Müsəlmanın gündəlik həyatında müxtəlif çətinliklərlə və sıxıntılarla qarşılaşması həm imtahanıdır, həm də axirətdə qovuşmağı ümid etdiyi cənnət yurduyla müqayisə edəcəyi xoşbəxtlik vəsiləsidir. Çətinliklərlə asanlıqların, rahatlığın, hüzurun müqayisəsindən meydana gələcək yüksək bir zövq qaynağıdır. Dünyada möminlərin o insana qarşı hörmət və sevgilərini artıran, özlərinə nümunə götürmələrini təmin edən, Allahın izni ilə Allaha yaxınlaşmağa müsbət təsir edən, qısacası faydaları və gözəllikləri çox olan Rəhmani bir nemətdir.
Bəzən kiçik kimi görünən bir mövzunu insanın, şeytanın vəsvəsəsiylə, qədər xaricində, Allahın rəhməti, məlumatı xaricində olduğunu zənn etməsi və ya unutması bir xəstəlikdir. Möminin bu xəstəliyi diqqətlə, etinayla müalicə etməsi və bu xəstəliyə tutulmadan uzaqlaşması lazımdır.
Məsələn, çox izləmək istədiyi televiziya proqramını qaçırmaq və ya yeməyə bir şey almağı unutmaq kimi hadisələrin hamısında xeyir və hikmət vardır. Bəzən insan bunu təfərrüatlarıyla görür, bəzən də görə bilməz və ya çox azını görər. Məsələn, bir televiziya proqramını qaçırır, lakin bu zaman müddətində xeyirli bir xidmət, xeyirli bir təfəkkür üçün vaxt qazanmış olur. O təfəkkürlə bəlkə ömür boyu gözəl xidmətinin gücünü artıracaq bir məlumat əldə edər. Və ya bu müddət içində Allahı zikr edər və televizordan alacağı savabdan daha çoxuna qovuşar. Yemək üçün bir şey almağı unutduğunda isə, bu onun xəstəliyinin keçməsi üçün vəsilə olan pəhriz hökmündə ola bilər. Təzyiqi yüksək bir insan, pendir almağı unudub, o gün pendir yeməsə təzyiqi normal olar. Təvəkkül etdiyi üçün savab alar, xeyirə yozduğu üçün Allahın bəyənməsinə səbəb olar. Üstəlik, gözəl xasiyyətli və təvəkküllü davranışı, möminlərin hüzuruna, sevgisinə səbəb olar. Bəlkə xəstəlik daşıyan bir pendirdirsə, ondan xilas olmuş olar.
İnsanın gündəlik həyatı içindəki bu cür nümunələrin sayı çoxdur. Buna görə bu mövzunun çox yaxşı başa düşülməsi, ağıldan heç çıxarılmaması çox əhəmiyyətlidir. İnsanın qarşılaşdığı kiçik və ya böyük hər hadisə qədərdədir. Şeytanın "bunlar qədərlə əlaqəli deyil" şəklindəki fısıltısına qarşı möminlər daim ayıq və diqqətli olmalıdır. Bu mövzunu tam anlayıb, heç unutmadan ağılda saxlamaq, hər hadisəyə, hər şeyə xeyir və hikmət gözüylə baxıb Allahın gözəl planı içində baş verən bütün hadisələri bu şəkildə qiymətləndirmək axirət və dünya üçün böyük bir nemətdir. Mömin üçün ağıl, iradə, rahatlıq və hüzura vəsilə olan bir həqiqətdir.