Gözlərin və qanadların ortaq xüsusiyyəti budur ki, onlar ancaq tamamilə təkmilləşmiş olduqları təqdirdə funksional olurlar. Başqa sözlə, natamam gözlə görmək olmaz, yarımçıq qanadla uçmaq olmaz. Bu orqanların necə əmələ gəldiyi təbiətin hələ yaxşı başa düşülməyən sirlərindən biri kimi qalmışdır. (Engin Korur)
Təkamül nəzəriyyəsinə əsasən, həyat suda təkamül etdikdən sonra amfibiyalarla quruya keçmişdir. Amfibiyaların bir qismi də nəzəriyyəyə əsasən, sürünənlərə təkamül edərək quruda yaşayan heyvana çevriliblər. Lakin bu iddia fizioloji və anatomik cəhətdən ziddiyyətlidir, məsələn, suda inkişaf edən amfibiya yumurtasının quruda inkişaf edən sürünən yumurtasına təkamül yolu ilə çevrilməsinin mümkün olmadığını göstərən çox sayda dəlil var.
Fosillərə baxdıqda isə belə bir çevrilmənin onsuz da yaşanmadığını görürük: sürünənlər amfibiyalarla heç bir təkamül əlaqəsi olmadan, heç bir "ataları" olmadan yer üzündə birdən ortaya çıxıblar. Onurğalı paleontologiyası üzrə nüfuzlu təkamülçü olan Robert Karol “ən qədim sürünənlərin bütün suda-quruda yaşayanlardan çox fərqli olduqlarını və əcdadlarının hələ də tapılmadığını” deyərək etiraf etmək məcburiyyətində qalmışdır. Robert L. Carroll, Vertebrate Paleontology and Evolution, New York: W. H. Freeman and Co., 1988, s. 198.
QUŞLARIN AĞCİYƏRLƏRİ
Təkamülçülərin iddialarına görə, quşların anatomiyası sözdə əcdadları olan sürünənlərdən təmamilə fərqlidir. Quşların ağciyərləri quruda yaşayan canlıların tamamilə əksinə fəaliyyət göstərir. Quruda yaşayan canlılar havanı eyni borudan alıb verirlər. Quşlarda isə hava ağciyərdə birtərəfli dövr edir. Bu, ağciyərlərin ətrafında olan xüsusi hava kisəcikləri tərəfindən təmin edilir.Uçuş zamanı xeyli miqdarda oksigenə ehtiyacı olan quşlar üçün bu cür quruluş xüsusi olaraq yaradılmışdır.Bu quruluşun sürünənların ağciyərindən təkamül keçirərək meydana çıxması imkansızdır, çünki iki müxtəlif ağciyər quruluşu arasındakı “aralıq” bir quruluşla nəfəs almaq mümkün deyil.
Ancaq təkamül nağılının mümkünsüz ssenariləri bununla da bitmir. Bir də quruya çıxmış bu canlıları "uçurmaq" lazımdır! Təkamülçülər quşların hər hansı yolla təkamül keçirdiyinə inandıqları üçün bu canlıların sürünənlərdən törədiyini iddia edirlər. Halbuki quruda yaşayan canlılardan tamamilə fərqli quruluşa malik olan quşların heç bir vücud mexanizmi “mərhələli inkişaf” modeli ilə açıqlana bilməz. Hər şeydən əvvəl quşu quş edən ən əhəmiyyətli xüsusiyyət, yəni qanadlar təkamül üçün çox böyük bir çıxmazdır.
Qanadların bu qüsursuz quruluşunun ardıcıl təsadüfi mutasiyalar nəticəsində necə meydana gəlməsi sualı tamamilə cavabsızdır. Bir sürünənin qabaq ayaqlarının genlərində meydana gələn pozulma (mutasiya) nəticəsində necə qüsursuz qanada çevrilməsi əsla açıqlana bilmir. Həmçinin quruda yaşayan bir canlının quşa çevrilə bilməsi üçün yalnız qanadlarının olması kifayət deyil. Quruda yaşayan canlı quşların uçmaq üçün istifadə etdikləri bir çox struktur mexanizmindən məhrumdur. Məsələn, quşların sümükləri quruda yaşayan canlılara nisbətən daha yüngüldür. Ağciyərləri təmamilə fərqli bir quruluş və funksiyaya malikdir. Fərqli əzələ və skelet quruluşuna və ürək-damar sisteminə malikdirlər. Bu mexanizmlər yavaş-yavaş "bir araya gələrək" meydana gələ bilməz. Buna görə də quruda yaşayan canlıların quşlara çevrilməsi nəzəriyyəsi tamamilə əsassızdır. Bundan başqa daha bir sual meydana gəlir: bütün bu elmdən kənar hekayəni doğru hesab etsək belə, bu hekayəni təsdiqləmək üçün lazım olan çox sayda "tək qanadlı", "yarım qanadlı" canlı qalıqları nəyə görə heç cür tapılmır?
XƏYALİ ARA KEÇİD FORMA ARCHÆOPTERYX
Təkamülçülər "tək qanadlı", "yarım qanadlı" fosil nümunələrinin niyə tapıla bilimədiyi sualı qarşısında təkamülçü mənbələrdə həmişə dərhal bir canlıdan bəhs edirlər. Bu, hələ də israrla müdafiə edilən az saydakı ara keçid forma iddialarından ən çox məlum olan archæopteryx adlı fosil quşdur. Təkamülçülərə görə, dövrümüzün quşlarının əcdadı olan archæopteryx bundan təqribən 150 milyon il əvvəl yaşamışdır. Nəzəriyyəyə əsasən, velociraptor və ya dromoesaur adlandırılan kiçik dinozavrların bir qismi təkamül keçirərək qanadlanmışlar və uçmağa başlamışlar. Archæopteryx dinozavr əcdadlarından ayrılan və yeni uçmağa başlayan ilk növdür. Bu hekayə demək olar ki, hər təkamülçü tərəfindən izah edilir. Lakin archæopteryxin fosilləri üzərində aparılan son təhlillər bu canlılara keçid forması deyil, sadəcə dövrümüzün quşlarından bir az daha fərqli xüsusiyyətlərə malik olan nəsli kəsilmiş quş növüdür.
Archæopteryxin yaxşı uça bilməyən “yarı quş” olması tezisi yaxın dövrə qədər təkamülçü mənbələrdə çox tez-tez dilə gətirilirdi. Bu canlının “sternum”unun, yəni döş sümüyünün olmaması canlının uça bilməməsinin ən mühüm dəlili kimi göstərilirdi. (Döş sümüyü uçmaq üçün lazımlı olan əzələlərin birləşdiyi döş qəfəsinin altında yerləşən sümükdür. Dövrümüzdə uçan və ya uçmayan bütün quşlarda, hətta quşlardan tamamilə fərqli ailəyə məxsus olan uçan məməli yarasalarda belə bu döş sümüyü var.)
Ancaq 1992-ci ildə tapılan yeddinci archæopteryx fosili bu arqumentin səhv olduğunu göstərdi. Çünki tapılan bu son archæopteryx fosilində təkamülçülərin uzun zaman boyu olmadığını hesab etdikləri döş sümüyü var idi. “Təbiət” (Nature) jurnalında yeni tapılan bu fosildən belə bəhs edilirdi:
Son tapılan yeddinci archæopteryx fosili uzun zamandan bəri varlığına şübhə edilən, amma heç vaxt sübut edilməyən düzbucaqlı döş sümüyünün varlığına işarə edir. Bu canlının uzun məsafələrə uçuş qabiliyyəti hələ də şübhəlidir, ancaq döş sümüyünün varlığı güclü uçuş əzələlərinin olduğunu göstərir.
Bu tapıntı archæopteryxin tam uça bilməyən yarı-quş olması iddialarını əsassız etdi.
Digər tərəfdən archæopteryxin əsl mənada uça bilən quş olduğunun ən mühüm sübutlarından biri də heyvanın tüklərinin quruluşu oldu. Archæopteryxin dövrümüzün quşlarınkından fərqi olmayan asimmetrik tük quruluşu canlının mükəmməl şəkildə uça bildiyini göstərirdi. Məşhur paleontoloq Karl O.Dunbarın bildirdiyi kimi, “tüklərinə görə bu məxluq tam quş xüsusiyyəti daşıyırdı”. Archæopteryxin tüklərinin ortaya çıxardığı başqa bir həqiqət isə bu canlının istiqanlı olması idi. Məlum olduğu kimi, sürünənlər və dinozavrlar soyuqqanlı, yəni bədən temperaturlarını özləri verə bilməyən, ətraf mühitin bədən temperaturlarını tənzimləyən canlılardır. Quşlardakı tüklərin ən mühüm funksiyalarından biri də bədən temperaturunu qorumalarıdır. Archæopteryxin tüklü olması onun dinozavrların əksinə, istiqanlı olduğunu, yəni bədən temperaturunu qorumağa ehtiyacı olan əsl quş olduğunu göstərirdi.
Təkamülçülərin Etibarsız İddiaları: Archæopteryxin Dişləri və Pəncələri
Təkamülçü bioloqların archaeopteryxi ara keçid forma kimi göstərərkən əsaslandıqları ən mühüm iki cəhət isə bu canlının qanadlarının üzərindəki pəncələri və ağzındakı dişləridir. Archæopteryxin qanadlarında pəncələrinin və ağzında dişlərinin olduğu doğrudur, ancaq bu xüsusiyyətləri canlının sürünənlərlə hər hansı əlaqəsi olduğunu göstərmir. Çünki dövrümüzdə yaşayan iki cür quşda – touraco corythaix və opisthocomus hoazində də budaqlara yapışmağa kömək edən pəncələr var. Bu canlılar heç bir sürünən xüsusiyyəti daşımayan tam formalı quşdurlar. Ona görə də archæopteryxin qanadlarında pəncələrinin olması və bu səbəbdən də ara forma olması iddiası əsassızdır.
Achæopteryxin ağzındakı dişləri də canlını ara forma hesab etməyə əsas vermir. Təkamülçülər bu dişlərin sürünən xüsusiyyəti olduğunu irəli sürərək yanılırlar. Çünki dişlər sürünənlərin tipik xüsusiyyəti deyil. Dövrümüzdə bəzi sürünənlərin dişləri var, bəzilərinin isə yoxdur. Daha da önəmli olan cəhət budur ki, dişli quşlar təkcə archæopteryxlə məhdudlaşmır.
Dövrümüzdə dişli quşların artıq yaşamadıqları doğrudur, ancaq fosillərə baxdıqda istər archæopteryx ilə eyni dövrdə, istərsə də daha sonra, hətta dövrümüzə olduqca yaxın tarixlərə qədər “dişli quşlar” adlandırılan fərqli quş qrupunun yaşadığını görərik.
Ən mühüm məsələ isə ondadır ki, archæopteryx və digər dişli quşların diş formaları bu quşların “təkamül əcdadları” hesab edilən dinozavrların diş formalarından çox fərqlidir. L.D.Martin, J.D.Stuart və K.N.Uetstoun kimi məşhur ornitoloqların apardıqları ölçmələrə əsasən, archæopteryxin və digər dişli quşların dişlərinin üstü düzdür və kökləri genişdir. Lakin bu quşların əcdadı olduğu iddia edilən teropod dinozavrların dişlərinin üstü mişar kimi çıxıntılıdır və kökləri də dardır. <http://www.evrimaldatmacasi.com/kusmemelihayalevrim_1.php>
Eyni tədqiqatçılar eyni zamanda archæopteryx ilə onun “əcdadları” hesab edilən teropod dinozavrların bilək sümüklərini müqayisə etmişlər və aralarında heç bir bənzərlik olmadığını üzə çıxarmışlar. <http://www.evrimaldatmacasi.com/kusmemelihayalevrim_1.php>
Archæopteryxin dinozavrlardan təkamül yolu ilə törədiyini iddia edən qabaqcıl təkamülçülərdən biri olan Con Ostromun bu canlı ilə dinozavrlar arasında irəli sürdüyü bəzi “bənzərliklər”in isə, əslində, səhv şərh olduğu S.Tarsitano, M.K.Hext və A.D.Uolker kimi anatomistlərin tədqiqatları ilə aşkar olmuşdur. Bütün bunlar archæopteryxin ara keçid forma olmadığını, sadəcə “dişli quşlar” adlandırılan başqa bir sinifə aid olduğunu göstərir.
Archæopteryx və digər qədim quş fosilləri
Son dövrlərdə tapılan bəzi fosillər archæopteryxlə bağlı təkamülçü ssenarinin əsassızlığını digər cəhətlərlə də üzə çıxarmışdır. 1995-ci ildə Çində Onurğalılar Paleontologiyası İnstitutunda tədqiqatlar aparan Lianhay Hou və Zhonqhe Zhou adlı iki paleontoloq confuciusornis adlandırdıqları yeni quş fosili tapdılar. Archæopteryx ilə eyni yaşda (təqribən 140 milyon illik) bu quşun dişləri yox idi, dimdiyi və tükləri isə dövrümüzün quşları ilə eyni xüsusiyyətləri daşıyırdı. Skelet quruluşu da dövrümüzün quşları ilə eyni olan bu quşun qanadlarında archæopteryxdə olduğu kimi pəncələr vardı. Quyruq tüklərinə dəstək olan pygostyle (büzdüm sümüyü) adlı forma bu quşda da vardı. Qısaca desək, təkamülçülər tərəfindən bütün quşların ən qədim əcdadı sayılan və yarı-sürünən qəbul edilən archæopteryxlə eyni yaşda olan bu canlı dövrümüzün quşlarına çox bənzəyirdi. Bu həqiqət archæopteryxin bütün quşların ibtidai əcdadı olması ilə bağlı təkamülçü tezislərlə ziddiyyət təşkil edirdi.
Confuciusornis adlı quş archaeopteryxlə eyni yaşdadır.
Çində 1996-cı ilin noyabrında tapılan başqa bir fosil aranı bir az da qarışdırdı. 130 milyon yaşındakı liaoningornis adlı bu quş L.Hou, L.D.Martin və Alan Feduççia tərəfindən “Elm” (Science) jurnalında dərc edilən bir məqalədə xəbər verildi. Liaoningornis dövrümüzün quşlarında olan uçuş əzələlərinin birləşdiyi döş sümüyünə malik idi. Digər xüsusiyyətləri ilə də bu canlı dövrümüzün quşlarından fərqlənmirdi.Yeganə fərqi ağzında dişlərinin olması idi. Bu vəziyyət dişli quşların heç də təkamülçülərin iddia etdiyi kimi, ibtidai quruluşa malik olmadıqlarını göstərirdi. Belə ki Alan Feduççia “Discover” jurnalında dərc edilən şərhində liaoningornisin quşların mənşəyinin dinozavrlardan gəldiyi iddiasının əsassız olduğunu bildirmişdi.
http://www.evrimaldatmacasi.com/kusmemelihayalevrim_1.php
Archæopteryxlə bağlı təkamülçülərin iddialarının yanıldığını sübut edən başqa qalıq isə eoalulavis oldu.
Archæopteryxlə bağlı təkamülçü iddiaları təkzib edən başqa bir fosil isə eoalulavis oldu. Archæopteryxdən 25-30 milyon il daha gənc, yəni 120 milyon yaşında olduğu söylənilən eoalulavisin qanad quruluşu eynilə dövrümüzdəki bəzi uçan quşlarında olduğu kimidir. Bu da 120 milyon il əvvəl dövrümüzdəki quşlardan bir çox cəhətdən fərqi olmayan canlıların uçduqlarını sübut edirdi. Beləliklə, archæopteryx və digər arxaik quşların heç birinin ara keçid forması olmadığı qəti şəkildə sübut edilmiş oldu. Fosillər fərqli quş növlərinin bir-birlərindən təkamül yolu ilə törədiklərini göstərmirdi. Əksinə, dövrümüzün quşlarının və archæopteryxə bənzər bəzi xüsusi quş növlərinin birlikdə yaşadıqlarını sübut edirdi. Bu quşların bəzilərinin, məsələn, confuciusornis və ya archæopteryxin nəsli kəsilmiş, dövrümüzə ancaq az saydakı quş gəlib çatmışdır. Qısaca, archæopteryxin bəzi xüsusi xüsusiyyətləri bu canlının bir "ara keçid forma" olduğunu göstərmir. Belə ki bu gün təkamül nəzəriyyəsinin məşhur müdafiəçilərindən biri olan Harvard paleontoloqları Stefen Cey Quld və Nayls Eldrik də archæopteryxin fərqli xüsusiyyətlərini özündə əks etdirən "mozaik" canlı olduğunu, amma əsla ara keçid forma hesab edilə bilməyəcəyini qəbul edirlər. S. J. Gould & N. Eldredge, Paleobiology, Vol 3, 1977, s. 147.
Hinçlifin bildirdiyi “zaman baxımından uyğunsuzluq” archæopteryx haqqındakı təkamülçü iddialara ən öldürücü zərbəni endirən həqiqətlərdən biridir. Amerikalı bioloq Conatan Uels də 2000-ci ildə nəşr edilən “Təkamülün ikonları” (İcons of evolution) adlı kitabında archæopteryxin təkamül adına sanki “ikona” (müqəddəs simvol) çevrildiyini, əslində isə dəlillərin bu canlının “quşların ibtidai əcdadı” olmadığını açıq şəkildə göstərdiyini vurğulayır. Uelsin fikrincə, bunun göstəricilərindən biri archæopteryxin əcdadı kimi göstərilən teropod dinozavrların, əslində, archæopteryxdən daha gənc olmalarıdır:
“Yerdə qaçan ikiayaqlı dinozavrlar archæopteryxin nəzəri əcdadlarından gözlənilən bəzi xüsusiyyətlərə malikdirlər, amma (fosil qeydlərində) archæopteryxdən daha sonra üzə çıxırlar”. Jonathan Wells, Icons of Evolution, Regnery Publishing, 2000, s, 117
Xəyali quş-dinozavr əlaqəsi
Archæopteryxi ara keçid forma kimi göstərməyə çalışan təkamülçülərin iddiası yuxarıda da qeyd etdiyimiz kimi, quşların dinozavrlardan təkamüllə meydana gəlməsidir. Şimali Karolina Universitetinin professoru Alan Feduçia təkamülçü olmasına baxmayaraq, elmi kəşflərə əsaslanaraq quşların dinozavrlarla qohum olması nəzəriyyəsinə qətiyyətlə qarşı çıxır. Feduçia sürünən-quş ssenarisi haqqında fikirlərini belə ümumiləşdirir:
25 il boyu quşların kəllə sümüklərini təhlil etmişəm və dinozavrlarla aralarında heç bir bənzərlik görmürəm. Quşların dördayaqlılardan təkamül yolu ilə törəməsi nəzəriyyəsi paleontologiya sahəsində XX əsrin ən böyük rüsvayçılığı olacaqdır. ( Pat Shipman, "Birds Do It... Did Dinosaurs?", s. 28)
Kanzas Universitetində qədim quşlar sahəsində mütəxəssis olan Lari Martin də quşların dinozavrlarla eyni kökdən gəlməsi nəzəriyyəsinə qarşı çıxır. Martin təkamülün bu məsələdə içinə düşdüyü çıxılmaz vəziyyətdən bəhs edərkən “doğrusunu desəm, əgər dinozavrlarla quşların eyni kökdən gəldiyini müdafiə etsəydim, bunun haqqında hər dəfə utanaraq danışmaq məcburiyyətində qalardım”,- deyir.( Pat Shipman, "Birds Do It... Did Dinosaurs?", s. 28. )
Qısac, təməlini yalnız archæopteryxə söykəməyə çalışan "quşların təkamülü" ssenarisi yalnız və yalnız təkamülçülərin xəyal gücünün məhsuludur.
MİLÇƏKLƏRİN MƏNŞƏYİ NƏDİR?
Təkamülçülər dinozavrların quşlara çevrildiyini iddia edərkən milçək ovlamağa çalışan bəzi dinozavrların qabaq ayaqlarını bir-birinə çırparaq zamanla "havalandıqlarını" irəli sürürlər. Heç bir elmi sübutu olmayan, sadəcə təxəyyülün bir məhsulu olan bu nəzəriyyə eyni zamanda çox sadə bir məntiqi ziddiyyət içindədir. Çünki təkamülçülərin burada uçuşun mənbəyini açıqlamaq üçün göstərdiyi nümunə, yəni milçək, onsuz da, mükəmməl uçuş qabiliyyətinə malikdir. İnsan saniyədə 10 dəfə qolunu açıb-bağlaya bilmir, amma bir milçək saniyədə təqribən 500 dəfə qanad çalma qabiliyyətinə malikdir. Həm də hər iki qanadını eyni anda çırpır. Əgər qanadların titrəməsi arasında ən kiçik uyğunsuzluq olsa, milçək müvazinətini itirər, ancaq əsla bu cür uyğunsuzluq baş vermir. Təkamülçülər isə ağcaqanadın bu mükəmməl uçuş qabiliyyətinin necə ortaya çıxdığını izah etmək yerinə ağcaqanadı daha iri və fərqli bir varlığın, yəni sürünənin uçuşunun səbəbi kimi göstərən xəyali ssenarilər qurmaqla məşğuldurlar. Halbuki tək ağcaqanaddakı üstün yaradılış belə təkamül iddiasını etibarsız edir. İngilis bioloq R.Vutton “Milçək qanadlarının mexaniki dizaynı” adlı məqaləsində belə yazır:
Milçək qanadlarının funksiyasını öyrəndikcə malik olduqları dizaynın nə qədər həssas və qüsursuz olduğunu daha yaxşı anlayırıq... Olduqca elastik xüsusiyyətlərə malik hissələr havadan ən yaxşı şəkildə istifadə edilməsi üçün lazımi qüvvətlər qarşısında lazımi elastikliyə malik şəkildə, həssaslıqla birləşdirilmişlər. Milçək qanadlarına çatan texnoloji cihaz yoxdur. Digər tərəfdən milçəklərin xəyali təkamülünə dair bir fosil belə yoxdur. Məşhur Fransız zooloq Pol Pier Qrass “həşəratların mənşəyi məsələsi bizə tamamilə qaranlıq qalıb” deyərək bunu etiraf edir. 2 1 J. Robin Wootton, "The Mechanical Design of Insect Wings", Scientific American, Cilt 263, Noyabr 1990, s. 120. 2 Pierre-P Grassé, Evolution of Living Organisms, New York: Academic Press, 1977, s. 30.
MƏMƏLİLƏRİN MƏNŞƏYİ
Təkamül nəzəriyyəsi daha əvvəl də bildirdiyimiz kimi, dənizdən təkamül keçirərək çıxan bir cür xəyali canlıların sürünənlərə çevrildiyini, quşların da sürünənlərin təkamül keçirməsi ilə əmələ gəldiyini iddia edir. Eyni ssenariyə əsasən, sürünənlər təkcə quşların deyil, həm də məməlilərin əcdadıdır. Ancaq bu iki canlı sinfi arasında çox böyük uçurum var. Məməlilər istiqanlı heyvanlardır, balalarını doğurlar, əmizdirirlər və bədənləri tüklərlə örtülüdür. Sürünənlər isə yumurtlayaraq çoxalırlar, balalarını əmizdirmirlər və bədənləri pulcuqlarla örtülüdür.
Bu uçurumlara başqa bir misal sürünənlərin və məməlilərin çənə quruluşlarıdır. Məməlilərdə alt çənədə təkcə bir sümük var və dişlər bu sümüyün üzərində yerləşir. Sürünənlərdə isə alt çənənin hər iki tərəfində üç dənə kiçik sümük var. Başqa əsas fərq bütün məməlilərin orta qulaqlarında üç dənə sümük (zindan, üzəngi və çəkic sümükləri) olmasıdır, bütün sürünənlərdə isə orta qulaqda bir sümük var. Təkamülçülər sürünən çənəsinin və sürünən qulağının mərhələli şəkildə məməli çənəsinə və qulağına çevrildiyini iddia edirlər. Bu çevrilmənin hansı mərhələlərlə baş verdiyi sualı isə cavabsızdır. Xüsusilə tək sümükdən ibarət qulağın üç sümüklü formaya necə çevrilməsi və eşitmə hissinin bu zaman necə davam etdiyi əsla cavablana bilməyən sualdır.
Xüsusilə tək sümükdən ibarət olan bir qulağın üç sümüklü şəklə necə çevrildiyi və eşitmə hissinin bu əsnada necə davam etdiyi təkamülçülərin əsla cavab verə bilmədikləri bir sualdır. Hətta sürünənlərlə məməliləri bir-birinə bağlaya biləcək bir ara keçid forması belə tapılmamışdır. Buna görə təkamülçü paleontoloq Rocer Levin "ilk məməliyə necə çevrildiyi hələ də bir sirdir",- demək məcburiyyətində qalır. Roger Lewin "Bones of Mammals, Ancestors Fleshed Out", Science, cilt 212, 26 İyun 1981, s. 1492.
50 milyon illik yarasa fosili hal-hazırda tapılan yarasa fosilindən fərqsizdir. (Science, Vol. 154) Təkamülçülər bütün məməli növlərinin ortaq bir atadan gəldiyini iddia edirlər, halbuki ayı, balina, siçan və ya yarasa kimi fərqli məməli növləri arasında müxtəliflik mövcuddur.Bundan əlavə bu canlıların çox xüsusi yaradılmış sistemləri var. Məsələn, yarasalar qaranlıqda yol tapmalarını təmin edən çox həssas sonar sistemlə yaradılıblar. Müasir texnologiyanın yalnız təqlid etməklə kifayətləndiyi bu kimi kompleks sistemlərin təkamülün iddia etdiyi kimi, təsadüflərlə ortaya çıxması isə qeyri-mümkündür. Belə ki fosil nümunələri yarasaların bugünkü qüsursuz quruluşları ilə birlikdə bir anda ortaya çıxdıqlarını və heç bir təkamül keçirmədiklərini göstərir.
XX əsrin ən böyük təkamülçülərindən və neodarvinist nəzəriyyənin banilərindən biri olan Corc Qeylord Simpson isə təkamül nəzəriyyəsi baxımından çox təəccüblü olan bu həqiqəti belə ifadə edir:
Dünyadakı həyatın ən dolaşıq məsələsi Mezozoy dövrünün, yəni sürünənlər dövrünün məməlilər dövrünə ani surətdə keçməsidir. Sanki baş rolunu çox sayda və növdə sürünənlərin oynadığı dramın pərdəsi bir anda endirilmişdir. Pərdə yenidən açıldıqda isə bu dəfə baş rolu məməlilərin oynadığı və sürünənlərin bir kənarda qaldığı tamamilə yeni bir dövr başlamışdır. Üzə çıxan məməlilərin əvvəlki dövrə aid izləri isə yoxdur. Corc Gaylord Simpson, Life Before Man, New York: Time-Life Books, 1972, s. 42.
Habelə ani surətdə üzə çıxan məməlilər bir-birlərindən çox fərqlidir. Yarasa, at, siçan və balina kimi olduqca fərqli canlıların hamısı məməlidir və eyni geoloji dövrdə üzə çıxıblar. Bu canlıların aralarında təkamül əlaqəsi qurmaq ən zəngin təxəyyül gücü üçün belə imkansızdır. Təkamülçü zooloq Erik Lombard “Təkamül” (Evolution) adlı jurnalda belə yazır:
Məməlilər sinfi daxilində təkamül xarakterli qohumluq əlaqələri (filogenetik əlaqələr) qurmaq üçün məlumat axtaranlar ümidsizliyə düşəcəklər. Eric Lombard, "Review of Evolutionary Principles of the Mammalian Middle Ear, Gerald Fleischer", Evolution, Cilt 33, Dekabr 1979, s. 1230.
Bütün bunlar göstərir ki, canlılar yer üzündə heç vaxt təkamül keçirmədən, birdən-birə və qüsursuz şəkildə ortaya çıxıblar. Bu da yaradılmış olduqlarının açıq sübutudur.Təkamülçülər isə canlı növlərinin yer üzündə müəyyən bir sıra ilə ortaya çıxdıqlarını təkamül keçirdiklərinin göstəricisi kimi izah etməyə çalışırlar. Halbuki canlıların yer üzündə ortaya çıxma sırası ortada heç bir təkamül olmadığına görə "yaradılışın sıralaması"dır. Fosil qeydləri üstün və qüsursuz bir yaradılışla yer üzünün əvvəlcə dənizlərdə, sonra isə quruda yaşayan canlılarla doldurulduğunu və bütün bunların ardından insanın yaradıldığını göstərir. İnsanın yer üzündə həyata başlaması isə böyük bir kütlə təlqini ilə qəbul etdirilməyə çalışılan "meymun insan" nağılının əksinə olaraq bir anda və əksiksiz şəkildə baş vermişdir.
ATIN TƏKAMÜLÜ SSENARİSİ
“Atın təkamülü”nü xarakterizə etdiyi iddia edilən sxemlər yaxın dövrə qədər təkamül nəzəriyyəsinə dəlil kimi göstərilən fosil sıralamalarının ən başında gəlirdi. Lakin bu gün bir çox təkamülçü atın təkamülü ssenarisinin əsassızlığını açıq şəkildə qəbul edir. 1980-ci ilin noyabrında Çikaqo Təbiət Tarixi Muzeyində 150 təkamülçünün iştirak etdiyi, dörd gün davam edən və mərhələli təkamül nəzəriyyəsinin problemlərinin müzakirə edildiyi bir konfransda nitq söyləyən təkamülçü Boys Rensberqer atın təkamülü ssenarisinin fosil qeydlərində heç bir əsasının olmadığını və atın mərhələli təkamül keçirməsi kimi bir prosesin heç baş vermədiyini belə izah etmişdir:
Təqribən 50 milyon il əvvəl yaşamış dörd dırnaqlı, tülkü böyüklüyündə canlılardan bu günün daha böyük tək dırnaqlı atına doğru ardıcıl mərhələli dəyişiklik olduğunu irəli sürən məşhur atın təkamülü misalının əsassız olduğu uzun zamandan bəri məlumdur. Mərhələli dəyişiklik əvəzinə hər növün fosilləri tamamilə fərqli şəkildə üzə çıxır, dəyişmədən qalmışdır, sonra da nəsli kəsilmişdir. Ara keçid formalar məlum deyil.
Rensberqer dürüst şəkildə atın təkamülü ssenarisindəki bu mühüm müəmmanı dilə gətirərkən, əslində, bütün nəzəriyyənin fosil qeydlərindəki ən böyük müəmmasını – “ara keçid formaları müəmmasını” gündəmə gətirmişdir.
Atın təkamülü sxemlərinin sərgiləndiyi "İngiltərə Təbiət Tarixi Muzeyi"nin idarəçilərindən məşhur təkamülçü paleontoloq Kolin Paterson da hələ də muzeyin alt qatında dayanan bu sərgi haqqında bunları söyləyir:
Həyatın mənşəyi haqında hər biri bir-birindən fantastik bir sıra hekayə var. Bunun ən məşhur nümunəsi isə bəlkə, 50 il əvvəl uydurulmuş və hələ də alt mərtəbədə duran atın təkamülü sərgisidir. Atın təkamülü yüzlərlə elmi mənbə tərəfindən böyük həqiqət kimi təqdim edilmişdir. Ancaq indi bu cür iddiaları ortaya atan şəxslərin təxminlərinin ancaq fərziyyə olduğunu düşünürəm. Colin Patterson, Harper's, Fevral 1984, s. 60.
Bəs "atın təkamülü" ssenarisi nədir? Bu ssenari Hindistan, Cənubi Amerika, Şimali Amerika və Avropada fərqli zamanlarda yaşamış, fərqli canlı növlərinə aid fosillərin təkamülçülərin təxəyyül gücü sayəsində kiçikdən böyüyə doğru düzülməsi ilə əmələ gətirilən sxemlərlə ortaya atılmışdır. Ayrı-ayrı tədqiqatçıların irəli sürdükləri 20-dən çox müxtəlif atın təkamülü sxemi var. Hamısı bir-birindən fərqlənən bu nəsil ağacları haqqında təkamülçülər arasında da fikir ayrılığı var.
Bu ardıcıllıqlardakı yeganə ortaq cəhət 55 milyon il əvvəl Eosen dövründə yaşamış eohippus (hyracotherium) adlı itəbənzər bir canlının atın ilk əcdadı olduğuna inanılmasıdır. Əslində isə atın milyon illər əvvəl nəsli kəsilmiş əcdadı kimi təqdim edilən eohippus hələ də Afrikada yaşayan və atla heç bir əlaqəsi və bənzərliyi olmayan hyrax adlı heyvanın, demək olar ki, eynisidir. Atın təkamülü iddiasının əsassızlığı hər keçən gün ortaya çıxan yeni fosil tapıntıları ilə birlikdə daha açıq şəkildə başa düşülür. Eohippus ilə eyni təbəqədə dövrümüzdə yaşayan at cinslərinin də (equus nevadensis və equus occidentalis) fosillərinin tapıldığı müəyyən edilmişdir. Bu, dövrümüzdəki at ilə onun “əcdadının” eyni zamanda yaşadığını göstərir ki, bu da atın təkamülü adlanan prosesin heç vaxt baş vermədiyinin sübutudur. Təkamülçü yazıçı Qordon R.Teylor darvinizmin açıqlaya bilmədiyi mövzulara toxunduğu “Böyük təkamül müəmması” (The great evolution mystery) adlı kitabında atın təkamülü ardıcıllığı əfsanəsinin əsl mahiyyətini belə izah edir:
Bir muzeydə olan bu at silsilələri digərləri kimi müxtəlif dövrlərdə və müxtəlif ərazilərdə yaşayan fərqli heyvanların birtərəfli baxışla istədikləri kimi ardıcıl olaraq düzülməsi ilə ortaya çıxarılır. Atın təkamülü ssenarisinin qalıq tapıntılarında heç bir dayağı yoxdur.
Darvinizmin bəlkə də ən ciddi zəif cəhəti paleontoloqların böyük təkamül xarakterli dəyişikliklər göstərən qohumluq əlaqələrini və canlıların təkamül ardıcıllıqlarını üzə çıxara bilməmələridir… Atın təkamül ardıcıllığı, əsasən bu mövzuda həllini tapmış yeganə nümunə kimi göstərilir. Ancaq həqiqət bundan ibarətdir ki, eohippusdan equusa qədər uzanan ardıcıllıq çox əsassızdır. Bu ardıcıllığın getdikcə böyüyən bədən ölçüsünü göstərdiyi iddia edilir, amma əslində ardıcıllığın sonrakı mərhələlərindəki canlıların bəziləri (ardıcıllığın ən başında yerləşən) eohippusdan daha böyük deyil, daha kiçikdirlər. Müxtəlif qaynaqlardan olan növlərin birləşdirilərək inandırıcı ardıcıllıqda ard-arda düzülməsi mümkündür, amma tarixdə həqiqətən bu ardıcıllığı dəstəkləyən heç bir sübut yoxdur. Gordon Rattray Taylor, The Great Evolution Mystery, London: Sphere Books, 1984, s. 230
Bütün bu həqiqətlər təkamül nəzəriyyəsinin ən tutarlı dəlillərindən biri kimi təqdim edilən atın təkamülü sxemlərinin heç bir əsası olmayan xəyali ardıcıllıqlar olduğunu ortaya qoyur. Digər növlər kimi atlar da təkamül əcdadına malik olmadan yaradılmışdırlar.