“Nəzakət, incə düçüncə” deyiləndə insanların ağlına müəyyən davranış formaları gəlir. Kiçik yaşlarından etibarən, “nəzakət qaydaları” adlandırılan bütün qaydaları tətbiq edən insanlar, cəmiyyətdə “nəzakətli, kübar, incə düşüncəli” insanlar olaraq tanınırlar.
Ancaq əsl nəzakət ağılla və vicdanla əldə edilir. Ən nəzakətli insan vicdanına tam şəkildə tabe olan insandır. Cəmiyyətdə “nəzakətli və kübar” adlandırılan insanların hərəkətləri isə sadəcə təqliddən ibarətdir. Çünki bu insanlar sadəcə əzbərlənmiş bəzi müəyyən hərəkətləri tətbiq edirlər. Daha əvvəl qarşılaşmadıqları bir hadisə ilə rastlaşdıqlarında nəzakətli davrana bilmirlər. Vicdanlarının ilhamına əsasən nəzakətli davranan insanlar isə bütün hadisələr qarşısında ən gözəl əxlaqı göstərirlər.
Cahil cəmiyyətdə insanlar nəzakət göstərdikləri zaman bunu ətrafdakı insanlara hiss etdirirlər. Çünki düşünürlər ki, ancaq qarşı tərəfə bunu hiss etdirsələr nəzakətli insan olaraq tanınacaqlar. Hətta bəzi insanlar məhz göstəriş üçün nəzakətli davranırlar.
Möminlərin nəzakət anlayışında isə diqqəti cəlb edən çox əhəmiyyətli bir xüsusiyyət var: möminlər o qədər nəzakətli və incə davranırlar ki, ətraflarındakı çox insan onların nəzakət göstərdiyini heç hiss etmir. Hadisələrin təbii olaraq bu cür baş verdiyini düşünürlər. Halbuki möminlər bu zaman öz haqlarından keçir, özləri pis vəziyyətdə qalsalar da fədakarlıq edirlər. Amma bunu qarşılarındakı insanlara hiss etdirmirlər. Ətrafa elə göstərirlər ki, guya həqiqətən bu cür davranmaq istəyirlər. Bu şəkildə qarşılarındakı insanları pis vəziyyətdə qoymadan, onlara hiss etdirmədən çox üstün əxlaq nümayiş etdirirlər.
Əlbəttə ki, istəsələr möminlər də bu incə davranışlarını gizlətmək üçün cəhd etməzdilər. Ancaq bu əxlaq şəkli Allahın rizasını qazanmağa daha uyğundur.
Bu cür olmağa cəhd edən insan əvvəla vicdanının səsini diqqətlə dinləməlidir. Bununla yanaşı, ətrafındakı üstün əxlaqlı möminlərin davarnışlarını diqqətlə izləməlidir. O vaxta kimi normal qarşıladığı bir çox hadisədə möminlərin bu üstün əxlaqı tətbiq etdiklərini görəcəklər.
Məsələn, özü ac ikən yeməyini yoldaşına vermək, yorğun olduğu halda, yoldaşının istirahət etməsinə şərait yaratmaq, öz istəklərindənsə yoldaşının istəklərinə, öz bəyəndiyindənsə yoldaşının bəyəndiyinə üstünlük vermək; Yoldaşının sevincinə, xoşbəxtliyinə vəsilə olmaq üçün fədakarlıq etmək; Yuxusu gəldiyi halda söhbət etmək istəyən dostuna bunu hiss etdirmədən onu dinləmək; Xəstə yoldaşına kömək etmək məqsədilə öz xəstəliyini gizləmək; Köməyə ehtiyacı olduğu halda özündən kömək istəyən birinə kömək etmək; Özünə yemək istəmədiyi bir yemək təqdim edilsə, yemək istəmədiyi halda hörmət əlaməti olaraq o yeməkdən az da olsa yemək; Özünə çox sevdiyi bir şey təqdim edildikdə əgər onu daha çox sevən biri varsa bunu hiss etdirmədən ona təqdim etmək; Tələsdiyi halda qarşısındakı möminə bunu hiss etdirməmək; Təhlükəylə qarşı-qarşıya olduqda bunu hiss etdirmədən həll etmək; ya da ətrafındakı insanları sakitləşdirərək bu məsələni həll etmək; Birinə sevgi, hörmət, qayğı göstərdiyi halda digər yoldaşına qarşı diqqətsiz davranmamaq, hamını razı salacaq şəkildə davranmaq; Özünə sevgi yönəldildiyi zaman tələsməyindən, problemi, xəstəliyi, ya da işi olmağından asılı olmayaraq qarşı tərəfə gözəl bir qarşılıq vermədən çıxıb getməmək; Gözəl rəftarı, gözəl əməli, gözəl hərəkəti görməməzlikdən gəlməmək, mütləq təqdir edib şövqləndirmək; Gözəl bir sözə mütləq daha gözəli ilə qarşılıq vermək; Səmimiyyəti, gözəl əxlaqı təqdir etmək; Xəstəliyi olan möminə onu həyəcanlandırmadan ən gözəl tərzdə söyləmək; Bütün bunları yerinə yetirərkən qarşı tərəfə o olmasaydı da bu cür rəftar edəcəkmiş kimi çox təbii hal yansıtmaq; Və bütün bunlarda sadəcə Allahın rizasını axtarmaq…
Bu sayılanlar “nəzakət” deyiləndə ilk ağla gələn davranış formalarıdır. Ancaq insan daha ətraflı düşündüyü, ətrafına gözəl əxlaq göstərmək niyyəti ilə və daha dərin baxdığı zaman vicdanı ona daha incə davranmaq imkanı qazandıracaq. Bu gözəl əxlaqı, insanların rizası üçün deyil, sadəcə Allahın rizasını qazanmaq üçün göstərdiyinin verdiyi vicdan rahatlığı bu insana keçdiyi nemətlərlə müqaisə edilməyəcək dərəcədə həzz verəcəkdir. Bu əxlaqının axirətdəki qarşılığı isə daha gözəl olacaq: