Fəaliyyət zamanı hüceyrədən müəyyən miqdarda istiliyin ayrılması və ümumilikdə 100 trilyon hüceyrənin meydana gətirdiyi istiliyin insan həyatı üçün ən müvafiq ölçüdə olması özlüyündə böyük bir möcüzədir. Bir digər möcüzə isə tiroksin molekullarının hüceyrənin nə qədər istilik yaymalı olduğunu bilmələridir. Bununla yanaşı, hüceyrənin maddələr mübadiləsinə təsir etmə və istiliyi artırma bacarığı Rəbbimizin insan bədənində yaratdığı saysız möcüzələrdən biridir. Allah`ın göylərdə və yerdə olan hər şeyə hakim olması və bütün hadisələri sonsuz güc sahibi olan Rəbbimizin yaratması Quranda belə bildirilmişdir:
“Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona təzim edir. Məxluqatı ilk dəfə (yoxdan) yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir.”(Rum surəsi, 26-27)