Nə demişdiNə oldu
 

Çay TV. 15 yanvar, 2008

Aparıcı: Türkiyənin yenidən Osmanlı dövründəki kimi bölgəyə hakim, əvvəlki gücündə bir ölkə olmasını istəyirsiniz. Dünyaya yön verən bir ölkə olmasını istəyirsiniz. Türkiyə bu mövqeyə gələ biləcəkmi?

 

Adnan Oktar:Onsuz da əsrlərin mirasıdır bu. Bütün İslam ölkələri bunu istəyir. Bütün Türk dövlətləri istəyir. Azərbaycanda birbaşa Türkiyənin rəhbərliyində olmağı istəyirlər. "Türkiyə ilə sərhədlərimizi götürək, tək dövlət olaq“ deyir Azərbaycan.

 

 

HÖRMƏTLİ ADNAN OKTARIN ƏSƏRLƏRİNDƏN FAYDALANMAQLA HAZIRLANMIŞ QƏZET ELANI (May, 2008 tarixində nəşrə başlanmışdır)

 

 

 


Yeni şəfəq qəzeti. 4 iyun, 2008

 

Azərbaycan və Türkiyə iki ayrı dövlət, tək millətdir

 

Baş nazir Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev təkbətək və heyətlərarası görüşlərin ardından mətbuat konfransı keçirdilər. Hörmətli Ərdoğan görüşlərdə iki ölkə arasındakı siyasi, iqtisadi, hərbi, mədəni, ticari və elmi sahələrdə əlaqələri nəzərdən keçirdiklərini ifadə etdi. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin müstəsna bir xüsusiyyət qazandığını vurğulayan Baş nazir Ərdoğan ortaq layihələriniki ölkə arasındakı strateji əlaqələrin gücünü göstərən əhəmiyyətli bir göstərici olduğunu söylədi.

 

Eyni şəkildə İKT-də (İslam Konfransı Təşkilatı) iki ölkənin həmişə həmrəylik içində olduğunu, Avropa Parlamentində də bunun nümunələrinin olduğunuifadə edən Ərdoğan türk dünyasında da Türkiyə ilə Azərbaycan arasındakı həmrəyliyin gözəl nümunə olduğunu ifadə etdi. Ərdoğan "Aldığımız qərarlarda heç vaxt  şübhə olmamışdır. Dərhal və sürətlə nə lazım gəlibsə, bu edilmişdir. Bundan sonra da edilməyə davam edəcək. Biz həmrəy olmadığımız təqdirdəbizim “iki ayrı dövlət, tək millət” anlayışı yerinə düşməz. Bunu həmişə yerinə yetirməliyik" deyə bildirdi.