Cəlal Şəngör eynilə kainat, planetlər və dünyadakı tarazlıq haqqında yürütdüyü yanlış fikirlər kimi canlılarda təzahür edən möhtəşəm nizam-intizamı da xaos kimi qələmə vermişdir. Buna dəlil kimi də öz məhdud ağlınca amin turşularının mükəmməl olmadığını, döllərin, balıq yumurtalarının sadəcə çox az qisminin həyatda qaldığını göstərməyə çalışırdı. Belə yalan izahlar ona görə edilir ki, darvinistlər gerçəyi görürlər və bunu ört-basdır etməyə çalışırlar.Gerçək isə belədir:
-Amin turşuları təsadüflə yaranması riyazi cəhətdən mümkün olmayan zülalların əsasını təşkil edir və zülallar kimi kompleksdir.
-Təbiətdə sadəcə peptid əlaqələrindən yaranan 100 amin turşusundan ibarət qısa bir zəncirin yaranma ehtimalı 1030-da birdir.
-100 amin turşusundan yaranan xəyali bir peptid zəncirində təsadüf nəticəsində sadəcə sol əlli amin turşularından istifadə etmə ehtimalı 1030-da birdir.
-Birdən çox işlək zülalda bir amin turşusu düzülüşünün təsadüfən əldə etmə ehtimalı 1065-də birdən daha azdır.
-Ən uyğun əlaqələrin və optik izomerlərin təmin edilməsi ehtimalını da bu hesablamaya daxil etsək, çox kiçik və funksional bir zülalı təsadüfən əldə etmək üçün doğru amin turşusu sıralamasının gerçəkləşmə ehtimalı 10125-də birdir Bu ehtimal isə sıfırdır.
-Belə bir quruluş möhtəşəm nizam və komplekslik nümayiş etdirir və nəinki təsadüfən yaranması, süni şəkildə istehsal edilməsi belə mümkün deyil
-Dünyada canlılar arasında da möhtəşəm bir nizam var. Allah canlıları qidalanacaqları və yaşayacaqları yerlərə uyğun şəkildə yaradıb.
-Məsələn, bir balıq yüzlərlə yumurta qoyur, lakin bunların müəyyən bir miqdarı həyatını davam etdirir. Bu möhtəşəm bir nizamdır, çünki ovçulara ov olanlar bu yumurtalarla qidalanan canlılar üçün ruzidir. Allah onların qidalanmaları üçün belə bir nizam yaradıb. Onsuz da bu yumurtaların hamısı yaşasa, dünyadakı nizam pozular. Dəniz o balıq növü ilə dolub daşardı və o balığın ovladığı canlılar böyük ehtimalla tükənər və bunun çox mənfi təsiri olardı. Canlılar üçün müəyyən çoxalma nisbəti dünya üçün müəyyən edilən ən mükəmməl nisbətdir.
-Bu nizam bir-birini ovlayan canlılar üçün də keçərlidir. Bir canlı digərini ovlayanda bir başqasının ovuna çevrilir. Heyvan öz varlığının şüurunda olmayan canlıdır və onun həyat tərzini Allah bu cür yaradıb. Bu dünyada Allah`ın yaratdığı mükəmməl bir nizamdır
-Ov və ovçu arasındaki bu möhtəşəm yaradılışın digər bir təzahürü də bir canlıda onu ovlayan canlıya təsir edən zəhərin istehsal edilməsidir. Belə bir mexanizmin təsadüfən yaranma ehtimalı yoxdur. Allah`ın dünyada yaratdığı nizam heyranedicidir və yaradılış dəlilidir. Bu nizamda ən kiçin bir pozulma bütün canlılar üçün təhlükəli nəticələrə gətirib çıxarır. (Məsələn, bitkilərin və mikroorqanizmlərin fotosintez prosesi ilə illik istehsal etdikləri oksigenin miqdarı həmişə nizamdadır. Bu nizamda ən kiçik bir pozulma bütün canlıların həyatını məhv edər.)