Allah bütün insanları qədərləri ilə birlikdə və bu qədəri nə bir insan, nə də hər hansı bir dəyişdirə bilər. Nə vaxt, harada, hansı ailədə doğulacağımızı təyin edən, həyatımız boyu hansı hadisələrlə qarşılaşıb nələr yaşayacağımıza qərar verən Allah`dır. İnsana sahib olduğu ağılı, fikrindən keçirdiyi düşüncələri ilham edən də Allah`dır.
Buna görə də iman gətirmək insanın öz xüsusiyyətlərindən qaynaqlanmır. İnsana imanı bəxş edən Rəbbimizdir. Allah "Hadi"dir, yəni hidayət verəndir, "Rəbb"dir, yəni öyrədib yetişdirəndir. İstədiyi qulunu doğru yola yönəldər. Quranda bu gerçək hz. Musanın dilindən belə xəbər verilir:
"(Musa) dedi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonrada (ona) doğru yolu göstərəndir!"(Taha surəsi, 50)
İman gətirənlər Allah`ın onlara çox böyük nemət lütf etdiyi insanlardır. Allah bir ayədə belə buyurur:
"Rəbbin, dilədiyini yaradar və seçər; seçki onlara aid deyil..." (Qəsəs surəsi, 68)
İnsanlar cəhənnəmə layiq olduları üçün ora girərlər. Çünki onları yaradan Allah`a qarşı üsyan etmiş və ən böyük əzaba da layiq görülmüşlər. Cənnətə də ancaq Allah`ın lütfü və bağışlaması sayəsində girərlər. Allah cənnətinə varis qıldığı möminləri seçmiş, onlara lütf etmiş, onları öyrətmiş, günahlarını bağışlamış, səhvlərini örtmüşdür.
Mömin seçildiyini daima düşünməli, ona bəxş edilən iman üçün Allah`a şükür etməlidir. Seçilmişliyin üstün xüsusiyyətləri onun hər hərəkətində əks olunmalı, təmkinli və kübar olmalıdır. Yer üzündə Quran əxlaqını təmsil etdiyini, qəflət içində olan əxlaqsız insanların arasında Allah`ın onu imanla şərəfləndirdiyini unutmamalıdır. Çünki mömin yer üzündə yaşayan Quran əxlaqından uzaq yaşayan, cəhənnəmə hər gün bir addım daha yaxınlaşan insanlar arasında haqq yola üz tutan məhdud saydakı qullardan biridir. Allah hansı insanların ziyanda olduğunu belə xəbər verir:
And olsun axşam çağına. Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa. (Əsr surəsi, 1-3)