Ali İmran surəsi, 118 (Münafiqlər möminlərə zərər verməyə çalışırlar)
ucgen

Ali İmran surəsi, 118 (Münafiqlər möminlərə zərər verməyə çalışırlar)

1495

ADNAN OKTARIN A9 TV-DƏKİ CANLI SÖHBƏTİ (2 DEKABR 2011, 20:00)

"Ey iman gətirənlər! Özündən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin (zərərə və) əziyyətə düşməyinizi istəyirlər."-deyir, Allah. Münafiqləri sirdaş etmək çox təhlükəlidir. Çünki o, sirri küfrlə paylaşar, münafiqlərlə paylaşarlar. Sizə pislik və zərər vermək istəyərlər. Necə pislik edər? Məhz xəbər verər, alçaqlıq edər, təhqir edər, oyun oynayar, müsəlmanların sirlərini öz ağıllarına görə açıqlayar. Sirr deyərkən, məsələn, müsəlmanlara ediləcək bir hücumun texniki məlumatını, texniki infrastrukturunu düzəldər münafiqlər. "Sizin (zərərə və) əziyyətə düşməyinizi istəyirlər." Yüngül bir çətinlik deyil, ağır bir əziyyət vermək istəyərlər. “Onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur.” Kin və düşmənlikdən özlərini, öz içlərini yeməyə başlayarlar. Amma bir müddət sonra dözə bilməz, bunu artıq biruzə verər, dilə gətirərlər. Açıq şəkildə deyərlər. "Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür." Xaricə vurduqları qismi birdirsə, içlərində saxladıqları qismi min olar. Yəni böyük bir nifrət bəsləyərlər. "Əgər anlayırsınızsa, Biz ayələri sizə bəyan etdik (açıqladıq, izah etdik)."-deyir Allah. (Ali İmran surəsi, 118.)

PAYLAŞIN
logo
logo
logo
logo
logo