İnsanın səhhəti pozulduqda yenidən əvvəlki kimi sağlam və güclü olmasının yolu narahatlığının mənbəyini tapmaqdır. Əgər xəstəliyin diaqnozu yanlış qoyularsa, çox təsirli dərmanlar qəbul edilsə də sağalma baş verməz, hətta narahatlıq gedərək daha da böyüyər. Bu səbəbdən ilk öncə narahatlığın səbəbi düzgün müəyyən edilməli, daha sonra sağalmanı təmin edəcək uyğun dərmanlar lazımi dozalarda qəbul edilməlidir. Təbii ki, bütün bunlar təcrübəli həkimin yanına gedən zaman mümkün olur.

Başqa Yəmən olmaqla bir çox ərəb ölkəsi bu gün həm siyasi, həm də sosial olaraq ciddi narahatlıq içindədir. BMT, NATO kimi beynəlxalq təşkilatlar, ABŞ, İran və Səudiyyə Ərəbistanı kimi ölkələr bu narahatlığı bitirmək iddiası ilə özlərinə görə müxtəlif funksiyalar həyata keçirirlər. Bunların nəticəsi isə adətən qarşı tərəfi silah yolu ilə susdurmaqdan ibarət olur.

Halbuki heç bir təşkilat və heç bir dövlət mövcud narahatlıqlara həll yolu gətirə bilmir. Regionda hər silahlı müdaxilədə narahatlıq ağır şəkildə hiss edilir və gedərək daha da artır. Bu vəziyyət pul hərisliyi olan həkimin dərmanla xəstəsini sağalda biləcəyi halda, xəstəni ağır cərrahi əməliyyata salaraq daha çox pul qazanmaq istəməsinə oxşayır.    

Yəmən küçələrindəki hər hansı bir insandan «ölkən niyə bu hala düşdü» deyə soruşsan, şübhəsiz çox şey deyəcək. Yəmənin hazırkı vəziyyətini şiə və sünni gərginliyi, xarici ölkələrin müdaxiləsi, siyasi liderlərin hərisliyi, ölkədəki korrupsiya, silahlanma, yoxsulluq, qəbilələr arasındakı münaqişələr, cahillik kimi bir və ya bir neçə səbəblə əlaqələndirəcək.

Bütün bu səbəblərin mövcud vəziyyətin ortaya çıxmasında rolu olmaqla bərabər hamısını iki əsas başlıq altında toplamaq mümkündür. Birincisi, müsəlmanların arasında birlik olmaması, ikincisi isə İslamın Quranda yeri olmayan dəyərlərlə eyniləşdirilərək yaşanması. İlk öncə birinci başlığı nəzərdən keçirək.

Materialist və imperialist cərəyanlar uzun müddətdir ki, dünyanın təhlükəsiz yer olmasına mane olur. Birinci və İkinci Dünya müharibələri bunun ən bariz nümunəsidir. Hazırda dünya müharibəsinə çevrilməsə də dünyada gizlidən-gizliyə paylaşma mübarizəsi davam edir.

Bu mübarizəyə görə bir çox ölkə özünü təhlükəsiz hiss etmir. Bir çox ölkə istər təhlükəsizlik, istər dünyada daha təsirli siyasət yürütmək üçün beynəlxalq arenada əməkdaşlıq edir. Əməkdaşlığa qoşulmayan ölkələr ya təcrisd edilir, ya da daxili qarşudurmalara və ya xarici hücumlara məruz qalır.

Bu səbəbdən müxtəlif ölkələrin daxil olduğu Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Ərəb İttifaqı, Şangay Əməkdaşlıq Təşkilatı ya da NATO kimi bir çox beynəlxalq təşkilat qurulub.

Halbuki ölkələrə təhlükəsizlik və rifah gətirəcəyi güman edilərək qurulan bu təşkilatlar dünyada baş verən hadisələrin qarşısını ala bilmir. Belə bir vəziyyətdə İslam ölkələrinin önəmi daha da ortaya çıxır.

Əgər İslam ölkələri güclü, sabit olmaq, dünyaya hər sahədə istiqamət vermək və işıq tutmaq istəyirlərsə, birlik halında hərəkət etməlidirlər. Bu gün bu birlik olmadığı üçün İslam aləmində ayrılıq və dağınıqlıq var. Müsəlman ölkələr ən əsas məsələlərdə belə ortaq məxrəcə gələ bilmir, təsirli həll yolları irəli sürə bilmirlər. Bu səbəbdən bir çox məzlum müsəlman müdafiəsiz qalır. Liviyadan Yəmənə, Yəməndən Əfqanıstana kimi məzlum qadınlar, uşaqlar və qocalar ehtiyac içində zülmdən xilas edilməyi gözləyir.

Hansı tərəfi təmsil edirsə-etsin, hansı məzhəbə mənsub olursa-olsun, bütün müsəlmanlar birlik olmağın Allahın Quranda birdirdiyi əmrlərdən biri olduğunu xatırlamalıdır. Uca Allah müsəlmanların birlik olmalarının vacib olduğunu bir ayədə bu şəkildə bildirir:

“İnkar edənlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz, yer üzündə fitnə və böyük bir fəsad baş verər”. (Ənfal surəsi, 73)

Tutalım ki, dünyadakı müsəlmanlar birlik olmağın vacibliyini hiss edərək bu məsələdə bir axtarış içinə girdilər. Bəs arzu olunan İslam Birliyi necə olmalıdır? Yaranacaq birliyin siyasi, iqtisadi və hərbi cəhətləri necə olmalıdır?

Başda Yəmən olmaqla bütün məsəlmanların birlik olmağı istəməsinin zamanının gəldiyini xatırladır və qurulacaq İslam Birliyinin modeli məsələsində təfərrüatları gələn həftəyə saxlayırıq.

 

Adnan Oktarın «National Yemen»də nəşr olunan məqaləsi:

http://nationalyemen.com/2015/06/01/the-correct-solutions-are-possible-only-when-problems-are-identified-accurately/