"Xəstələndiyim zaman mənə şəfa verən Odur". (Şüəra surəsi, 80)
İnsanın acizliyini qavradığı və nə qədər möhtac olduğunu ən çox anladığı zamanlardan biri də xəstə olduğu vaxtlardır. Allah insana bu duyğunu yaşatmaq üçün bir-birindən fərqli yüzlərlə xəstəlik yaratmışdır. Hər xəstəliyin insan üzərində meydana gətirdiyi fiziki və ruhi təsirlər bir-birindən çox fərqlidir. Ancaq hamısı hikmətli yaradılışın dəlilidir. Gözlə belə görülməyən bir virusun insanı tanınmayacaq hala gətirməsi, bədənə girən bir mikrobun, bəzən diaqnozunun qoyula bilməməsi Allah`ın gücünün ən açıq dəlillərindəndir. Elm adamlarının tək bir virusu ortadan qaldırmaq üçün apardıqları təcrübə və araşdırmalar Allah`ın yaratmadakı üstünlüyünü göstərir.
Xəstəliyi verən Allah olduğu üçün bu xəstəliyin keçməsi də ancaq Allah`ın diləməsi ilə olur. Allah dilədiyi təqdirdə Şafi sifəti ilə verdiyi xəstəliyi ortadan qaldırır. Necə ki, Allah diləmədikcə bütün dünyanın həkimləri, ən inkişaf etmiş texnoloji cihazlar, kəşf edilən ən son dərmanlar toplansa, yenə də o adamın xəstəliyinin yaxşılaşması qeyri-mümkündür. İstifadə edilən dərmanların hamısı xəstəliyin yaxşılaşması üçün vəsilədir. Əgər Allah diləyərsə, tətbiq olunan müalicəni vəsilə edərək adamın yaxşılaşmasına izn verər. Necə ki, Allah diləmədikcə çox sadə görünən xəstəlik də adamın ölümünə səbəb ola bilər.
Bu vəziyyətdə insanın vəzifəsi öz acizliyinin yanında Rəbbimizin sonsuz gücünü görmək və çətinlik çəkdiyi hər an Ondan kömək diləməkdir. Mömin bilməlidir ki, heç vaxt Allah`dan başqa köməkçi və vəli tapa bilməyəcək. Hz. Əyyub bu mövzuda Quranda nümunə göstərilən, Allah`a təslimiyyəti ilə təriflənən elçidir. Hz. Əyyubun şeytan tərəfindən özünə toxundurulan çətinlik qarşısında göstərdiyi gözəl əxlaq, səbir və təvəkkül bütün möminlərə nümunə olmuşdur. Mövzu ilə əlaqədar ayədə belə buyurulur:
Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” (Ənbiya surəsi, 83)
Bu çağırışın ardından Allah onun duasını eşitmiş və onu bu çətinlikdən qurtarmışdır. Hz. Əyyub isə səbir etmənin və yalnız Allah`a yönəlib dönmənin böyük əcrini almışdır.
O, həm dirildir, həm də öldürür. Siz yalnız Ona qaytarılacaqsınız. Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir. De: “(Bunlar) Allah`ın lütfü və mərhəməti sayəsindədir!” Qoy, onlar sevinsinlər. Bu ki, onların yığdıqlarından daha xeyirlidir. (Yunis surəsi 56-58)
Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)