(1) Hz. Mehdi (ə.s) çıxmazdan əvvəl... Hədisi-şərifin belə başlaması bu hadisənin eyni zamanda hz. Mehdi (ə.s)-ın çıxışından əvvəlki əlamətlərindən olduğunu göstərir. Hz. Mehdi (ə.s)-ın zühuru zamanı hədisi-şəriflər və böyük islam alimlərinin izahlarına görə hicri 1400 -cü ilin (Miladi 1979-80-cı il) əvvəllərində olacaq. Hədisdə bildirilən "hz. Mehdi (ə.s) çıxmazdan əvvəl" ifadəsi, hz. Mehdi (ə.s)-ın zühurundan qısa bir müddət əvvəl bu böyük hadisənin olacağına işarə edir. Qanlı 1 May hadisələri, 1977-ci ildə baş verir.
(2).... Mədinədə... Ərəbcədə Mədinə sözü eyni zamanda böyük şəhər mənasında da istifadə edilir. Aşağıdakı hədis buna nümunədir.
Hz. İbni Əmrdən rəvayət edilmişdir. Rəsulullah (s.ə.v) buyurdu ki:
Ey Ümmət! Altı şey vardır ki, onlar olmadan qiyamət qopmaz... Altıncısı da Mədinənin fəthidir.
Deyildi ki: Hansı Mədinə? Buyurdu ki: Kostantinopol. (İstanbul)
(Bu İstanbulun hz. Mehdi (ə.s) tərəfindən ediləcək mənəvi fəthidir.)
(Kıyamet Alametleri, səh. 204 Ramuz EI Ehadis 1/296)
(3)... Qapqara daşların belə qan içində itəcəyi... Hədisi-şərifin bu qismində də qanlı hadisənin cərəyan edəcəyi yer səthi təsvir edilir. Qara daş, yəni asfalt yol üzərində qanlı bir hadisə olacağına işarə edilir.
- 1 May Taksim hadisəsində 34 ölü və 200 adamın yaralanmasından axan qanlar, qara daşlar (yəni asfalt yol) üzərinə tökülmüş və bu qanlar prospektə yayılmışdır.
Asfalt yol: Kiçik çınqıl daşlarının asfalt maddəsi ilə qarışdırılmasından meydana gəlir.
Bu qarışıq yola töküldüyündə yekparə (bütöv) qara daş halına gəlir.
(4)... qan içində itəcəyi... Qarşıdurmalar nəticəsində axan qan, bəzi qisimlərdə asfaltı bir örtük kimi örtmüş və asfalt bəzən görülməz hala gəlmişdir.
(5)... böyük bir hadisə olacaq...
1 May Taksim hadisəsi anarxiya dövründə çox sayda insanın qətl edildiyi və qanın axıdıldığı böyük bir hadisədir.
(6)... Bir qamçının yellənməsi qədər asan olacaq... Burada bir bənzətmə verilmiş, qətlin çox asanca işlənəcəyinə diqqət çəkilmişdir. Necə bir qamçı, sadə əl hərəkətləriylə hər tərəfə doğru asanlıqla yellənə bilirsə, eyni asanlıqla qamçı kimi qulpundan tutulan və hər tərəfə idarə oluna bilən tapançanı işə salmaqla hədəfdəki şəxsi öldürə bilər.
MÖVZUYLA ƏLAQƏDAR DİGƏR QƏZET BAŞLIQLARINI BURADAN OXUYA BİLƏRSİNİZ >>>