Əbu Səid əl Hudrinin (r.a.) rəvayət etdiyinə görə, rəsulAllah (s.ə.v.) belə buyurmuşdur: “Dəccal çıxdıqda möminlərdən bir nəfər (Hz. Mehdi (ə.s.)) ona qarşı yönələcək. O ZAMAN ÇOXLU SİLAHLILAR- DƏCCALIN MƏRKƏZLƏRDƏ YERLƏŞDİRDİYİ XÜSUSİ ADAMLAR BU MÖMIN ŞƏXSƏ QARŞI ÇIXACAQLAR.” (Mehdilik ve Imamiye 37, (Sahih-i Müslim, 11/393-dən nəql)
Peyğəmbərimizin (s.ə.v.) bu hədisində Hz. Mehdinin (ə.s.) dəccalın silahlı adamları tərəfindən təqib edildiyi, izlənildiyi və fəaliyyətlərinin qarşısının alınmağa çalışıldığı xəbər verilir. Quranda haqq dini təbliğ edən elçilərin yaşadıqları dövrlərdə eynilə bu cür izlənildiyi, onlara mane olmağa can atıldığı belə bildirilir:
“Bu ancaq cinli bir adamdır. Odur ki, ona münasibətdə bir müddət gözləyin!” (Muminun surəsi, 25)
Amma peyğəmbərimizin (s.ə.v.) də bildirdiyi kimi, dəccalın bu fəaliyyətləri heç bir nəticə verməyəcək, əksinə Hz. Mehdinin (ə.s.) təsirinin və gücünün daha da artmağına, şan-şöhrətinin dünya miqyasında daha çox yayılmağına gətirib çıxaracaq.