Peyğəmbərimiz (s.ə.v) hədislərində Hz. Mehdi (ə.s)- ın  bədənində təyin edici bəzi işarələr (izlər) olacağını bildirmişdir
ucgen

Peyğəmbərimiz (s.ə.v) hədislərində Hz. Mehdi (ə.s)- ın bədənində təyin edici bəzi işarələr (izlər) olacağını bildirmişdir

2362

HZ. MEHDİ (Ə.S)-IN BALDIRINDA BİR İZ VARDIR

HƏZRƏTİN- (HZ. MEHDİ (Ə.S)- IN) BALDIRLARI GENİŞ, İRİ VƏ SAĞ BALDIRINDA BƏDƏN RƏNGİNİN ƏKSİNƏ BİR İZ VAR.  (Mucəm-ul Ehadisi İmam Mehdi cild: 4, səhifə 154 və Kamal-ud Din cild: 2, səhifə 376 və Bihar cild: 52, səhifə 322)

(HZ. MEHDİ (Ə.S)- IN) SAĞ BALDIRINDA QARA BİR İZ (XAL) VARDIR.   (Şeyx Məhəmməd İbn İbrahimi Numanı, Qeybəti Numanı səh. 251)    

 

 HZ. MEHDİ (Ə.S)- IN ALNINDA BİR İZ VARDIR

Humran İbn Ayan deyir ki, İmam Məhəmməd Bakır əleyhissalama belə ifadə etdim: ...ALNINDA İZ VARDIR, ÜZÜNDƏ İSƏ LƏKƏ (XAL)... (Şeyx Məhəmməd İbn İbrahimi Numanı, Qeybəti Numanı səh. 252)

Humran İbn Ayan İmam Məhəmməd Bakir əleyhissalama deyir: ... ALNINDA İZ VARDIR, ÜZÜ GÖZƏLDİR..." (Şeyx Məhəmməd İbn İbrahimi Numanı, Qeybəti Numanı səh. 252-253)

 Əbu Basir deyir: İmam Məhəmməd Bakir və ya Cəfəri Sadiq əleyhissalam belə buyurdu: "Ey Əbu Məhəmməd! Qaimin iki əlaməti (və ya əlamətləri) vardır. BAŞINDA BİR LƏKƏ (XAL) VƏ BİR İZ VARDIR...  (Şeyx Məhəmməd İbn İbrahimi Numanı, Qeybəti Numanı səh. 253)      

 

HZ. MEHDİ (Ə.S)-IN KÜRƏYİNDƏ OLAN LƏKƏ (XAL)

Hz. Mehdi (ə.s)- da da Peyğəmbərimiz (s.ə.v)- də olan xal kimi bir ləkə var. Yeri və forması Peyğəmbərimiz (s.ə.v) tərəfindən bildirilmişdir.

Mehdinin çiynində Peyğəmbər Əfəndimizdəki peyğəmbərlik möhürü olacaq. (əl-Kavlul Fi Muhtasarr Fi Əlamatil Mehdiyy-il Muntazar,41)
Çiynində Peyğəmbərin əlaməti vardır. (Qiyamət Əlamətləri, 165 Kitab-ül Burhan Fi Əlamət-əl Mehdiyyil Axır zaman 23)      
Çiynində Peyğəmbərin nişanı vardır. (Qiyamət Əlamətləri, 163)

 

PEYĞƏMBƏRİMİZ (S.Ə.V), HZ. MEHDİ (Ə.S)-IN BƏDƏNİNİN ÖN HİSSƏSİNDƏ MƏRSİN YARPAQ ŞƏKLİNİ XATIRLADAN BİR ƏLAMƏT (XAL) OLACAĞINI BİLDİRMİŞDİR

Peyğəmbərimiz (s.ə.v)- in bu şərhindən xalın dəri rəngində olduğu aydın olur.

…(Hz. MEHDİ (Ə.S)- IN) İKİ ÇİYNİNİN ALTINDA YARPAĞA BƏNZƏYƏN BİR LƏKƏ (XAL) VAR. (Mucem-ul Ehadisi İmam Mehdi cild: 3, səhifə: 283, h. 766)    

 PEYĞƏMBƏRİMİZ (S.Ə.V), HZ. MEHDİ (Ə.S)- IN YANAĞINDA DA BİR XAL OLACAĞINI BİLDİRMİŞDİR

Üzündə bir xal olacaq. (əl-Kavlul Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Muntazar, səh. 41)       
Üzündə bir xal (ləkə) vardır. (Əli Bin Hüsaməddin Əl Muttaki)     
Mehdi gur saqqallı, qabaq dişləri parlaq, üzündə xal və açıq alınlıdır. (Meriy İbn Yusuf İbn Əbu Bəkir İbn Əhməd İbn Yusif əl-Makdisi "Fevaidu Fevaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar")    

PAYLAŞIN
logo
logo
logo
logo
logo