Bir-birlərinə uyğun yaradılan canlılar
ucgen

Bir-birlərinə uyğun yaradılan canlılar

2140

Bəzi bitkilərin çiçəklərindəki nektar çiçək kasacığının dibində yerləşir. Bu da həşərat və quşların nektar toplamalarına və çiçəklərin mayalanmasına mane ola bilər. Lakin Allah çiçək kasacığının dibində yerləşən nektarı toplamaq üçün uyğun quruluşlara malik canlılar yaradaraq bu bitkilərin də mayalanmasını təmin etmişdir. Yukka ağacı və yukka güvəsi arasındakı uyğunluq buna nümunədir.
 
Yukka bitkisi xonça formalı böyük yarpaqlardan ibarətdir, onun da mərkəzində krem rəngli çiçəkləri olan bir zoğ yerləşir. Yukka ağacının tozcuqları maili formadadır. Buna görə bitkinin erkəkciklərindəki çiçək tozunu ancaq maili ağız quruluşuna malik güvə növü toplaya bilir.
  
Yukka ağacının güvəsi topladığı çiçək tozlarını bir-birinə birləşdirib top formasına salır və bunu başqa yukka ağacının çiçəyinə daşıyır. Əvvəlcə çiçəyin dibinə enir və öz yumurtalarını qoyur. Sonra dişiciyə çıxır və çiçək tozu topunu bura vuraraq tozcuqları tökür. Çünki bir müddət sonra yumurtalardan güvə tırtılları çıxacaq və bu tozcuqlarla qidalanacaqlar. Ancaq bununla bərabər, güvə əvvəlki bitkidən topladığı çiçək tozu topunu yeni bitkinin dişiciyinə vuraraq bitkinin də mayalanmasına kömək edir. Əgər güvələr olmasa, yukka ağacları öz-özlərinə mayalana bilməzlər.
 
Göründüyü kimi, güvənin qidalanması və ağacın mayalanması bir-birlinə uyğun şəkildə həyata keçir. Bu uyğunluğu yaradan ağac və ya güvə deyil. Bir bitkinin və ya bir həşəratın başqa bir canlının ehtiyacından xəbərdar olması və buna görə taktika işlədərək öz ehtiyacını təmin etməsi mümkün deyil. Çünki bu canlılar düşünə bilməz və digər canlılara bildiklərini öyrədə bilməzlər. Canlılar arasında bir çox nümunəyə rast gəldiyimiz bu qüsursuz ahəngi yaradan Allah’dır. Hər iki canlı onları çox yaxşı tanıyan, bilən, aləmlərin Rəbbi olan, hər şeydən xəbərdar olan Allah’ın əsəridir və Allah’ın böyüklüyünü, ucalığını, qüsursuz sənətini insanlara tanıdıb başa salmaq üçün yaradılmışlar.
 

Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır. (İsra surəsi, 44)

 

 


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr