360 milyon yaşlı Akentosteqa (Acanthostega) təkamülçülərin quruya keçid nağılını bir daha çürüdür
ucgen

360 milyon yaşlı Akentosteqa (Acanthostega) təkamülçülərin quruya keçid nağılını bir daha çürüdür

1008

Akentosteqa (Acanthostega) dəniz canlısıdır və qəlsəmələri var. Yaşının 360 milyon il olduğu təxmin edilir. Kembric Universiteti paleontoloqu Ceni Klak (Jenny Clack) 1987-ci ildə apardığı tədqiqatlar nəticəsində bu fosilin bir ələ və bu əl üzərində səkkiz ədəd barmağa malik olduğunu, buna görə də bunun balıqlarla tetrapodlar (dörd ayaqlı quru onurğalıları) arasında ara forma olduğunu irəli sürdü. Təkamülçülər bu şərh və fosildən yola çıxaraq balıqların quruya çıxdıqdan sonra ayaqlarının əmələ gəldiyi əvəzinə, əvvəl ayaqlarının əmələ gəldiyini sonra quruya çıxdığını iddia edirlər. Halbuki bu iddia əsassızdır. Əvvəlcə Klak, bir təkamülçü olmasına baxmayaraq, Akentosteqanın quruya çıxıb-çıxmadığını bilmədiyini açıq şəkildə bildirir. Dənizlərdə yaşayan bir canlını üzgəclərində sahib olduğu bəzi sümükvari quruluşlara görə sudan quruya keçid mərhələsində olan ara forma kimi qəbul etmək böyük bir yanlışlıqdır. Təkamülçülərin bu xətaya düşməsi bundan 65 il əvvəl baş verən Selekant (Coelacanth) səhvini tez unutduqlarını göstərir.

Təkamülçülər 1930-cu illərin sonuna qədər Selekantı ara forma kimi göstərdilər. 200 milyon illik fosilin üzgəclərindəki sümüklərin ayaqlara çevrildiyi və quruya çıxdıqda balığın yeriməsinə imkan yaratmış ola biləcəyi hesab edilirdi. Halbuki 1938-ci ildə Selekantın hələ də yaşadığı ortaya çıxdı və təkamülçülər böyük bir sarsıntı yaşadılar. Madaqaskar sahillərində ova çıxan balıqçıların ovladığı Selekant araşdırılarkən 200 milyon il ərzində heç bir dəyişikliyə məruz qalmadığı, hətta quruya çıxan yox, bir dib balığı olduğu məlum oldu. Bundan başqa, təkamülçülərin fosildə ibtidai ağciyər olaraq şərh etdikləri orqanlar yağ kisələri idi. Üstəlik bu tarixdən sonra bir neçə dəfə təkrar Selekant tutuldu. Və Selekantın bir ara forma olduğu iddiası təkamülçülər tərəfindən məcburən tərk edildi.

Selekant nümunəsindən də göründüyü kimi Akentosteqa kimi sümüklü quruluşa malik dəniz canlıları quruda yaşaya biləcək quruluşda olduqlarına görə yox, təkamülçülərin qərəzlərinə görə ara forma kimi göstərilir.

 

Akentosteqanın ara forma olmadığına dair yeni dəlil: Ayaqlardakı qığırdaq quruluş

Ötən sentyabr ayında Nature” jurnalında yer alan xəbərə görə İsveçdəki Uppsala Universiteti, Fransadakı Avropa Sinxrotron Radiasiya Kompleksi (ESRF) və Birləşmiş Krallıqdakı Kembric Universitetindən bir araşdırma qrupu 360 milyon yaşındakı dəniz canlısı Akentosteqa fosillərinin qabaq ayaq sümüklərini ətraflı olaraq araşdırmağa qərar verdi. Tədqiqatda fosilin ayaq sümükləri yüksək dəqiqlikli sinxrotron (yüklü hissəciklərin yüksək enerjilərə sürətləndirilməsi üçün istifadə edilən dairəvi sürətləndirici) X-ray üsulu ilə incələndi. Bu sayədə Akentosteqa fosilləri heç bir zərər görmədən çox ətraflı şəkildə araşdırılmış oldu.

Devon dövrünə aid (419-359 milyon il əvvəl) bu fosillərin sümüklərinin içərisində mikroskopik quruluşlar demək olar ki, mükəmməl dərəcədə qorunub saxlanmışdı. Bu araşdırma boyu istifadə edilən X-ray şüaları Akentosteqa dəniz canlısı ilə bağlı mühüm bir həqiqəti ortaya çıxardı: Akentosteqanın ön ayaqları qığırdaq bir quruluşa malik idi və bu, Akentosteqanın balıqlarla tetrapodlar arasında bir ara keçid canlısı olmadığının mühüm bir elmi sübutu idi. Çünki qığırdaq minerallaşmamış bir quruluşdur və elastikdir. Bu səbəblə də canlının bədən çəkisini suyun xaricində daşımasını və quruda həyatını davam etdirməsini təmin etməyəcək qədər gücsüzdür. Ona görə bu elmi həqiqət, Akentosteqa adlı dəniz canlısının sudan çıxıb quruya keçən bir ara keçid canlısı olmasını fizioloji olaraq imkansız edir.

