Balkan ölkələrində güc mübarizəsi və əməkdaşlığı
ucgen

Balkan ölkələrində güc mübarizəsi və əməkdaşlığı

835

Balkan dövlətlərinin qarşıdurmalar və müharibələrlə dolu tarixini müəyyən edən 3 əsas amil var:

  • Bəzən faşizmə meyillənən güclü milliyyətçi cərəyanlar,
  • Bu cərəyanların bəzən itici, bəzən də kəsici gücü olan Balkan dövlətlərindən kənar ölkələr,
  • Bu gün əvvəlki gücündən çox şey itirsə də, hələ də varlığını hiss etdirən kommunist cərəyanlar.

Milliyyətçi cərəyanlar Balkan dövlətlərinin bir-bir üsyan edərək Osmanlı İmperiyasınından ayrılmasında təsirini göstərmiş, ancaq sonra bu dövlətlərin bir-birinə düşmən olmasına da səbəb olmuşdur.

Nasist Almaniyasının Balkan dövlətlərindəki təsiri azalınca digər iki amil sürətlə təsirli olmağa başladı:Balkan ölkələrindən kənar dövlətlər və kommunizm. 9 oktyabr 1944-cü ildə İngiltərə Baş naziri Uinston Çörçill və Sovet İttifaqı başçısı Stalin bir kağız üzərində kimin hansı Balkan dövlətini idarə edəcəyi barəsində razılığa gəldilər. Tarixə “Faizlər razılığı” olaraqkeçən bu razılıq əslində Balkan dövlətlərinin yaxın keçmişdə yaşadıqlarının xülasəsi kimidir.

Bölgənin keçmiş güclərindən olan Rusiya artıq əvvəlki kimi təsirli və güclü deyil. Əvvəllər ortodoks-slavyan kartı üzərindən Balkan dövlətlərində fəaliyyət göstərməyə çalışan Rusiyanın əli Bolqaristan və Yunanistanın NATO-ya daxil olması və bunlara bir müddət sonra Ruminiyanın daxil olması ilə daha da zəiflədi. Hazırda təkcə Serbiya üzərində əvvəlki kimi təsirli olmağa çalışır. Ancaq bu cəhdinin qarşılığında arzu etdiyi təsiri yenidən əldə etməsi çətindir. Çünki Serbiya da Ukrayna kimi gedərək Avropa Birliyinə yaxınlaşır.Keçmiş müttəfiqlərini itirməsi, NATO-nun burnunun ucuna qədər gəlməsi Rusiyanın ən istəmədiyi seydir.

Rusiyanın Balkan dövlətlərindəki ən böyük narahatlığının qaynağı ABŞ-ın gedərək artan təsiridir. Əslində Rusiyanın bu narahatlığı elə də boş deyil. ABŞ-ın Balkan dövlətlərindəki strategiyasındakı əsas hədəflərindən biri Rusiyanın bölgədəki təsirini mümkün olduğu qədər məhdudlaşdırmaqdır. ABŞ bunun üçün bölgədə əməkdaşlıq edə biləcəyi rəhbərlər axtarışındadır. ABŞ bunun üçün bəzən NATO-nu, bəzən də iqtisadi və siyasi vasitələri istifadə edir.

ABŞ Balkan dövlətlərinin Avropa Birliyi standartlarına qovuşmasını mənimsəyir. Ancaq bölgənin tamamilə Avropa Birliyi nəzarətinə girməsinə güc tarazlığı baxımından razı deyil. Belə ki, Avropanın Bosniya müharibəsinin qarşısını ala bilməməsi və Bosniya, Kosova və Makedoniyadakıdaxili qarışıqlıqlarda qabaqcıl rol oynaması ABŞ-ın mövqeyini gücləndirir.

ABŞ-ın Balkanlara marağının digər səbəbi isə yanacaqdır. Orta Asiya və Xəzərdə olan yanacaq ehtiyatlarının Avropaya nəqlində Balkan dövlətləri kilid rol oynayır. ABŞ Ukraynadakımünaqişədən sonra Balkan dövlətlərində nəzarəti əldə saxlamağı Rusiyanın yanacaq yollarına hakimiyyətini azaltmaq üçün vacib görür.

ABŞ-ın Balkan dövlətlərinə olan marağının digər bir səbəbi isə Qara dənizdir. Lozanna müqaviləsindən etibarən ABŞ-ın Qara dənizdəistədiyi kimi təsirli ola bilməməsiTürkiyə, Bolqarıstan və Ruminiyanın NATO-ya üzvlüyü sayəsində artıq əvvəlkindən dahagüclüdür.

Balkan dövlətlərindəki xarici fiqurlar təkcə Rusiya və ABŞ-dan ibarət deyil. I və II Dünya Müharibəsinin əsas fiquru olan Almaniya Balkan ölkələrinin hazırki ən güclü oyunçusudur. Balkan dövlətləri I Dünya Müharibəsindən əvvəl Almaniyanın marağını cəlb edir. Bu maraq bugün Almaniyanın izlədiyi “güç siyasəti”nin bir hissəsidir.

Almaniya bölgədə artacaq yoxsulluq, işsizlik, mütəşəkkil cinayətkarlıq, korrupsiya, insan hüquqlarının pozulması, narkotik ticarəti kimi təhdidlər səbəbindən birbaşa zərər görəcəyini düşünür. Bunun üçün Avropa Birliyivasitəsi və güçlü iqtisadiyyatı ilə bölgədə təsir yaratmağa çalışır. Almaniya Avropada mövcud iqtisadi böhran səbəbindən bir qədər azalsa da, Balkan dövlətlərində ən çox investisiya qoyan ölkələrdən biridir. Getdikcə artan ticarət dövriyyəsi Balkan dövlətlərini Almaniya üçün vazgeçilməz bazar halına gətirir.

Balkan ölkələrinin hamısıdinclik, sabitlik və rifah istəyir. Bu dincliyi də bəzisi Rusiyaya, bəzisi ABŞ-a yaxınlaşaraq, bəzisi də Almaniya və ya Avropa Birliyi vasitəsilə təmin ediləcəyini düşünür. Ancaq bu ölkələrin Balkan ölkələri ilə yaxınlaşmaları, bölgədə hakimiyyət qurmaq məqsədli güc mübarizəsinə çevrildiyində bundan ən çox bölgə xalqları zərər görür.

Balkan ölkələrinin həqiqi dinclik tapması üçün super güclərin bölgədəki rəqabətlərində müharibə və qarşıdurma üsulundan vazkeçmələri lazımdır. I Dünya Müharibəsi və yaxın keçmişdə Bosniyada baş verənlər belə bir mübarizənin necə böyük fəlakətlərlə nəticələnəcəyini bizə göstərdi.

Bölgədə sülhün qalıcı ola bilməsi üçün Balkan ölkələri arasındakı əməkdaşlıq daha da inkişaf etdirilməlidir. Sadəcədövlətlər arasında imzalanan,əxlaqi inkişaf vəhəmrəyliyə yer verməyən, sevgini əsas almayan əməkdaşlıqlar yeni etnik və məzhəbqarşıdurmalarının qarşısını almada müvəffəq olmayacaq. Çünkioxşar razılaşmalar tarixdə dəfələrlə imzalanmasına baxmayaraq, bölgədəki daxili qarşıdurmaların qarşısını almamışdır.

Bu əməkdaşlığın inkişaf etdirilməsində dövlətlərlə kifayətlənməməli, qeyri-hökumət təşkilatları, düşüncə mərkəzləri, universitetlər vəkütləvi informasiya vasitələri də rol oynamalıdırlar. Məsələn, bir ölkənin tədrisində digər Balkan dövlətini qaralayan, nifrət yaradan ifadələr təmizlənməli, qarşıdurma əvəzinə sevgini, sülhü, qardaşlığı, birgə yaşamağın gözəlliklərini əsas alan ifadələrə yer verilməlidir. Kütləvi informasiya vasitələrindətəhrikedici ifadələrin istifadə edilməməsi təmin edilməli, dövlət məmurları daverdikləri bəyanatlarda çox diqqətli olmalıdırlar.

Balkan ölkələrindətolerantlığı və birlikdə yaşamağı əsas alan siyasətlər aparıldığı təqdirdə bölgədə baş verən gündəlik problemlər həll ediləcək, sülh, təhlükəsizlik və demokratiyanın təsis edilib inkişaf etdirilməsi təmin ediləcək, inkişaf prosesi sağlam şəkildə həyata keçiriləcəkdir.

Adnan Oktarın “The Bosnian Times” da nəşr olunan məqaləsi:

http://www.thebosniatimes.com/en/bullet-changed-world-balkans-still/


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr