Quranda insanın ana bətnindəki biri- birindən fərqli üç ayrı mərhələdə yaradıldığı bildirilir. Həqiqətən də bu gün müasir biologiya körpənin ana qarınındakı embrioloji inkişafının üç fərqli dövrdə reallaşdığını müəyyən etmişdir. Bu gün tibb sahəsində dərs kitabı olaraq tədris edilən bütün embriologiyaya aid kitablarda bu mövzu əsaslı şəkildə öz izahını tapmışdır. Məsələn, embriologiyaya aid bütün ədəbiyyatlarda bu gerçək aşağıdakı kimi ifadə olunur :
Ana bətnindəki həyat 3 mərhələdən ibarətdir; priembrional (ilk 2,5 həftə), embrional (8-ci həftənin sonuna qədər), və fetal (8-ci həftədən doğuma qədər). (Williams P., Basic Human Embryology, 3. edition, 1984, s. 64)
Allahın ardıcıllıqla yaratdığı bu mərhələlər körpənin fərqli inkişaf mərhələlərini keçdiyini göstərir. Bu üç inkişaf mərhələlərinin müəyyən xüsusiyyətləri qısa şəkildə belədir:
Priembrional mərhələ:
Bu ilk mərhələdə ziqot (mayalanmış yumurta hüceyrə) bölünərək çoxalır, hüceyrə kütləsi halına gəldikdən sonra özünü bətn divarına yapışdırır. Hüceyrələr çoxalmağa davam edərkən 3 –cü təbəqə halında təşkil edilirlər.
Embrional mərhələ:
İkinci mərhələ cəmi 5,5 həftə davam edir və bu müddət boyunca canlı, "rüşeym" adlandırılır. Bu mərhələdə hüceyrə təbəqələrindən bədənin əsas orqan və sistemləri əmələ gəlir.
Fetal mərhələ:
Fetal mərhələ dövründə rüşeym artıq "fetus" adlandırılır. Bu dövr hamiləliyin səkkizinci həftəsindən doğuşa qədər davam edir. Əvvəlki mərhələdən fərqli cəhəti isə üzü, əlləri və ayaqları ilə diqqəti çəkən, insanın xarici görünüşünə sahib canlı olmasıdır. Mərhələnin başlanğıcında 3 sm boyunun olmasına baxmayaraq, körpənin bütün orqanları formalaşmışdır. Bu dövr 30 həftə müddətində, inkişaf isə doğum həftəsinə qədər davam edir.
Quranın bir ayəsində Allah belə buyurmuşdur:
Daha sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq tək xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır! (Muminun Surəsi, 14)
Ana bətnindəki inkişaf ilə bağlı bu məlumatlar ancaq müasir texnoloji cihazlar vasitəsilə aparılan müşahidələr nəticəsində əldə edilmişdir. Ancaq göründüyü kimi bu məlumatlar da bir çox digər elmi həqiqətlər kimi möcüzəvi bir şəkildə Quran ayələrində xəbər verilmişdir. Bu cür ətraflı və həqiqi məlumatları Allah insanların tibbi mövzularda heç bir məlumata sahib olmadığı bir dövrdə - bundan 1400 il əvvəl, Peyğəmbərimiz Hz. Məhəmməd (s.a.s)-ə vəhy etmişdir. Bəşəriyyətin tibb sahəsində hər hansı bir ətraflı məlumata sahib olmadığı dövrdə Quranda bu qədər müfəssəl və doğru məlumatların verilməsi, əlbəttə, Quranın Allahın Kəlamı olduğunu bir daha təsdiqləyir.