Əhli-sünnənin məşhur alimlərindən biri Əhməd ibn Sinan Kirmani Dəməşqi 1019-cu ildə, "Əhbar-ud Duvəl" adlı kitabda belə yazır: "…O (HZ. MEHDİ (Ə.S)), ORTA BOYLU, GÖZƏL ÜZLÜ, GÖZƏL SAÇLIDIR..." (Ahbar-ud Duvel, s. 117 -Hicri 1382 nəşri)
Əbdülməlik İsamı 1111-ci ildə, Məkkədə məskunlaşan tanınmış tarixçilərdəndir. O, "Simt-ul Nucum-il Avali" kimi tanınan dörd cildlik tarix kitabında belə yazır: "... O (HZ. MEHDİ (Ə.S)) MÜLAYİM, GÖZƏL ÜZLÜ, GÖZƏL SAÇLI, İNCƏ BURUNLU VƏ İRİ SİMALI BİR GƏNCDİR."
(Sımt-ul Nucum-il Avali, c. 4, s. 138)
(Hz. Mehdi Aleyhisselam, Abdullah Turan, Al-i Taha, s. 157)
Hədisdə hz. Mehdi (ə.s)-ın "gözəl üzlü və gözəl saçlı" olacağı bildirilmişdir. Həmçinin, "iri simalı" ifadəsiylə də, digər hədislərdə "geniş alınlı" olduğu bildirilən hz. Mehdi (ə.s)-ın başının da, Peyğəmbərimiz (s.ə.v)-in mübarək başı kimi böyük olacağı aydın olur.