Allah bitkilərdə diqqətçəkən xüsusiyyətlər və qüsursuz uyğunluq yaradıb. Özünəməxsus faydaları və bənzərsiz sistemi olan bitkilərin bu günə qədər sadəcə 10.000 növü tədqiq edilib və nəticədə hər bitkinin heyrətamiz yaradılış xüsusiyyətləri ortaya çıxıb. Allahı tanımaq, Onun sifətlərini görmək, Ona yaxınlaşmaq istəyənlər üçün bitkilərdəki, hətta onların bir yarpağındakı yaradılış möcüzələrinə bir az da yaxından baxmaq, onların ehtişamlı dünyalarını tanımaq çox faydalı olacaq. Bunun sayəsində indiyə qədər sadəcə elm adamlarına məxsus olduğu düşünülən gerçəklərin qapısının səmimi və diqqətli insanların üzünə də açıldığını görə bilərik. Uzunömürlü ağaclar insanı heyrətə salan və xəyalını belə edə bilməyəcəyi uzun ömür sürərək Allahın möhtəşəm yaratmasına nümunədirlər.
Dünyanın ən yaşlı ağacları
Tənəffüs etdiyimiz tərtəmiz havanın, yaşamaq üçün ehtiyacımız olan qidaların, istifadə etdiyimiz enerjinin mənbəyinin əksəriyyəti bitkilərə məxsusdur. Heyranedici mənzərələrin, bihuşedici qoxuların və gözoxşayan rənglərin mənbəyi də bitkilərdir. İnsanın həyatında əhəmiyyətli yer tutan bitkilərin 500.000-dən çox növü Allahın insana bəxş etdiyi saysız-hesabsız xəzinələrdəndir. İnsanlara min illərdir fayda verən ağacların bəziləri aşağıdakılardır:
Qılçıqlı şam
Dünyanın ən yaşlı ağaclarından biri olan Kaliforniyadakı Qılçıqlı şamın 4800 yaşı var. Çox yavaş böyüyən bu ağacın diqqətçəkən xüsusiyyəti qətranının çox qatı olmasıdır. Allahın ağac üçün yaratdığı bu müdafiə mexanizmi onun uzunömürlü olmasına böyük təsir edir. Çünki qatı qatran sayəsində ağaç özünü həşəratlardan və göbələklərdən qoruyur.
Əbərkuh sidri
İranın Əbərkuh şəhərində yaşayan bu ağac təxminən 4000 yaşındadır. Sidr növündən olan bu ağacın uzunluğu 82 metr, eni 59 metrdir.
Bu bitkilərin uzunömürlü olmasında Allah bir çox hikmətlər yaratmışdır. Şübhəsiz ki, bu hikmətlərdən biri də insanı düşünməyə sövq etməsidir. Ağacları min illər boyu yaşadan Rəbbimizin insanı təxminən 70-80 il yaşatması, əslində, insanın əsil həyatının dünya olmadığını, axirət olduğunu xatırladır.
Qaraçöhrə
35 milyon ildir ki, mövcuddur və təkamülün olmadığının dəlilidir. Bu ağacın ən yaşlı növü 3600 yaşındadır və Şimali Uelsdədir. Çox geniş olan gövdəsi 10,75 m-dir. Materialı çox bahalı olan bu ağacdan dam örtüyü kimi istifadə edilir.
Ağaclar Allahın üstün ağlını bizə göstərən dəlillərdən sadəcə biridir. Ağacları uzunömürlü edən sistemləri də, hər şeyi də var edən Allahdır.
İnsanın vəzifəsi bütün yaradılış möcüzələrini görmək üçün səy göstərməkdir. Bununla insan Allahı daha yaxşı tanıyacaq, Onun böyüklüyünü və üstünlüyünü lazımınca təqdir edəcəkdir. Allah Quranda belə buyurur:
Alerse ağacı
1993-cü ildə And dağlarının ətəyində olan, yarpaqlarını tökməyən bu nəhəng ağacın hündürlüyü 45 metrə qədərdir. Gövdəsi hər il sadəcə bir millimetr genişlənərək diametri 3 metrdən çox olur. Yarpaq tökməyən bu nəhəng ağacın 3500 yaşı var.
Senator
Floridada tropik “Biq Tri” (Big tree) parkında palmalarla birlikdə yetişən bu nəhəng ağacın həcmi 5100 kub metrdir və buna görə Amerikadakı ən böyük bataqlıq sərv ağacıdır. 37 metrlik bu nəhəng ağacın 3200 yaşı var.
Patriarca de Floresta ağacı (Braziliya ağacı)
3000 yaşı olan bu ağac 1997-ci ildə baş verən fırtına nəticəsində sınıb.
Alishan sacred ağacı
2 və ya 4 min yaşı olduğu düşünülən bu ağac Siciliyadakı Etna vulkanının ətrafında yerləşir.
General Şerman ağacı
82 metr uzunluğunda olan bu ağac təxminən 27 mərtəbəli bina ilə eyni hündürlükdədir. Sekvoya ağacının gövdəsinin diametri 30 metrdən çoxdur. Kaliforniyadakı Sekvoya milli parkında olan bu ağacın 2300-2700 yaşı var. Ağacın odunundan 5 milyard kibrit hazırlamaq mümkündür. Yarpaqları göyümtül-yaşıl olan ağacın qızılı-qəhvəyi qabıqlarının bəzi hissələrinin qalınlığı 61 sm-dir. Ağacın ağırlığı 2030 tondur.
Jomon Sugi ağacı
Uzunluğu 24 mert, diametri 6 metr olan bu Yapon sidri Yaponiyada Yakuşima adasının ən yüksək dağının şimal ətəyində yerləşir. Ağac halqaları üzərində aparılan müşahidələrdə bu ağacın 7000 il yaşı olduğu güman edilir.
İman gətirənlər Allahın onlara verdiyi ağıl və anlayış qabiliyyəti sayəsində Onun möcüzələrini görürlər. Bunun üçün yaradılmış bütün varlıqlara hikmətlə baxmaq lazımdır. Ağıl və hikmətlə baxmağı öyrənən insan ağacın rəngində, formasında və qoxusunda gördüyü sənətlə yanaşı, ağacdakı bütün sistemləri də öyrənəcək və Allahın üstün elminə, Onun qüdrətinə daha yaxından şahid olacaq. Allah həm insanın, həm də digər canlıların yaradılışında ayələr olduğunu, yəni Öz vatlığının dəlillərini bizə belə bildirir: