Soyqırımlar... Başı aşağı liderlər...
ucgen

Soyqırımlar... Başı aşağı liderlər...

2328

İyun ayı iki vacib hadisəni, iki böyük soyqırımı xatırladır. Birincisi, tarixin rəsmi ən böyük soyqırımı olaraq tarixə keçən Ruanda qətliamı, digəri isə Srebrenitsa faciəsi. Dünya liderləri iyun ayında ikisini də başı aşağı şəkildə yad edir. «İcazə verməməli idik» deyirlər, ancaq olan olub.

Bir az keçmişə nəzər salaq. 7 aprel 1994-cü ildə əksəriyyəti hutulardan ibarət Ruanda ordusunun ölkədəki  Tutsi azlığına qarşı soyqırıma başlayaraq əsrin ən böyük qətliamlarından birini həyata keçirməsi bütün dünya tərəfindən seyr edilmişdi. Materialist anlayışın ən böyük saxtakarlıqlarından biri olan “üstün irq” anlayışı illərlə birlikdə yaşayan Raunda xalqı üzərində tətbiq edilmişdi. Avropada irqə əsaslanan düşüncə yaradan bəzi çevrələr Ruanda bölgəsində yaşayan insanların ari irqi ilə aşağı irq arasında keçid irqi olduğunu iddia etmişdilər. Bu səbəbdən hutular tutsiləri əsl ruandalı olaraq yox, özlərini daima alçaldan və istismar edən avropalıların ölkələrindəki işğalçı qohumları olaraq dəyərləndirməyə başlamışdılar. Sonrakı mənzərə isə məlumdur. Tarix bu qədər zalım, bu qədər qəddar bir qətliamı nadir halda görüb. Təkcə 100 gün ərzində 800 min tutsi və mülayim hutu vəhşicəsinə qətl edildi. İyun ayında sona çatan qətliam əsnasında BMT-nin sülhməramlı qüvvələri 10 əsgərin ölümünü bəhanə edərək bölgəni tərk etmiş, bölgənin keçmiş müstəmləkəçiləri Belçika və Fransa bu soyqırımı yalnız izləmiş, həmin dövrdəki Fransa prezidenti Fransua Mitteran «Le Figaro» qəzetinə 12 yanvar 1998-ci ildə verdiyi müsahibədə “O ölkələrdə soyqırımın baş verməsi o qədər də önəmli bir şey deyil” deyə açıqlamışdır.

11 iyun 1995-ci il isə bir başqa dəhşətli soyqırımın utanc günüdür. Bosniya müharibəsi zamanı Bosniya və Hersoqovinanın Srebrenitsa şəhəri BMT tərəfindən təhlükəsiz zona elan edilmişdi. Müharibə bölgəsindəki insanlar bu “təhlükəsiz zonaya” axın etmiş və müharibədən öncə əhalisi 20 min olan şəhər bir anda 60 min nəfərə ev sahibliyi etmişdi. Bir gecə yarısı bölgənin təhlükəsizliyindən məsul olan BMT-nin Bosniyadakı sülhməramlı qüvvələrinin komandiri hollandiyalı general Thom Karremansdan aldıqları əmrlə şəhəri və özlərinə sığınan 25 min insanı serblərə təslim etdi. Bir həftə davam edən qətliamlar dəhşətli soyqırım mənzərəsini geridə qoydu. Qətliamlarda qadın və uşaqlara fərq qoyulmamışdı.  Bu qətliamla bağlı müəyyən edilən kütləvi məzarların sayı 64-ə çatıb. Kütləvi məzarların axtarılması hələ də davam edir.

Bölgəni qorumaqla məsul olan 400 silahlı hollandiyalı sülhməramlı qüvvələrinin gözü önündə həyata keçirilən bu qətliam hər iyun ayında Avropa ölkələrinin dövlət rəsmiləri və BMT nümayəndələrinin üzr bəyanları ilə yad edilir. BMT öz nəzarətində olan «təhlükəsiz zonanı» belə qorumaqda aciz olmuşdur.

Ruandada baş verən, tarixin ən qəddar soyqırımının qarşısı bölgəyə hakim olan dərin güclər tərəfindən alına bilməzdimi?

193 ölkənin təmsil edildiyi BMT Srebrenitsa kimi kiçik bir bölgəni iki F16 və xalqı serblərə təslim edən bir komandirlə qoruyacaq qədər aciz idi? Əlbəttə ki, deyildi. Bu gün bu vəhşilik səhnələrini yad edərkən bu səbəbdən başlar aşağı əyilir.

Dövrümüzə baxdıqda bəlkə də ən acı mənzərənin tarixin təkrardan ibarət olduğunu bir daha bütün çılpaqlığı ilə görmək olur. 20 il öncə Ruanda və Bosniyada baş verən qətliama bənzər  soyqırım hazırda Suriyada çox geniş miqyasda həyata keçirilir. Suriyada 4 il ərzində təqribən 300 min insan öldü, 1.200.000 insan yaralandı, 11.000.000 insan isə qaçqın düşdü. Yenə bəzi Avropa ölkələri kimyəvi silah, işgəncələr və yaşayış məntəqələrinə qəsdən edilən bombardmanları məruzə etmələrinə baxmayaraq, baş verənlər qəsdən seyr edilməyə davam edir .

Hesabatların təqdim edildiyi ünvan isə yenə 193 ölkənin təmsil edildiyi BMT-dir. Lakin ölkədəki soyqırıma həll yolu tapmaq bir yana qalsın BMT nə ölkədən qaçan qaçqınlara həll yolu tapa bilir, nə də təhlükəsiz zonalar yarada bilir. Əsəd ölkədəki radikal qruplaşmaları səbəb göstərərək öz hərəkətlərini  leqallaşdırmağa çalışarkən bu plan işə yarıyır və Əsədin getməsini istəyən Avropa ölkələri və ABŞ bir anda sözlərini dəyişdirirlər. Suriya məsələsində nə ABŞ-ı, nə Avropa ölkələrini, nə də ki, BMT-ni birbaşa günahlandırmaq şübhəsiz ki, düzgün olmaz. Lakin görünən odur ki, bəzi insanlara görə, «O ölkələrdə soyqırım baş verməsi o qədər də önəmli bir şey deyil».

Mənfəətlər olmasa, «irq üstünlüyü» kimi saxta materialist fikirlər xüsusilə Avropa ölkələrini himayəsi altına almasa, siyasi manevrlər deyil, «insanlıq» vacib olsa, vəziyyət Ruandada, Bosniyada, Suriyada da indikindən çox fərqli olardı şübhəsiz. O zaman BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü hər faciə üçün ortaq qərar almağı bilər, zövq üçün xərclənən, israf edilən milyardlar tərəddüd edilmədən qaçqınlara verilərdi.   

Dərhal təhlükəsiz zonalar yaradılar, ölkəni yandırıb yaxan təhlükəyə qarşı çəkindirici dünya gücü yaradılardı.

Bəlkə də problem hər şeyi BMT-dən və ya dünya super güclərindən gözləməkdən irəli gəlir. Gələcəkdə daha çox soyqırım görməmək və başımızın aşağı düşməməsi üçün dünyaya aid qərarları təkcə 5 ölkənin öhdəsinə qoymaq yox, ağılı başında insanların bir araya gəlib səs gətirəcək bir güc meydana gətirməsi lazımdır. Yaxın Şərqdə irqçiliyə, Bəəsin düşüncə tərzinə və eyni zamanda radikalizmə qarşı olan ağılı başında müsəlmanlar da var. Çətin vəziyyətdəki insanlara necə yardım edilməli olduğunu, təhlükəsiz zonanın necə yaradılmalı olduğu və birlik olub necə çəkindirici bir güç yaradıla biləcəyini bəlkə də dünyanı idarə etmədə veto hüququna sahib 5 ölkəyə biz göstərə bilərik. Bəlkə də o zaman “o ölkələrdə” soyqırımı normal görən insanların səsi artıq o qədər güclü çıxa bilməz.

Adnan Oktarın «Arab News»də dərc olunan məqaləsi:

http://www.arabnews.com/columns/news/784926

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr