Uşaqlar şiddətin əsgərləri olmamalıdır
ucgen

Uşaqlar şiddətin əsgərləri olmamalıdır

1382

Uşaqlar dünyanın gələcəyi, sizin, bizim övladlarımızdır. Dünyanın harasında yaşayırsa-yaşasın, kimin uşağı olursa-olsun, balacalar biz böyüklərə möhtacdır. Onlar işıqlı həyatın olacağına inanan təmiz ruhlardır.

 

Ancaq dünyada bu təmiz ruhları müharibənin qaranlığı ilə qaraltmağa çalışan zehniyyətlər var. "Syrian Observatory for Human Rights"ın açıqlamasına görə Suriyada vətəndaş müharibəsinin başlamasından etibarən təxminən 12.000 uşaq həyatını itirib. Sağ qalan onminlərlə uşaq isə faciəvi şəkildə yaralanmış, gözünü, qulağını digər orqanlarını itirmişdir. Bir də kiçik yaşda əlinə silah verilərək zorla bu müharibələrin bir hissəsi halına gətirilən uşaq əsgərlər var. Ön cərgələrdə vuruşmaq, canlı bomba, yaxud da canlı qalxan olaraq istifadə edilmək üçün təlim keçirlər.

 

Xüsusilə Afrikadakı bir çox vətəndaş müharibəsində uşaqlar silahlı qruplar tərəfindən istifadə edilir. Mozambik, Liberiya, Syerra-Leone və Uqanda kimi ölkələrdə baş verən silahlı münaqişələrdə uşaqların intensiv olaraq istifadə edildiyi bilinir. Liviya, Suriya, İraq kimi ölkələrdə baş verən vətəndaş müharibələrində dövlətdən kənar təşkilatların uşaqlardan əsgər kimi istifadə etdikləri müəyyən edilib. Məsələn, Liviyada baş verən vətəndaş müharibəsi zamanı Kufra bölgəsində 2012-ci ilin fevralında uşaqların Zvaya və Tabu birlikləri ilə binaların təhlükəsizliyini təmin etdiyi və silah daşıdıqlarına dair iddiaları ortaya atıldı. (“Libya”, http://childrenandarmedconflict.un.org/countries/libya/)

 

"Human Rights Watch"ın hesabatlarında terror təşkilatı PKK-nın Suriya qolu PYD-nin də 12 yaşındakı uşaqları silahlandırdığı bildirilir.

 

Dünyada 300 min uşaq əsgərin olduğu 30 ölkə var.

(http://www.redcross.int/EN/mag/magazine2003_3/4-9.html)

 

Əfqanıstanda 17 il davam edən müharibədə də çox saylı uşaq əsgər kimi istifadə edilmişdi. Belə ki, əsgərlərin 45%-i 18 yaşdan balaca uşaqlardır. Myanma ordusundakı əsgər sayının 20%-dən çoxunu da yenə uşaqlar təşkil edir. Yəməndə vuruşanların üçdə birinin uşaq olduğu bilinir. Cənubi Sudanda uşaq əsgərlərin sayı isə 16 minə yaxındır. (http://www.dw.com/de/kindersoldaten-kämpfen-in-14-ländern/a-19043546)

 

12 yaşlı cənubi sudanlı keçmiş uşaq əsgər Simonun orduda keçirdiyi illərdən danışarkən gözlərindəkı kədəri sözlərindən də hiss etmək mümkündür: "Evdə olmaq orduda olmaqdan daha gözəldir, çünki orada bir xəta etdikdə sizi həbsə atırlar və həftələrlə döyürlər. Mən orduda yemək hazırlayır, paltar yuyurdum. Azad edildikdə UNICEF məni sosial təminat müəssisəsinə təhvil verdi. Artıq yaxşı insanam. Burada heç kim məni narahat etmir və döymür. Üstəlik, yemək də verirlər. Məncə uşaqlar əsgər edilməməlidir". (https://www.youtube.com/watch?v=Sa5jf_J3NZ0)

 

Məcburi şəkildə əsgər edilən bu uşaqlara sonradan geniş miqyaslı sosial-psixoloji dəstək verilsə də zorakılığın izlərinin tamamilə aradan qaldırılması mümkün olmur. Ona görə dövrümüzdə davam edən siyasi münaqişələrin bir an əvvəl həll olunması, dinc xalqın və uşaqların bu münaqişələrdən uzaq tutulması və yeni müharibələrin çıxmaması üçün siyasi liderlər və ictimai hakimiyyət fiqurları çox ciddi işlər görməlidirlər. (Türk Psixologiya Yazıları, dekabr 2009, 12, (24) 1-13)

 

«Paris Prinsipləri» sənədində uşaq əsgərlər "hər hansı bir silahlı qüvvə və ya silahlı dəstə ilə əlaqəli olan uşaqlar" kimi təsvir edilir. Bu təsvir təkcə birbaşa silahlı münaqişələrdə iştirak edən uşaqları deyil, eyni zamanda "döyüşmək, aşpazlıq, daşıma, casusluq və ya cinsi məqsədlər üçün istifadə edilən bütün uşaqları əhatə edir. Dolayısilə silahlı qruplarla əlaqəli olan bütün uşaqlar bu təsvirə daxildir. ("The Paris Principles and Guidelines on Children Associated with Armed Forces or Armed Groups", February 2007, http://www.unicef.org/emerg/files/parisprinciples310107english.pdf)

 

BMT-nin Uşaq Hüquqları Konvensiyasının birinci maddəsinə görə, "yaşı 18-dən aşağı olan hər insan uşaq sayılır". (http://www.tbmm.gov.tr/komisyon/insanhaklari/pdf01/137-160.pdf)

 

"Uşaq" sözünün tərifi beynəlxalq hüquqda açıqdır, ancaq bu təriflər hazırda dünyada baş verən həqiqəti dəyişdirmir. Müharibələr artır və uşaqlar silahlı münaqişələrdə daha çox istifadə edilir. Qorxu, hədə, yaxud da başqa səbəblərlə asanlıqla inandırılan gənc beyinlər yalnız silahlı üsyan qrupları tərəfindən deyil, bəzi hökumətlər tərəfindən də əsgər kimi istifadə edilir. Bu vəziyyət yetim qalan, ailələrinin, dostunun ölümünə şahid olan, müharibə qorxusunu və iztirabını yaşayan uşaqların sayını günü-gündən artırır.

 

Beynəlxalq təşəbbüslər və beynəlxalq hüququn səylərinə baxmayaraq, "uşaq əsgərlər"dən istifadə edilməsi həll edilməmiş bir problem olaraq gündəmdəki yerini qoruyur. Ancaq əlbəttə ki, ən qiymətli varlığımız, gələcəyimiz olan uşaqların belə bir zülmə tərk edilməsini qəbul etmək mümkün deyil.

 

Bu problemi həll etmək üçün hamı birlikdə çalışmalıdır. İstisnasız bütün uşaqların xoşbəxt yaşayacağı bir dünya xəyal edən vicdan sahibi insanlar bu dəhşətin bir an əvvəl yox edilməsi üçün səy göstərməlidirlər. Bu barədə beynəlxalq komissiyalar yaradılmalı, mətbuat-mediya çoxşaxəli kampaniyalar keçirməlidirlər. Dünya miqyasında sülhü təmin etmək üçün fəaliyyətdə olan qeyri-hökumət təşkilatları da bu məsələni gündəliklərində ilk cərgəyə almalıdırlar. BMT kimi qurumlar isə uşaq əsgərlərin yaşadıqları dəhşətə qarşı görüləcək tədbirləri proqramlarında ilk sıralara keçirməlidirlər.

 

Unudulmamalıdır ki, bu tək başına bir dövlətin həll edəcəyi problem deyil. Dünya miqyasında bu mövzuda kampaniyalar təşkil edilməsi, uşaq əsgərləri istifadə etməkdə israr edən ölkələrə lazım gələrsə, sanksiyalar tətbiq edilməsi ilk fazada alına biləcək həll yollarındandır. Dünya liderlərinin bir araya gəldikləri toplantılar da bu məsələdə konkret addımlar atılması, tədbirlər görülməsi üçün əhəmiyyətli fürsətdir.

 

Bu məsələdə hər kəs bacardığı qədər problemin üstünə getməli, uşaqların zorakılığın əsgərləri olmaması üçün ictimai rəyi formalaşdırmalıdırlar. Təbii ki, əsl edilməli olan hər keçən gün artan qarşıdurmaların, müharibələrin, münaqişələrin dayanması üçün istəkli olunması, diplomatik həll yollarına gedilməsidir.

 

Bu vaxta qədər heç bir problem hərbi üsullarla həll edilməyib və həll edilə bilməz. Uşaqların sevgi, şəfqət, mərhəmət, sülh və qardaşlıq içində xoşbəxt olacaqları bir dünya xəyal edən bütün insanlar bu biabırçılığın bir an əvvəl aradan qalxması üçün birlikdə səy göstərməlidirlər.

 

Adnan Oktarın «Jefferson Corner» və «The China Post»da dərc edilən məqaləsi:

http://www.chinapost.com.tw/commentary/letters-to-the-editor/2016/04/21/464040/Child-soldiers.htm

http://www.jeffersoncorner.com/child-soldiers-are-the-ones-who-suffer-the-most-in-many-conflicts/


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr