Sağ ayağında qara iz var
(Hz. Mehdinin) sağ ayağında QARA İZ VAR.
(Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani s. 251)
Alnında xal var
Əbu Bəsir demişdir ki: İmam Məhəmməd Baqir və ya Cəfər Sadiq əleyhissalam (tərəddüd rəvayətçidən qaynaqlanır) belə buyurdu: "Ey Əbu Muhəmməd! Qaimin iki əlaməti (və ya əlamətləri) vardır. BAŞINDA BİR XAL və bir iz var və iki bel sümüyünün arasında bir xal vardır. Sol bel sümüyünün alt tərəfində bir yarpaq vardır ki, eynilə mərsin yarpağı kimidir.
(Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani s. 253)
Alnında iz (yara izi) var
Humran bin Ayan demişdir ki: İmam Məhəmməd Baqir əleyhissalama belə ərz etdim: ... ALNINDA İZ VARDIR, üzündə isə xal.
(Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani s. 252)
Humran bin Ayan İmam Məhəmməd Baqir əleyhissalama demişdir: ...ALNINDA İZ VARDIR, üzü gözəllərin övladıdır. (Yəni siması gözəldir)... "
(Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani s. 252-253)
Əbu Bəsir demişdir ki: İmam Məhəmməd Baqir və ya Cəfər Sadiq əleyhissalam (tərəddüd rəvayətçidən qaynaqlanır) belə buyurdu: "Ey Əbu Məhəmməd! Qaimin iki əlaməti (və ya əlamətləri) vardır. BAŞINDA BİR XAL və BİR İZ VARDIR...
(Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani s. 253)
Qıyıq gözlüdür
Humran bin Ayan demişdir ki: İmam Məhəmməd Baqir əleyhissalama belə ərz etdim: ... Hz. Mehdinin GÖZLƏRİ QIYIQDIR ...
(Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani s. 252)
Kürəyində yarpaq formasında xal var
Əbu Bəsir demişdir ki: İmam Məhəmməd Baqir və ya Cəfər Sadiq əleyhissalam (tərəddüd rəvayətçidən qaynaqlanır) belə buyurdu: "... iki bel sümüyünün arasında bir xal var. SOL BEL SÜMÜYÜNÜN ALT TƏRƏFİNDƏ BİR YARPAQ VARDIR ki, eynilə mərsin yarpağı kimidir".
(Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani s. 253)
Burada yarpaq kimi kənarları olan xalın dəri rəngində olacağı, lakin qabarıq və haşiyəli şəkildə olduğu, formasına görə yarpağı xatırlatdığı, solmuş yarpaq rəngində bir xal olacağı nəzərdə tutulur.