Dünya 2015-ci ilə çox sürətlə başladı. Hər qitədə hadisələr bir-birinin ardınca davam edir. Bu hadisələrdən ən uzaq olan və ən sakit bölgə isə Avropadır. Əslində Aİ uzun müddətdir ki, böyük narahatlıqla öz sırasını gözləyirdi. İlk növbədə bildirmək lazımdır ki, bir çox Avropa ölkələrində: İsveç, İsveçrə, Avstriyada yüksələn millətçilik axınları özünü göstərirdi. Müsəlmanlara qarşı edilən hərəkətlər və islamafobiyanın yüksəlişi Almaniyada isə PEQİDA və antiPEQİDA nümayişləri bunlara misal kimi göstərilə bilər.
Fransa çox aktiv və davamlı şəkildə əsasən Afrikadakı silahlı təşkilatlarla mübarizə aparır. Fransa bugün Mərkəzi Afrika Respublikası, Çad, Mavritaniya, Burkina Faso və Səhra altı Afrikadakı bir çox ölkələrdə əl-qaidəçilərlə mübarizə aparır. Əsas strategiyası isə düşməni silahla yox etmək əsasında qurulub. Fransanın Afrikada başlatdığı bu mübarizə bölgədə minlərlə məsum vətəndaşın ölümünə səbəb olur.
Evlərindən didərgin düşmüş insanlar Fransanın silahlı müdaxiləsi nəticəsində ya köç etmək məcburiyyətində qalır, ya da yaxınları fransız əsgərləri tərəfindən öldürüldüyü üçün intiqam almaq məqsədi ilə əl-Qaidə, əş-Şəbab və İŞİD-ə qoşulurlar. Statistakaya görə Fransadan İŞİD-ə qoşulan insanların sayı digər Avropa dövlətlərinə nisbətən daha çoxdur.
Fransada Daxili İşlər Nazirliyi ötən günlərdə bir açıqlama vermişdi. Nazirliyin açıqlamasına görə cəmi 930 nəfər fransız və Fransada yaşayan digər insanların Suriya və İraqdakı müharibə ilə əlaqəli olduqları aşkar olunmuşdur. Bu 930 nəfər insanın 350-si hələ də faktiki olaraq döyüş bölgəsindədir. Bu rəqəmlərdən əlavə 35 nəfər də bölgədəki döyüşlərdə ölmüşdür. Suriya və İraqa gedib daha sonra Fransaya qayıdanların sayı da nəzərə çarpacaq nisbətdədir.
Bu döyüşçülərin geri dönməsi də Fransa hökumətinin ən qorxduğu məsələlərdəndir. Silahlı təlimdən keçmiş, hərbi əməliyyatlarda iştirak etmiş və özlərini döyüşə həsr etmiş bu şəxslərin gələcəkdə edəcəkləri Fransanı qorxudan ən başlıca məsələdir.
Fransa hökuməti bu narahatçılığına görə haqlı çıxdı və Çarli Hebdodakı hadisəyə qarışanlardan 34 yaşlı Səid Quaşinin əvvəlcə Yəməndə əl-Qaidə təşkilatının təlimindən keçdiyi bilindi.
Fransa Avropanın ən önəmli 3 dövlətindən biridir. Dünyanın ən önəmli və tanınmış şəhərlərindən biri olan Paris Avropanın sənət, siyasət və sənaye mərkəzlərindəndir.
Parisdə dekabr ayında baş verən hadisələrdən sonra dövlət bir çox şəhərdə bir sıra tədbirlər almışdı. Paris xalqının rahat bir Milad və yeni il keçirə bilməsi üçün əsgərlərdən belə yardım istənmişdi. İkinci dünya müharibəsindən bu günə qədər olan müddətdə ilk dəfə fransız əsgəri şəhərləri qorumaq vəzifəsini öhdəsinə götürmüşdü. Parisdə 1080 əsgər Eyfel qülləsi və onun ətrafındakı digər bölgələrdə vəzifədə idi.
Amma bu görülən tədbirlər heç bir fayda vermədi. Əvvəlcə Çarli Hebdoya edilən hücum zamanı 12 nəfər öldü, 10 nəfər yaralandı. Burada ölənlərdən ikisinin müsəlman olduğu açıqlandı. Növbəti gün bir qadın polis məmuru da vuruldu. Keçirilən polis əməliyyatında isə 3 terrorist və 4 girov həyatlarını itirdiyi halda iddialara görə bir nəfər qaçmağı bacardı.
Öldürülən terroristlərin şəxsiyyətləri açıqlandığında təbii ki, diqqət bir anda radikal İslam tərəfdarlarına və İslamı təbliğ edən terror təşkilatlarına yönəldi.
Dünya 11 sentyabrdan bugünə qədər İslam terror təşkilatları ilə mübarizə aparır. Bu mübarizələrində ağır hərbi tədbirlər əsas götürülür. Bugün İŞİD-ə də nəzər saldıqda hərbi tədbirlərin bir nəticə vermədiyi, bu təşkilatlarla mübarizədə ideoloji mübarizənin daha önəmli olduğu ortaya çıxır.
Müsəlmanlara edilən təzyiqlər və ya qoyulan qanunlarla azadlıqlarını məhdudlaşdırmaq, müsəlmanları ikinci dərəcəli vətəndaş olaraq görmək yönündə aparılan tədbirlər bugünə kimi heç bir fayda vermədi.
11 sentyabr və bundan sonrakı tarixlərdə müsəlmanlara edilən təzyiqlər yeni hadisələrin yaranmasına səbəb oldu. Artıq bu dəfə Parisdəki hücumlardan sonra məsələyə fərqli münasibət göstərilməlidir. Xüsusilə Fransada əksəriyyəti Məğrib soyundan olan müsəlmanlara qarşı artıq mənfi münasibət göstərilməməli və bu insanların cəmiyyətdən daha da uzaqlaşması yönündə strategiyalardan qaçınılmalıdır. (2005-ci ildə şəhər ətrafında yaşayan müsəlman köçərilərin onlara edilən rəftarına qarşı göstərdikləri münasibət yaddaşlardan silinməyib)
11 sentyabr hücumundan dərhal sonra müsəlmanların xüsusilə ABŞ və qərb ölkələrində yaşadıqları çətinliklər, sıxıntılar təkrar yaşanmamalıdır. Qərb dövlətləri müsəlmanlara daha anlayışlı və sevgi ilə yanaşaraq onların terror təşkilatlarına yönəlmələrinin qarşısını almalıdır.
Son zamanlar Avropada millətçilik axınlarının yükəlişini hər birimiz izləyirik. Radikal sağçılar siyasətlərini həyata keçirmək və tərəfdar toplamaq üçün Avropada pisləşən iqtisadiyyatdan istifadə edirlər. Yaşanan bəlalara görə müsəlmanları köçəriləri günahkar bilir, xalqın gələcək qorxusundan istifadə edərək müsəlmanlar və köçərilərə təzyiq etməyə çalışırlar.
Avropalı millətçilərin siyasəti öz ideologiyalarını və mədəniyyətlərini tam olaraq tədbiq etməyə yönəlmişdir. Bütün vətəndaşların öz fikirlərinə və müəyyən bir həyat tərzinə uyğunlaşmasını istəyirlər. Bunun üçün onlara uymayanları hər şeydən təcrid etməyi, hətta ölkələrindən çıxartmağı hədəf alırlar. Şüurlu şəkildə və sistemli olaraq insanları uzaqlaşdırmaq Avropa üçün yeni bir təhlükə idi. Bu siyasətlər Avropada müsəlmanlara qarşı yeni bir "Kristal Gecə" yaşanması ehtimalını getdikcə artırır.
Siyasi spektrın mərkəzinə yaxın olan sağ və sol partiyaların bu təhlükəyə qarşı dəqiq münasibət bildirməməsi də sıxıntıları artırır. Məsələn, alman hökuməti Türkiyədə kürdlər öz ana dillərində təhsil ala bilər dediyi halda Almaniyadakı türklərin evdə belə almanca danışmalı olduqlarını deyir.
Aİ ölkələri, dövlətlərindəki radikallaşma səbəblərini çox yaxşı bir şəkildə müəyyən edərək bunun qarşısını almalı, irqçiliyi aradan qaldırmalı və köçəriləri, xüsusilə də müsəlman xalqını Avropadakı cəmiyyətlərə və ordakı həyata inteqrasiya etdirməlidir. Bunun üçün Avropadakı hökumətlər xalqa yuxarıdan aşağı baxan avtoritar siyasətlər yerinə mötədil müsəlmanlar tərəfindən dəstəklənən ortaq siyasətlər keçirməlidirlər. Xüsusilə İslam liderləri Quranda bəhs edilən İslamda şiddətin və terrorun olmadığını, əsl xürafələrlə dolu olan hədis qaynaqlarının bu şiddətə gətirib çıxartdığını tam cəsarətlə bildirməli və bu yanlış qaynaqlara qarşı fikri mübarizəyə başlamalıdırlar. Hadisələri sui-qəsd fərziyyələri ilə örtmədən, bunların arxasına sığınmadan əl-Qaidə, İŞİD və buna bənzər ünsürlərin yanlış fikirlərə əsaslandığını ifadə etməlidir və bunun üçün də Qərb dövlətləri və ABŞ-la birgə hərəkət etməlidir.
Adnan Oktarın Arabian Gazette'də yayımlanan məqaləsi:
http://www.arabiangazette.com/liberte-egalite-fraternite-avec-dialogue/