Bir ayə bir açıqlama: "Bəqərə" surəsi, 264
ucgen

Bir ayə bir açıqlama: "Bəqərə" surəsi, 264

2204
Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz. (Bəqərə surəsi, 264)

Sonsuz elm, ağıl və hikmət sahibi olan Uca Allah, Quranda insanların qavraya biləcəyi ən gözəl nümunələri, ən təəccüblü bənzətmələrlə bildirmişdir. Quranın unikal üslubuyla zənginləşən, düşünən və iman edən insanların öyüd ala biləcəkləri bu gözəl nümunələr, Allahın sonsuz elmini və möhtəşəm yaratmasını bizlərə göstərən dəlillərdəndir. Allah bu ayəsində malını insanlara nümayiş olsun deyə könülsüz xərcləyən və bununla minnət qoymaq və əziyyət edən inkarçıların etdiklərinin axirətdə onlara heç bir fayda verməyəcəyini çılpaq qalan qaya nümunəsi ilə hikmətli bir şəkildə açıqlayır. Bəqərə surəsindəki ayədə, bu kəslərin səmimiyyətsiz şəkildə infaq etmələrinin və qazandıqları pulun heç bir şeyə güc çatdıra bilməyəcəyi və bu kəslərin də hidayət tapa bilməyəcəkləri xəbər verilir.

İnfaq bir insanın sahib olduğu malını və imkanlarını Uca Allahın yolunda istifadə etməsi deməkdir. Bu səbəblə bütün ibadətlərdə olduğu kimi, infaq edərkən də, bu ibadətin hikmətinin ağılda tutulması çox əhəmiyyətlidir. Çünki infaq möminlər üçün mənəvi bir təmizlənmə və paklaşma vəsiləsidir.

İman etməyənlər mallarına çox dəyər verər və böyük bir sevgi və ehtirasla bağlanırlar. Halbuki, bunlar möminlər üçün yalnız özlərinə Allahın razılığını qazandırmasını ümid etdikləri bir vəsilədir. Möminlər hər şeyin həqiqi sahibinin Uca Allah olduğunu bildikləri üçün, infaq ibadətini çox böyük bir istəklə yerinə yetirirlər. Bütün nemətləri yalnız Allahın razılığını qazanmaq üçün böyük bir şövqlə infaq etməyi Allaha yaxınlaşmağa bir vəsilə olaraq görmələri, möminlərin Rəbbimizə olan sədaqətlərini, Onun rəhmət və razılığını dünyadakı heç bir şeyə dəyişə bilməyəcəklərini, bu yolda hər şeyi fəda edə biləcəklərini ən gözəl şəkildə ortaya qoyar. Quranda malını Allah yolunda, yalnız Onun razılığını qazanmaq məqsədiylə xərcləyən möminlərin mallarında bir azalma olmayacağı və qazanclarının daim bərəkətli olacağı da müjdələnir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr