Savaşların sona çatması:
... Xalq xalqa qılınc qaldırmayacaq, döyüş təlimi verməyəcəklər artıq. (Yeşaya, 2:4; Mika, 4:3)
Döyüş arabalarını Əfrayimdən, atları Yerusəlimdən uzaqlaşdıracağam. Döyüş yayları sınacaq... (Zekeriya, 9:10)
O dövrdə aclıq ya da savaş, həsəd ya da düşmənçilik olmayacaq... (Maimonides, Mişna Tora, Kralların Qanunları 12:5)
Silahlanmanın sona çatması:
... silahları yandıracaqlar. Böyük, kiçik qalxanları, yayları, oxları, çubuqları, mizraqları alova atacaqlar... Yandırmaq üçün silahları istifadə edəcəklər... (Hezekiel, 39: 9-10)
... İnsanlar qılınclarını çəkiclə döyüb şum dəmiri, mizraqlarını bağban bıçağı edəcəklər... (Yeşaya, 2:4; Mika, 4:3)
Sülh və təhlükəsizlik mühitinin olması:
Hər kəs öz üzüm, əncir ağacının altında oturacaq. Kimsə bir-birini qorxutmayacaq... (Mika, 4:4)
... Doğruluğun bəhrəsi əmin-amanlıq, nəticəsi, daimi rahatlıq və təhlükəsizlik olacaq... əmin-amanlıq dolu evlərdə, etibarlı və rahat yerlərdə yaşayacaq. (Yeşaya, 32:16-18)
Onun dövründə canavarla quzu bir yerdə yaşayacaq, bəbirlə oğlaq birlikdə yatacaq, buzov, gənc aslan və bəslənmiş mal-qara yan-yana dayanacaq, onları kiçik bir uşaq güdəcək. İnəklə ayı birlikdə otlayacaq, balaları bir yerdə yatacaq... Əmzikdəki körpə kobra dəliyi üzərində oynayacaq, süddən kəsilmiş uşaq əlini gürzə yuvasına salacaq... heç kəs zərər verməyəcək, yox etməyəcək... (Yeşaya 11:6-9)
... onları qorxudan olmayacaq. (Sefenya, 3:13)
... Onu hər yandan əhatə edən düşmənlərindən xilas edib rahatlıq verəcəyəm. (1. Tarixlər, 22:9)
... fəlakətə məruz qalan uşaqlar doğmayacaqlar... (Yeşaya, 65:23)
Şiddət və terrorun sona çatması:
... heç kəs zərər verməyəcək, yox etməyəcək... (Yeşaya 11:9)
... həlimlər dünyanı miras alacaqlar... (Mezmurlar, 37:11)
... Canavarla quzu birlikdə otlayacaq, aslan mal-qara kimi saman yeyəcək. İlanın yeməyi torpaq olacaq... (Yeşaya, 65:25)
İnsanların xoşbəxtlik və sevinc içində yaşamaları:
… Üzlərində sonsuz sevinc olacaq. Coşğu və sevinc onların olacaq, kədər və inilti qaçacaq. (Yeşaya, 51:11)
... Orada coşğu, sevinc, şükür və xoş avaz olacaq. (Yeşaya, 51:3)
Əkin biçənlərin sevindiyi, qənimət paylaşanların coşduğu kimi, onlar da sevinəcək sənin qarşında. (Yeşaya, 9:3)
... sevinciniz sonsuz olacaq. (Yeşaya, 61:7)
İnsanların rahatlıq və təhlükəsizlik içində yaşayışları:
... rahatlıq və təhlükəsizlik içində olacaq... (Yeremya, 30:10)
İnsanlar oraya yerləşib təhlükəsizlik içində yaşayacaq... (Zekeriya, 14:11)
... şəfa verəcək, böyük əmin-amanlıq, təhlükəsizlik içində yaşamalarını təmin edəcəyəm. (Yeremya, 33:6)
Təhlükə və narahatlığın qalmaması:
Aslan olmayacaq orada, yırtıcı heyvan o yola çıxmayacaq; orada olmayacaqlar... (Yeşeya, 35:9)
... kimsə onu qorxutmayacaq. (Yeremya, 30:10)
Dünyaya ədalətin hakim olması:
O zaman ədalət səhraya qədər yayılacaq, dürüstlük meyvə bağçasında yurd tapacaq.... (Yeşaya, 32:16)
Hz. Mehdi (ə.s)-ın dünya səviyyəsində sülhü təmin etməsi:
... (hz. Mehdi (ə.s)) xalqlar arasında sülh yaradacaq... (Zekeriya, 9:10)
Onun (hz. Mehdi (ə.s)-ın) doğruluğu və onun gətirəcəyi kəramətlər, bütün insanların onunla barışıq etmələrinə... səbəb olacaq... (Maimonides, Mişna Təfsiri, Sanhedrin 10:1)
(Hz. Mehdi (ə.s))... döyüşlər olmayacaq və bir millət digər bir millətə qılınc qaldırmayacaq... (Maimonides, Mişna Təfsiri, Sanhedrin 10:1)
Hz. Mehdi (ə.s)-ın şəfqət və mərhəmət sahibi olması:
... Kömək istəyən yoxsulu, dayağı olmayan kasıbı xilas edər. (Mezmurlar, 72:12)
Yoxsula, kasıba yazığı gələr, kasıbların canını qurtarar. (Mezmurlar, 72:13)
Təzyiqdən, zorakılıqdan xilas edər onları, çünki onun gözündə onların qanı qiymətlidir. (Mezmurlar, 72:14)
Əzilmiş qamışı qırmayacaq, tüstüləyən piltəni söndürməyəcək... (Yeşaya, 42:3)
Hz. Mehdi (ə.s)-da Allahın Salam sifətinin təcəlli etməsi:
... Onun (hz. Mehdi (ə.s)-ın) adı... Əmin-amanlıq öndəri olacaq. (Yeşaya, 9:6)
... Əmin-amanlığının genişlənməsi sona çatmayacaq... (Yeşaya, 9:7)
Hz. Mehdi (ə.s)-ın səbirli və təslimiyyətli olması:
O təzyiq görüb əziyyət çəksə də ağzını açmadı. Kəsilməyə aparılan quzu kimi, qəssabların qarşısında səssiz dayanan qoyun kimi açmadı ağzını. (Yeşaya, 53:7)
Hz. Mehdi (ə.s) dövründə çətinliklərin sona çatması:
... Hakim Rəbb bütün üzlərdən gözyaşlarını siləcək... (Yeşeya, 25:8)
O zaman korların gözləri, karların qulaqları açılacaq; axsayanlar maral kimi qaçacaq, dilsizlərin dili sevinclə qışqıracaq... (Yeşaya, 35:5-6)
... Onun günlərində... Ay parıldadıqca əmin-amanlıq artsın! (Mezmurlar, 72:7)
... Əmin-amanlığın bolluğundan ləzzət alacaqlar. (Mezmurlar, 37:11)
... Onlara yük olan boyunduruğu, çiyinlərini döyən dəyənəyi, onlara əziyyət edənlərin çubuğunu parça-parça edəcəksən... (Yeşaya, 9:4)
... Allah onlara ürəklərin bütün istəklərini verəcək. (Mezmurlar, 37:4)
Əmək verməyəcəklər boş yerə... (Yeşaya, 65:23)
İnsanları Allahın yoluna dəvət edib, təlimləndirməsi:
... (hz. Mehdi (ə.s)) bütün insanları təlimləndirəcək və Allahın yoluna dəvət edib dərs verəcək... (Maimonides, Mişna Tora, Tövbə 9:2)
Hz. Mehdi (ə.s)) çıxanda... itaətsizliklərini düzəldəcək... (Maimonides, Mişna Tora, Kralların Qanunları 11:4)
(Hz. Mehdi (ə.s)) bütün dünyanı Allaha qulluq etmələri üçün mükəmməlləşdirəcək. (Maimonides, Mişna Tora, Kralların Qanunları 11:4)
Hz. Mehdi (ə.s)-ın dünyaya təbliğiylə təsir etməsi:
... Dünyaya ağzının dəyənəyiylə vuracaq* və pisi dodaqlarının nəfəsiylə öldürəcək. (Yeşaya 11:4)
* Sözün digər mənası: Qüvvətlə təsir etmək.
... Onun adı Ecazkar Öyüdçü... olacaq. (Yeşaya, 9:6)
Şiddət göstərmədən iman gücü ilə müvəffəqiyyət əldə etməsi:
"... Güc-qüvvətlə deyil, ancaq mənim Ruhumla bacaracaqsan" deyir. Hər şeyə hakim Rəbb Belə deyir. (Zekeriya, 4:6)
Hz. Mehdi (ə.s)-ın bütün dünyanı Allaha döndərməsi:
... Bütün dünyanı Allaha birlikdə qulluq etmələri üçün islah edəcək, çünki belə yazılmışdır: "Bundan sonra xalqlara pislikdən uzaq bir danışıq dili verəcəyəm, beləcə hamısı ona bir olaraq qulluq etmək üçün Allaha yönələcəklər." (Maimonides, Mişna Tora, Kralların Qanunları 11:4)
İnsanları ruhən saflaşdırıb təmizləməsi:
Onun gələcəyi günə kim dözə bilər? O meydana çıxanda kim dayana bilər? Çünki o şaxtaçının alovu, paltaryuyanın kül suyu kimi olacaq; gümüş əridib artıran kimi davranacaq... saflaşdırıb qızıl, gümüş təmizləyən kimi təmizləyəcək. (Malaki, 3:2-3)