürlər. Torpaqları icarəyə götürdükləri ölkələrdə uzun müddət vergidən azad olur və istehsal edilən məhsul da bəzən ancaq ixrac üçün nəzərdə tutulur. Daxili bazar üçün ayırdıqları isə normal əkinçilik edə bilməyən və məhsulunu bazara çətinliklə gətirən Afrika xalqı baxımından haqsız rəqabətə gətirib çıxarır. Daxili bazarda da təkcə sərmayə qoyan ölkələr gəlir əldə edir, yerli xalqın məhsullarının dəyəri isə düşür. Dolayısilə bu təşəbbüs imperialist ölkələri zənginləşdirməkdən başqa iş görmür, əksinə Afrika xalqını daha çox aclığa sürükləyir.

Kənd təsərrüfatı sektorunun beynəlxalq istismara açıq olması bir sıra Afrika ölkələrində qanunlarla da qorunur. Məsələn, Qana parlamenti fermerlərin toxum saxlama və mübadilə etmə imkanlarını məhdudlaşdıran qanunlara tam dəstək verir. Bunun mənası isə bütün fermerlərin öz yerli məhsullara aid toxumlarını yox edərək, qərbli özəl sektorların hazırladığı geni dəyişdirilmiş toxum almalarına məcbur etməkdir. Əməl etməyən ölkələr isə müxtəlif üsullarla qərbli hökumətlər tərəfindən buna məcbur edilir. Əslində bu məsələdə tək zərərçəkənin istismar edilən Afrika olduğunu demək çətindir. Hazırda bu imperialist toxum bazarı demək olar ki, bütün dünyanı hakimiyyəti altına alıb. Türkiyə də daxil olmaqla inkişaf etməkdə olan bütün ölkələr bu saxta əkinçiliyə məcbur edilir.

Cənubi Afrika Sosial Yardım və Təhsil Vəqfindən Mersia Andryus Afrikaya yönələn bu kənd təsərrüfatı islahatlarını “istismarın bir başqa addımı” olaraq xarakterizə edir və bildirir ki, “ehtiyacımız həmrəylikdir, şirkətlərin bizi ələ keçirməsi yox”.2

Beynəlxalq Kənd Təsərrüfatı İnkişaf Fondunun sədri Dr. Kanayo Nvanze isə təhlükəyə bu şəkildə diqqət çəkir: “Əgər gözümüzü təkcə istehsalın artırılmasına dikərsək, qarşımıza Afrikada insanları qidalandırmadan çoxlu məhsul istehsal etdiyimiz olduqca təhlükəli mənzərə çıxacaq”.3

Dünya əhalisinin iki mislinə çatacaq qədər ehtiyatların hazırda dünyaya kifayət etməməsinin tək səbəbi eqoizmdir. Əgər gələcəyə dair siyasətlərdə  mənfəətçilik və eqoizmi əsas alaraq insan həyatı əvəzinə daha çox gəlir götürmək zehniyyəti davam etdirilərsə, qlobal fəlakətlərin ard-arda gəlməsi qaçınılmaz olacaq. Bu fəlakətlərdən qorunmağın yeganə yolu isə Allah'ın istədiyi sevgi və həmrəylik ruhunun hakim olmasıdır.

O zaman inkişaf etmiş ölkələr, inkişaf etməmiş ölkələrin ərazilərini istifadə edərkən, həm özlərini, həm də o ölkələri inkişaf etdirməyə çalışarlar. Acından ölən ölkəni daha çox istismar etmək yerinə birlikdə zənginləşdirəcək imkanlar yaratmağa çalışarlar. Sənayeni, texnologiyanı, əkinçiliyi ona görə öyrədər, ehtiyatlardan birlikdə istifadə edər və var olan imkanları birlikdə daha da artıra bilərlər. Allah’ın istədiyi sevgi və həmrəylik ruhu ancaq vicdanla var ola bilər. Belə vicdanlar, bir tərəf zənginləşərkən digərinin ac qalmasından narahat olur. Belə vicdanlar özlərini üstün, digərlərini aşağı görməyə güc tapa bilməzlər. Çünki vicdan hər zaman doğru olanı göstərir.

Vicdanlı toplumların, dövlətlərin və idarəçiliklərin var olması üçün vicdanlı insanların daha çox olması lazımdır. Bu bir gerçəkdir ki, eqoist zehniyyət bu dünyaya ancaq bərəkətsizlik və sevgisizlik gətirmişdir. Bərəkət və bolluğun tək yolu isə dövlətlərin bəlkə də indiyə qədər heç vaxt tətbiq etmədikləri vicdan və sevgiyə əsaslanan siyasətin əsas alınmasıdır. Dəfələrlə xatırlatdığımız bir gerçəyi təkrar xatırladaq: mədəniyyətlər çatışaraq, istismar edərək, bir-birini əzərək yox, paylaşaraq, fədakarlıq edərək, sevgi bəsləyərək inkişaf edib güclənər. Buna inanmayanlar bunu bir dəfə tətbiq etsinlər, görəcəklər.

1. http://www.dunyabulteni.net/haber/280614/afrikada-toprak-kiralama-yarisi
2. http://www.commondreams.org/views/2015/02/06/re-colonization-africa
3. http://www.commondreams.org/views/2015/02/06/re-colonization-africa

 

Adnan Oktarın «Arab News»də nəşr olunan məqaləsi:

http://www.arabnews.com/columns/news/747416 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr