Canlılardakı fədakarlıq
ucgen

Canlılardakı fədakarlıq

1268

“Böyük balıq kiçik balığı ovlayır", "güclü olan qazanır"… Bu cümlələrdən təbiətdəki canlılar arasındakı əlaqələri müəyyən etmək üçün tez-tez istifadə edilir. Təkamül nəzəriyyəsinin də bəzi qanunlarını meydana gətirən bu ifadələr, əslində, həqiqətləri əks etdirmir.

Təbiətdəki canlılar araşdırıldığı zaman çox fərqli bir həqiqət meydana çıxır. Canlılar yaşamaq və törəmək üçün təkamülçülərin iddia etdiyi kimi "mübarizə" aparmırlar, əksinə başqa canlılarla olduqca "fədakar" davranırlar. Məsələn, bəzi kiçik quşlar onlara tərəf yaxınlaşan qartal və ya qırğı kimi yırtıcı quşları görəndə, qışqıraraq bu təhlükəni quş dəstəsinə xəbər verirlər və təcavüzkarın diqqətini "özlərinə" çəkirlər. Bu da qışqıran quşun sağ qalma ehtimalını azaldır. Yəni bu quş sürüdəki yüzlərlə quş üçün öz həyatını təhlükəyə atır.

Məlumdur ki, canlılar nəsillərini davam etdirmək üçün törəməlidirlər. Yeni doğulan balanın böyüməsi üçün ona xüsusi qayğı göstərmək lazımdır. Yəni heyvanlar balalarını qorumasalar, yeni doğulan canlı ölə bilər. Təbiətə baxdığımız zaman vəhşi heyvanlardan ev heyvanlarına qədər bütün heyvanların balalarını qoruduğunu və qayğı göstərdiyini görərik. Timsahlar, pələnglər balaları üçün itaətkar, fədakar və şəfqətli canlılara çevrilirlər.

Timsahlar 3 ay yumurtalarının yanından bir an belə ayrılmadan onları qoruyurlar. Başqa bir nümunə kimi yağış quşunu göstərə bilərik. O, balasını qorumaq üçün özünü yaralı kimi göstərərək düşməninin diqqətini öz üzərinə çəkir.

Təkamül nəzəriyyəsinin müdafiəçiləri canlıların balalarına göstərdiyi fədakarlığı açıqlamaq üçün bunun instinkt davranış olduğunu söyləyirlər. Bəs instinkt nə deməkdir?

Təkamülçülər instinkti "canlıların içindən gələn səs" kimi qiymətləndirirlər. İddialarına görə bir hörümçəyə, quşa, aslana və ya kiçik həşərata nəslini davam etdirmək üçün fədakarlıq edəcəyini içindən gələn bir səs pıçıldayır. Bu səsin mənbəyini soruşduqda isə "ana təbiət ana" deyə mənasız cavab verirlər. Təkamülçülərə görə hər şey təbiətin möcüzəsidir. Bunun nə qədər mənasız iddia olduğu göz qabağındadır. Çünki təbiət özü yaradılmışdır və daşlardan, çiçəklərdən, ağaclardan, çaylardan və dağlardan meydana gəlir. Bu deyilənlərin heç birinin bir canlını əmələ gətirə bilməyəcəyi, ona ağıllı bir xüsusiyyət qazandıra bilməyəcəyi də aydındır. Bu vəziyyətdə qarşımıza bir həqiqət çıxır: Təbiət içindəki bütün canlılarla birlikdə üstün qüdrət sahibi bir Yaradıcının əsəridir və o Yaradıcı bizə özünü belə tanıdır:

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir. (Nisa surəsi, 126)

Əslində, nəzəriyyənin banisi olan Darvin əvvəldən bu məntiqin məğlub olacağını bilirdi. 1859-cu ildə yazdığı "Növlərin mənşəyi" adlı kitabında nəzəriyyəsi ilə əlaqədar narahatlığını belə ifadə edir:  "İnstinktlərin bir çoxu elə heyrətamizdir ki, onların inkişafı bəlkə nəzəriyyəmi tamamilə alt-üst etməyə kifayət edəcək".

Darvinə görə təbiətdə həmişə güclülər zəiflərin üzərində hakim olurlar. Yəni bir canlı təkamül keçirərək digər canlılardan daha üstün xüsusiyyətlərə sahib olur və ancaq bu cür həyatda qalmağı bacarır, zəiflər isə məhv olurlar. Darvinin nəzəriyyəsində "Təbii seçmə" adlanan mexanizm əsas yer tuturdu. Ancaq Darvin təbiətdəki canlıları tədqiq edərkən onların fədakarlıq nümunələri qarşısında heyrət edirdi. 

Canlılar onların gözləmədiyi ağıllı hərəkətləri edərək, bəzən də həyatlarını təhlükəyə ataraq bir-birlərinə yardım edirdilər. 

Təbiətdəki yardımlaşma nümunələrinə baxanda bunların təsadüfən və ya öz-özünə meydana gəlməyəcəyi aydın şəkildə görünür. Balalarına şəfqət göstərən bütün canlılar Allahın vəhyi ilə hərəkət edirlər. Onlara balalarını qorumağı öyrədən də, fədakarlıq etdirən də aləmlərin Rəbbi olan Allahdır. Bütün kainat Allah tərəfindən yaradılmışdır və bütün canlılarda yaradılış dəlilləri vardır. Bura qədər bəhs etdiyimiz heyvanlardakı fədakarlıq nümunələri də bu dəlillərdən biridir. 

Bu məqalədə hər şeyin təsadüfən meydana gəldiyini iddia edən təkamül nəzəriyyəsinin banisi olan Darvini mütəəssir edən və təkamül nəzəriyyəsini çıxılmaz vəziyyətə salan canlılardakı fədakarlıq nümunələrindən bir neçəsindən bir az  bəhs edək: 

Köçəri quşlar olan albatroslar həmişə doğulduqları yerdə cütləşirlər. Buna görə nəsil artırma zamanlarında koloniyalar halında bir yerə toplanırlar. Dişi quşların gəlməsindən bir neçə həftə əvvəl, erkəklər bura gəlib əvvəlcədən yuva qurur və dişi və balalar üçün mükəmməl rahatlıq yaradırlar. Yumurtalara olan bağlılıq isə albatros quşlarında xüsusi olaraq diqqət çəkir. Çünki albatroslar  yuvada  yumurtaların üstündə tərpənmədən təxminən 50 gün otururlar. 

Ancaq balalara olan bağlılıq yalnız yumurtaların qorunması ilə məhdudlaşmır. Belə ki, albatroslar çox vaxt balalarına yemək tapmaq üçün hər dəfə 1 mildən çox yol qət edirlər. 

Başqa nümunə göstərək: Afrikada yaşayan və buynuzlu quş kimi tanınan bir quş növü yuva düzəltmək üçün, əvvəlcə, ağacında bir dəlik tapır. Dişi quş bu dəliyin içinə girir və erkək dəliyin girişini palçıqla bağlayır. Ancaq hər ikisi də burada əhəmiyyətli təfərrüatı unutmurlar. Erkək quş dişi ilə balaların təhlükəsizliyini təmin etmək və onları kənardan gələn təhlükələrdən, xüsusilə də ilanlardan qorumaq üçün palçıqla bağladığı bu dəlikdə kiçik pəncərə yeri saxlayır. Dişi yumurtaların üzərində yatdığı və buna görə də yemək toplaya bilmədiyi üçün erkək quş dişisinə bu dəlikdən yemək verəcək və yumurtadan çıxan balalarını da bu dəlikdən bəsləyəcək. 

Əlbəttə ki, canlılardakı bu fədakarlıq nümunələri, elmi pərdə altında ortaya atılan təkamül nəzəriyyəsini çıxılmaz vəziyyətə salır. Əgər təbiət Darvinin iddia etdiyi kimi zəiflərlə güclülərin mübarizə apardığı və hər fərdin yalnız öz həyatını düşündüyü yerdirsə, niyə canlıların hamısı balalarını bəsləmək, böyütmək üçün bu qədər enerji və zaman sərf edirlər? Bu sualın cavabını yenə canlılarda axtaraq: 

Erkək pinqvin kürd yatarkən, dişi yemək axtarmağa çıxır. Temperaturun -40°C'-yə düşdüyü yerdə buzlaqlar getdikcə böyüyür və qida tapmaq çətinləşir. Bir yumurta yumurtalayan dişi pinqvinlər dərhal dənizə qayıdırlar. Erkək kürd yatdığı dörd ay ərzində qütb fırtınalarına dözmək məcburiyyətindədir. Heç nə yemədən yumurtaların üstündə yatan erkək bu müddət ərzində çəkisinin yarısını itirir. Amma əsla yumurtanı tərk etmir. 

Dördüncü ayın sonunda yumurtalar qırılmağa başlayanda birdən dişi pinqvin meydana çıxır. Ana yüzlərlə pinqvinin arasından öz erkək tayını və balasını çətinlik çəkmədən tapır. Çinədanındakıları boşaldaraq balanın baxımını öz boynuna götürür. Hər yerin buzlarla örtüldüyü yerdə yuva qurmaq mümkün deyil. Ana ilə ata balanı soyuqdan qorumaq üçün ayaqlarının üstünə qoyub, qarınları ilə qızdırırlar. Pinqvinlər qışda yumurtlayırlar. Bunun bir səbəbi vardır: Əgər yazda yumurtlasalar, balanın böyüməsi qışa gəlib çatacaq, o zaman da ətrafdakı dənizlər donacaq. Bu vəziyyətdə həm hava şəraiti çox ağır olacaq, həm də qida tapmaq çətinləşəcək. 

Göründüyü kimi, heyvanlardakı fədakarlıq nümunələrinin təkamül nəzəriyyəsinin həyat mübarizəsi, təsadüf iddiaları ilə açıqlanması mümkün deyil. Heç bir şüura, ağıla, mühakimə qabiliyyətinə sahib olmayan canlıların bir-birlərinə qarşı belə bağlanmaları, bundan başqa bu bağlılıqlarını olduqca ağıllı plan və dizaynla ortaya qoymaları bir həqiqətlə açıqlana bilər: Bu canlılar yaradıldıqları andan etibarən özlərinə verilən ilhamla hərəkət edirlər. Onlar Allahın əmri və nəzarəti altında yaşayırlar. Quranın Hud surəsində bu həqiqət belə bildirilir: 

 

(Yer üzündə) elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın.(Hud surəsi, 56)

 

Canlılardakı fövqəladə fədakarlığın sirri budur.

 

Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Allah hər şeyi (elmi və qüdrətilə) ehtiva etmişdir. (Nisa surəsi, 126)


2011-06-08 15:10:57


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr