İnsan, dünya həyatında cənnəti yaşamağa başlaması üçün necə əxlaqa sahib olmalıdır?
İnsanın Allahın yaratdığı nemətlərdən zövq ala bilməsi nə ilə bağlıdır?
Möminlər bu ayənin bir təcəllisi olaraq, Uca Allahın izni ilə olduqları yeri sanki cənnətə çevirərkən, özləri üçün Quran ayələrini rəhbər edərlər. Dərin iman, Allaha şərtsiz təslim olmağı, Onun əmr və tövsiyələrinə düzgün riayət etməyi, Allahın əmrlərini yerinə yetirərkən şeytanın hiyləgər tələlərinə və nəfsinin eqoist oyunlarına qətiyyən boyun əyməməyi, Allahın bildirdiyi din əxlaqını yaşama mövzusunda həyatı boyu davam edən qəti bir qərarlılıq göstərməyi də təmin edir.
Uca Allahın əmr etdiyi gözəl əxlaq xüsusiyyətlərini qazanmağa çalışıb, nəfslərini pisliklərdən qoruyan, özünü Allaha şərtsiz təslim edən möminlər, Allahdan bir rəhmət olaraq dünyada cənnəti yaşamağa başlayarlar.
Dərin imanlı insanlar Mənəvi Təmizlik anlayışına sahibdirlər.
Mənəvi təmizlik, bir insanın ağlından və vicdanından hər cür pisliyi uzaqlaşdırmasıdır. Möminlər, insanın nəfsində olan kin, qısqanclıq, zalımlıq, eqoistlik kimi pis xüsusiyyətləri ruhlarından təmizləmək, boş düşüncələrdən, işlərdən və sözlərdən üz çevirmək üçün böyük bir səy göstərərək hər cür çirkinlikdən təmizlənirlər. Rəbbimiz Quranda möminlər üçün "təmiz ağıl sahibləri" deyə buyuraraq iman sahibi qullarının bu əhəmiyyətli xüsusiyyətlərini belə bildirmişdir:
Dərin iman edən insanın həyatının hər anı gözəl keçər
Dərin imanlı bir insan dünya həyatını, iman etməyən insanlardan çox fərqli düşünər və yaşayar. Hər an xoşbəxt və xoş əhval-ruhiyyəli olmaları, heç bir şeyə görə kədərlənməməkləri, qətiyyən ümidsizliyə qapılmamaqları, heç bir səbəblə əhvallarının pozulmamağı, mənfi kimi görünən hadisələr başlarına gələndə də son dərəcə rahat və sakit olmaları dərin iman edənlər və etməyənlər arasındakı fərqliliyin ən açıq nümunələrindəndir.
Bəzi insanlar, Allahın əmr və tövsiyələrinə əməl edərək yaşayacaqları halda bədbəxt olacaqlarını zənn edərək din əxlaqından uzaqlaşırlar. Halbuki, əslində din əxlaqından uzaqlaşan insanlar bədbəxt olarlar. Bədbəxtliklərinin səbəblərini də heç cür anlaya bilməz, süni üsullarla buna tədbir görməyə çalışarlar. Amma nə etsələr həqiqi mənada xoşbəxt ola bilməzlər. Həqiqi xoşbəxtlik ancaq Allaha yönəlməklə yaşanar. Allah bir ayəsində bu vəziyyəti belə bildirir:
İman edən insanlar isə hər an xoşbəxt və xoş əhval ruhiyyədədirlər. Xoşbəxt olmaq, sevincli olmaq üçün xüsusi bir səbəb axtarmağa ehtiyacları yoxdur. Onlar onsuz da iman etmiş olduqlarına, Allahın varlığını, dəlillərini baxdıqları hər yerdə gördüklərinə və Allahın cənnət vədini sevinclə ümid etdiklərinə görə daim xoşbəxtdirlər. İman etməyən insanlar da iman edənlərin hər an xoşbəxt, sevincli, təvəkküllü hallarına çox təəccüblənir, bunun səbəbini heç cür qavraya bilmirlər. Xüsusilə də, Müsəlmanların başlarına gələn hər çətinliyə xeyir gözü ilə baxmalarını heyrətlə qarşılayırlar. Özlərinin çox tez bədbəxtliyə, kədərə düçar olacaqları bir hadisə qarşısında Müsəlmanların kədərlənməməkləri hər vaxt yetkin, səbirli, etiqadlı olmaları, hər nə olursa olsun, hadisələrdə həmişə xeyir, hikmət görmələri, həyatları boyunca tez-tez çətinliklərlə qarşılaşdıqları halda rahat və dinc olmaları onları çox təəccübləndirir. Halbuki, möminlər başqalarının öhdəsindən gələ bilməyəcəyi çətinliklərlə qarşılaşırlar. Məsələn: qınanırlar, tənqid edilirlər, böhtan kimi müxtəlif psixoloji təzyiqlərə məruz qalırlar. Tarix boyunca inkar edənlərin müxtəlif təzyiqlərə məruz qalan, ölümlə hədələnən peyğəmbərlər və saleh möminlərin vəziyyəti buna açıq bir nümunədir. Qarşılaşdıqları çətinliklər peyğəmbərlərin Allah yolunda daha da şövqlə mübarizə etmələrinə vəsilə olmuşdur. Beləliklə, qarşılaşdıqları çətinliklər peyğəmbərləri izləyən möminlərin də sevinclərini artırır, onlar da imanın zövqünü, əziyyət və çətinliyin içində daha da qüvvətli bir şəkildə yaşayarlar. Hər şeyin Allahdan olduğunu bilirlər, Allahın yaratdığı qədərə (taleyə) tam təslim olurlar. Bu iman, Allahın Quranda təqdir etdiyi, məqbul olduğunu vurğuladığı iman şəklidir. Allah bir ayəsində belə buyurur:
Nemətlərdən lazım olduğu qədər zövq almağın tək yolu dərin imandır
Kainatın yeganə hakimi olan Uca Allah, sahib olunan bütün nemətlərin tək və mütləq Yaradıcısıdır. Bütün insanlar Rəbbimizin lütfü ilə bu gözəlliklərə sahib ola bilir və yenə Onun rəhməti ilə bunlardan zövq alıb şükür edə bilirlər.
Bu səbəbdən əsl xoşbəxtliyi əldə edə bilməyin tək yolu Allaha dərin iman etməkdir. Bu həqiqət Quranda "... Xəbəriniz olsun; ürəklər yalnız Allahın zikri ilə mutmain (rahatlıq) tapar." (Rəd Surəsi, 28) ayəsi ilə xəbər verilir. Yaşanılan bədbəxtlikdən və sıxıntıdan ancaq Allahın rəhməti və qulları üzərindəki lütfü yaxşı qavrandığı və iman əxlaqı yaşandığı təqdirdə xilas oluna bilər. Dünya həyatından ancaq bu cür həqiqi mənada zövq alına bilər, belə gözəlliklərin dəyəri tam olaraq anlaşıla bilər. Məsələn: qərənfilin yarpaqlarındakı qüsursuz düzümü və qoxunu hiss etmək, bu bənzərsiz gözəlliyin böyük bir nemət olaraq yaradıldığını anlamaq üçün bunları təqdir edə biləcək bir anlayışa sahib olmaq lazımdır. Bunu həqiqi mənada anlayan insanlar da yalnız dərin iman sahibləridir. Çünki, Allaha dərin iman edən kəslər dünyadakı hər şeyin Rəbbimizin böyük bir lütfü olduğunu şüurlu şəkildə başa düşürlər.
Möminlər səmimi sevgidən, gözəllikdən, estetikadan zövq alırlar.
Gözəlliklərdən və estetikadan zövq almaq dərin imana sahib olan insanlara aid bir xüsusiyyətdir. Allah insanın ruhunda gözəlliyə qarşı bir həssaslıq hissi yaratmışdır. Ancaq, bu estetik anlayışın üzə çıxması və formalaşması insanın imanı və ağlı ilə mütənasibdir.
Möminlər qarşılaşdıqları bütün gözəllikləri yaradanın Allah olduğunu bildikləri üçün bu gözəlliklər qarşısında həyəcan duyar. Onlara bunların hamısını təqdim edən Allahın gücünü və sənətini lazım olduğu kimi təqdir edə bilməyə çalışarlar. Cənnətə qarşı duyduqları həsrət də, gözəlliklərdən zövq alma qabiliyyətlərini artırır. Allahın Quranda xəbər verdiyi cəhənnəmi düşünüb müqayisə etdiklərində isə, ruha zövq verən estetikanın dəyərini daha yaxşı qavrayırlar.
Quranda cənnət haqqındakı ayələrin də möminlər üçün yol göstərici bir xüsusiyyəti var. Çünki, cənnətə aid ayələrdə Allahın möminlər üçün seçib bəyəndiyi, uyğun gördüyü, qullarını bunlar ilə mükafatlandıracağını vəd etdiyi bu mühitdə gözəllik və estetik anlayış təsvir edilir. Mömin Qurandakı bu işarələri ola biləcək ən uyğun şəkildə həyata keçirərək, gözəlliklərlə dolu bir həyat yaşaya bilər.
Allah bir çox gözəlliyi dərin düşüncənin içində gizlədib. Ağlını çox yaxşı istifadə edən və çox dərin düşünən insanların dünya həyatından aldıqları zövqlər bu vəsilə ilə əldə etdikləri nemətlər və yaşadıqları rahatlıq, düşünmədən, özlərini məcbur etmədən, səthi bir ağılla yaşayan insanların həyat keyfiyyətlərindən çox fərqlidir. Bu insanların imanları müəyyən şərtlərə bağlı ikən, kamil iman sahibləri şərtsiz iman edərlər. Yanlış bir iman anlayışına sahib olan insanlar ancaq nemət içərisində olduqlarında və bütün hadisələr öz istədikləri kimi olduqda din əxlaqına sadiq qalır və gözəl əxlaqı təqlid edə bilirlər. Lakin, nemətləri azaldıqda ya da hər hansı bir çətinliklə qarşılaşdıqlarında asanlıqla din əxlaqından uzaqlaşır və sədaqətlərini pozurlar. Dərin iman sahibləri isə, Allaha olan inanclarında və sədaqətlərində qərarlı olarlar.
İnsanın maddi və ya mənəvi, hər cür nemətdən ən üstün səviyyədə zövq ala bilməsi ancaq dərin iman ilə mümkündür
İman edən bir insan hər an, hər yerdə, qarşılaşdığı hər mövzunu, düşünərək, vicdanını və ağlını istifadə edərək dəyərləndirər. Və hər gözəlliyin, hər nemətin haqqını verə bilmək üçün əziyyət çəkər. Allah da iman edən insanın bu səmimi səyinə qarşı, ona həyatının hər dövründə dərin həzz almalarını yaşadar. Sevmək, sevilmək, dost olmaq, sirdaş olmaq, hörmət görmək, qarşılıqlı güvənmək, Allahın insanlar üçün yaratdığı gözəlliklərdən, dünya həyatının hər bir nemətindən istifadə etmək, insanlar üçün sanki əldə edilə bilməyən bir xəzinə kimi, çox dərin həzlər ilə doludur. İman edənlər üçün Allahın ruhda yaratdığı bu həyəcan və duyğularda yaşanan dərinlik digər insanların nemətlərdən aldıqları cüzi zövqlərlə müqayisə edilə bilməyəcək qədər bənzərsizdir.
Allahın Quranda "dünya həyatından razı qalan və bununla kifayətlənən kəslər" olaraq bildirdiyi insanlar isə imanda gizlənən bütün bu gözəlliklərdən üz çevirib, imansızlığın yaratdığı soyuq dünyaya, ruhsuz həyatı yaşamağa razı olmuşlar.
Halbuki, Allah bu nemətin qapısını istəyən hər insan üçün sonuna qədər açıq qoymuşdur. Diləyən üçün Allahın sonsuz rəhmətini istəyərək ağlını, vicdanını ən yaxşı şəkildə istifadə edən hər kəs üçün dünyada bənzərsiz nemətlər vardır. Axirətdə isə, Allah bu qullarına, dünyadakı ləzzətlərlə də müqayisə olunmayacaq şəkildə sonsuz gözəlliklər yaşadacaqdır. Cənnət nemətlərindən alınacaq həzlər, duyulan həyəcan və xoşbəxtlik, insan ağlının qavraya biləcəyindən çox artıq olacaqdır. Cənnətdə müjdələnən nemətlər bir ayədə belə bildirilmişdir:
Hörmətli Adnan Oktar insanın imanının dərəcəsinə görə gözəlliklərdən təsirləndiyini bildirir:
ADNAN OKTAR: İnsan imanının dərəcəsinə görə gözəlliklərdən zövq alar. Məsələn mən çox şiddətli zövq alıram, Allaha həmd edirəm. Misal üçün: Peyğəmbərimiz (s.ə.v.) yolda gedərkən, yanında səhabələri var idi. Yolda Əbu Cahil ilə qarşılaşır. Əbu Cahil deyir: "Ya Əbu Qasım!", yəni guya ki dəyər vermir, adı ilə xitab etmir.
- "Nə qədər çirkin insansan" deyir Peyğəmbərimizə (s.ə.v). "Doğru söyləyirsən" Peyğəmbər əfəndimiz (s.ə.v) cavab verir. Səhabələrlə yenə yola davam etmişlər. Səhabələr nə üçün belə söylədiyini soruşmayıb. Yolda Hz. Əbu Bəkir (r.ə.) ilə qarşılaşırlar. Hz. Əbu Bəkir (r.ə) dayanır; "Ya Rəsulullah (s.ə.v.)! Nə qədər gözəl insansan sən, nə qədər gözəlsən" deyir. Sanki hipnoz edilmiş kimi baxır. "Doğru söylədin" deyir Peyğəmbərimiz (s.ə.v.).
Səhabələr deyir ki; "Ya Rəsulullah (s.ə.v.)! Siz hər ikisinə də ‘doğru söylədin' dediniz; o adam əksini söylədi. Hz. Əbu Bəkir (r.ə.) doğrusunu söylədi, amma siz hər ikisinə də doğru söyləyirsiniz" dediniz." Peyğəmbərimiz (s.ə.v.) "Mən bir aynayam, mənə baxan özünü görər" deyir. İman gözü ilə baxdığı üçün Allah onun ürəyində sevgi meydana gətirir. Digəri küfr gözü ilə baxdığı üçün onu görə bilmir. Bizə də küfr gözü ilə baxan görə bilməz. İman gözü ilə baxan görər. Biz də iman gözü ilə Müsəlmanlara baxdığımız üçün, sevdiklərimizə baxdığımız üçün o gözəlliyi görürük. O sevgini duyuruq inşaAllah. (21 Oktyabr 2011, A9 TV)
Hörmətli Adnan Oktar dərin imanın insana verdiyi zövqdən bəhs edir:
ADNAN OKTAR: Ən böyük zövq nədir bilirsiniz? Dərin imandır. Onu əldə etdinsə hər şey tamamdır. İnsan "cənnətə gedəcəyəm" deyə gözləyir. Dərin imanı əldə etdikdən sonra, dünyada cənnəti yaşayarsan. Dərhal o anda cənnəti görərsən. Üstündəki bütün yük qalxar, sevinc səni əhatə edər. Çünki, dərin imanlı biri olsan, Allahın izni ilə onsuz da mütləq cənnətə gedəcəksən İnşaAllah, Allahdan ümidi odur. Tam təslim olub: "Ya Rəbbi, nə etsən də sənə təvəkkül edirəm'' deyir. Sevinc içində yaşayır. Nə zənginlik, nə də başqa bir şey. Ancaq sui zənnlə (pis fikirləşmək) deyil, dərin hüsnü zənn (yaxşı fikirdə olub, yaxşı olacağını düşünmək) ilə dərin iman olur. "Ya Rəbbi, sui-zənn etməkdən, sui zənndən məni qoru. Yalvarıram ya Rəbbi məni qoru. Həmişə hüsnü zənlə səni sevməyi mənə nəsib et'' Çünki, insanlar Allaha iman edərlər amma çox sui zənn edərlər. Uşaq ölər, dərhal sui zənn edər. Ertəsi gün özünə gələr. Bir şey olar sui zənn edər, sonra özünə hakim olar. Ona görə hədisdə belə deyilir "Axır zamanda iman, əldə köz tutmaq kimidir. İnsan ovcuna alar, ovcunu yandırar, əlindən atıb imansız olar.”
İman gəlib gedər. Xüsusilə də bu sui zənnə görə, Allaha qarşı sui zənnə görə olur. Allaha şərtsiz hüsnü zənn etmək vacibdir. Allaha məntiqlə yanaşmaq olmaz. Allah sevgisində məntiq olmaz. Məntiqdə boğular insan. Yalnız ağıl və vicdanla Allaha yaxınlaşmaq lazımdır. Çünki, biz Allahın etdiyi şeylərin hikmətini bilmərik. Məntiq hikməti qavraya bilməz. Hikməti anlaya bilməyəndə sui zənn meydana gəlir. Amma, iman gözü ilə baxanda, hər şey aydın olur. Hüsnü zənn ilə baxacaqsan, inşaAllah. (13 Yanvar2012, A9 TV)