Ərəb ölkələri arasında ilk dəfə demokratikləşmə yolunda hərəkat Tunisdə başlamışdır. Bu hərəkatı davam etdirən və böyük həvəslə Qahirə küçələrinə axışan Misir xalqı sistem dəyişikliyi arzularından ilin sonunda əl çəkdilər. Liviyada da vəziyyət fərqli olmadı. Ölkələrindəki diktatorluqdan xilas olmaq üçün Amerikadan kömək alan Liviya qısa müddət ərzində demokratiyanı deyil, vətəndaş müharibəsinə yol açacaq bir yola girdi.
Hər iki ölkədə də hərbi inqilab rəhbərliyi altında əldə olunan tək nəticə keçmiş diktatorların yeniləri ilə dəyişdirilməsi oldu. Yəmən bu prosesdən bölünərək çıxdı və daxili qarşıdurmalar hələ də davam edir. Suriya isə hələ də müstəqillik mübarizəsi aparır.
Tunis hazırda ərəb baharı adlandırılan bu prosesdən müvəffəqiyyətlə çıxmış kimi görünən tək ərəb ölkəsidir. Əlbəttə ki, bunda Rəşid əl-Qannuşinin bütün tərəfləri uzlaşdırmaq, Qərbin gözünü qorxudacaq addımlardan çəkinmək və həm sekulyar, həm də ənənəvi xalqın istəklərini yerinə yetirmə cəhdinin təsiri çox böyükdür. Tunis demokratiya yolunda daha böyük addımlar atıb daha möhkəm təmələ sahib olmaq üçün digər ölkələrin xətalarından və uğurlarından faydalana bilər.
İlk əvvəl xalq və siyasətçilər ərəb ölkələrində artıq demək olar ki, hakim sistemə çevrilmiş hərbi vəsaitə hər şəraitdə “yox” deməyi bacarmalıdırlar. Hərbi xunta heç bir zaman müstəqillik və bərabərlik təqdim edən idarəçilik formasına çevrilə bilməz və bunları axtaran xalqlar üçün qəbul edilə bilməz.
Xüsusilə, ərəb torpaqlarında genişlənən Bəəs partiyası trendi səbəbindən xatırlamayacaqları qədər uzun müddət hərbi vəsaitə təslim olmuş xalqlar üçün ordu, bəlkə ailələrindən bir fərdin mənsub olduğu quruluş, ölkələrində yolları və körpüləri düzəldən qrup, iradə sahiblərinin məkanı kimi bir hiss yarada bilər. Onlarla il boyunca hərbi qulluqçuların əmək haqqlarının ən yüksək səviyyədə olması, idarəçiliyi tərk etməyən xuntaların sənayeni nəzarətdə saxlamaları xalq üzərində həsəd aparacaq təsir yaratmış ola bilər. Buna qarşı çıxmaq üçün həm hökumət, həm də müxalifət olaraq ortaq hərəkət etməyə məcburdurlar .
Digər diqqət edilməli məqam isə bütün xalqın iştirak edə biləcəyi bir rəhbərliyin təmin edilməsidir. Demokratiya sadəcə qanunlar və idarəçilik demək deyil. Demokratiya müstəqillik və iştirak deməkdir. Bir ölkədə hökumət səslərin müəyyən faizini almış ola bilər, ancaq bütün xalqın xoşbəxtliyinə və hüzuruna görə məsuliyyət daşıyır.
Tunisdə ənənəvi islami həyat yaşamaq istəyənlər kimi, Qərb mədəniyyətinə uyğun yaşamaq istəyən də çoxdur. Buna görə Tunisdə həm məscidlər, həm də plyajlar açıq olmalıdır. Türk hökumətinin keçən 10 il ərzindəki ən böyük uğurlarından biri özləri ənənəvi İslam modelini mənimsəyən fərdlərdən təşkil olunmalarına baxmayaraq, kürd məsələsi, erməni problemi, Kıbrıs problemi, İsrail ilə normal münasibətlər qurma prosesi kimi kilid məsələlərdə ultra sekulyarlarla da uzlaşaraq birlikdə çalışa bildiklərini göstərmiş, bu məsələrdə ciddi addımlar atmışdılar. Ərdoğan dövründə Türkiyə İsrail, Amerika, Avropa Birliyi ilə həm hərbi, həm də ticarət sahəsində yeni müqavilələr bağlayaraq, münasibətlərini gücləndirərməklə yanaşı, Çin, Rusiya və İranla da çox yaxşı yola gedən, ticarət münasibətləri içində olan bir ölkə ola bildi. Bütün bunları edərkən Fələstini də küsdürmədi, ərəb qonşuları ilə yaxşı münasibətlər üçün əlindən gələni etdi (vətəndaş müharibələri, xuntalar və daxili qarşıdurmalar imkan verdikcə buna nail olduğu da deyilə bilər) və həm İsrail, həm də İran vətəndaşlarının vizasız gəlib yan-yana eyni plyajlarda istirahət etdiyi, eyni restoranlardaa yemək yediyi və eyni küçələrdə gəzdiyi bir ölkə olaraq qalmağı da bacardı.
Hər kəsin marağında olan bu sosial məsələ Tunisin ən ciddi şəkildə üzərində durmalı olduğu nöqtədir. Misirdə İxvanın etdiyi səhvi təkrarlamayan, Tunis rəhbərliyinin başı açıq xanımları, sənəti, musiqini dəstəkləyən bir imic formalaşdırması həyati əhəmiyyət daşıyır. Unudulmamalıdır ki, qadınların əziyyət gördüyü bir ölkədə heç kim xoşbəxt ola bilməz. Ərəb ölkələrində etibarlı demokratiyanın olması üçün mühafizəkar ölkələrə demokratiyanın İslama zidd olmadığı, əksinə səmimi inancı dəstəkləyən bir sistem olduğu ağıllı şəkildə izah edilməlidir.
Tunisin demokratikləşmə yolunda atacağı addımları tək başına atmağa çalışması da əhəmiyyətsiz və yorucu olar. Türkçədə bunu ifadə edən çox gözəl bir atalar sözü var: Tək əldən səs çıxmaz. Tunisin ətrafındakı ölkələrlə və digər müsəlman ölkələrlə birlikdə hərəkət etməsi, hətta açıq şəkildə birləşməsi Tunisin çiyinlərindən böyük bir yükü qaldıracaq. Bu gün Tunisin maddi problemlərini həll etmək üçün müraciət etdiyi Beynəlxalq Valyuta Fondu nəticə etibarilə birləşmiş ölkələrin fonundan başqa bir şey deyil. Bunun oxşarı və hətta daha yaxşısını formalaşdırmaq müsəlman ölkələrin əlindədir. Yüz illər boyunca məzhəb müharibələri ilə bir-birində dərin yaralar açmış Avropa xalqları necə Avropa Birliyi adı altında birləşə bilibsə, müsəlman ölkələr də aralarındakı qardaşlıq əlaqələrini möhkəmləndirərək birləşə bilər və birliktə hərəkət edə bilər. Hər birləşmə ilə daha böyük bir güc halına gələcək müsəlman ölkələr öz ərazilərindən kənarda dəstəyə ehtiyacı olan deyil, oralara da dəstək verəcək vəziyyətdə olan bir mədəniyyət səviyyəsinə yiyələnəcəklər.
Adnan Oktarın Dhamirdə nəşr olunan məqaləsi