Göründüyü kimi, təkamülçü paleontoloqlar dünyanın dörd bir tərəfində davam etdirdiyi tədqiqatlar uğursuzluqla nəticələnir və axtarılan itmiş halqalar heç cür tapılmır. Bu vəziyyət təkamül deyə bir prosesin heç zaman baş vermədiyini açıq şəkildə ortaya qoyur.

 

Sudan quruya keçidin digər əngəlləri

Quru canlıları ilə dəniz canlıları arasında dərin fizioloji fərqlər təkamül nəzəriyyəsinin əsas düyünlərindən birini təşkil edir. Bu fərqlilikləri beş əsas kateqoriyada nəzərdən keçirmək olar:

 

1. Ağırlığın daşınması: Dənizlərdə yaşayan canlılar öz çəkilərini daşımaq kimi bir problemlə üzləşmirlər. Bədən quruluşları da belə bir funksiyaya qarşı deyil. Halbuki quruda yaşayanların böyük bir qismi enerjilərinin 40%-ni bədənlərini daşımaq üçün istifadə edirlər. Ancaq quru həyatına keçəcək bir su canlısının bu enerji ehtiyacını ödəyəcək yeni əzələ və skelet quruluşları inkişaf etdirməsi və bu kompleks quruluşların təsadüfən mutasiyalarla yaranması mümkün deyil.

 

2. İstiliyin qorunması: Quruda temperatur çox tez və çox böyük fərqlərlə dəyişir. Bir quru canlısı bu yüksək temperatur fərqliliklərinə uyğunluq göstərəcək metabolizm sisteminə sahibdir. Halbuki dənizlərdə temperatur çox ağır dəyişir və bu dəyişiklik qurudakı qədər böyük fərqlər arasında olmaz. Dənizlərdəki sabit temperatura uyğun orqanizmə sahib olan bir canlı quruda yaşaya bilmək üçün qurudakı temperatur dəyişikliyinə uyğunluğu təmin edəcək müdafiə sistemini qazanmaq məcburiyyətindədir. Balıqların quruya çıxan kimi təsadüfi mutasiyalar nəticəsində belə bir sistemə nail olduqlarını irəli sürmək, şübhəsiz, son dərəcə mənasızdır.

 

3. Suyun istifadəsi: Canlılar üçün qaçınılmaz bir ehtiyac olan su, quru mühitində az olur. Bu səbəblə, suyun, hətta rütubətin normal istifadə edilməsi zəruridir. Məsələn, dəri, su itirməyin və buxarlanmanın qarşısını alacaq şəkildə olmalıdır. Canlı susama hissinə malik olmalıdır. Halbuki suda yaşayan canlıların susama duyğusu olmaz və dəriləri də susuz mühitə uyğun deyil.

 

4. Böyrəklər: Su canlıları başda amonyak olmaqla bədənində toplanan artıq maddələri olduqları mühitdə su bol olduqda dərhal süzərək ata bilirlər. Quruda isə su minimum səviyyədə istifadə edilməlidir. Bu səbəblə bu canlılar böyrək sisteminə malikdirlər. Böyrəklər sayəsində amonyak sidik cövhərinə çevrilərək toplanır və bədəndən xaric edilməsində minimum səviyyədə su istifadə edilir. Həmçinin böyrəyin işləməsini mümkün edən yeni sistemlərə ehtiyac var. Bir sözlə, sudan quruya keçidin reallaşması üçün böyrəyi olmayan canlılar bir anda inkişaf etmiş bir böyrək sisteminə sahib olmalıdır.

 

5. Tənəffüs sistemi: Balıqlar suda həll olmuş halda olan oksigeni qəlsəmələri ilə qəbul edirlər. Suyun xaricində isə bir neçə dəqiqədən artıq yaşaya bilməzlər. Quruda yaşamaları üçün bir anda qüsursuz bir ağciyər sisteminə sahib olmalıdır.

Bütün bu fizioloji dəyişikliklərin eyni canlıda təsadüflər nəticəsi və eyni anda meydana gəlməsi isə, əlbəttə, mümkün deyil. Təkamül nəzəriyyəsinin bu imkansızlıqları aşması, bunlara elmi dəlil təqdim etməsi qətiyyən mümkün deyil. Sözdə ara keçid forma iddiaları, xəyal gücünə əsaslanan fərziyyələrdir.

 

MƏNBƏ:

European Synchrotron Radiation Facility. (2016, September 7), ScienceDaily. www.sciencedaily.com/releases/2016/09/160907135132.htm

PAYLAŞIN
logo
logo
logo
logo
logo