Bir canlı növü, qalıq qeydlərində hansı xüsusiyyətləriylə ortaya çıxsa, milyonlarla il boyunca o xüsusiyyətlərini davam etdirməkdədir. Şəkildə görülən 65 milyon illik çayır canavarı kimi kitab boyunca gördüyümüz bütün qalıqlar bu nümunələrin yalnız bir qismidir. Çayır canavarları, eynilə digər canlılar kimi, 65 milyon il əvvəl də bu günki görünüşlərinə və quruluşlarına malikdirlər. Bu məlumat, təkamül iddiasını açıqca yerlə bir etməkdədir. Canlıların bütünü üçün etibarlı olan bu vəziyyət, şübhəsiz insan üçün də etibarlıdır. İnsan da yaradıldığı andan etibarən insan olaraq qalmış, heç bir dəyişməyə uğramamışdır. Bu qədər canlı təkamül iddiasını açıqca rədd edərkən Darvinistlərin insanın sözdə təkamülü haqqında ssenarilər yazmalarının elmi heç bir etibarlılığı yoxdur.