PEYĞƏMBƏRİMİZ (S.Ə.V) CƏHƏNNƏMƏ DÜŞƏNLƏRİN SONSUZA QƏDƏR ORADA QALACAĞINI BİLDİRMİŞDİR
ucgen

PEYĞƏMBƏRİMİZ (S.Ə.V) CƏHƏNNƏMƏ DÜŞƏNLƏRİN SONSUZA QƏDƏR ORADA QALACAĞINI BİLDİRMİŞDİR

2159

 

Cahiliyyə cəmiyyətlərində məşhur olan batil inanclardan biri cəhənnəmdə müəyyən bir müddət qalıb çıxılacağıdır. Halbuki. Allah cəhənnəm əzabının bəzi kəslər üçün, sonsuza qədər çəkəcəyini bildirmişdir. Peyğəmbərimiz (s.ə.v) də, Allahın əmrinə uyğun olaraq, bir müddət Cəhənnəmdə qalınacağını iddia edənlərə Allahın diləməsi xaricində insanların bəzilərinin cəhənnəmdə sonsuza qədər qalacaqlarını xəbər vermişdir:

“Onlar dedilər: “Od bizə ancaq bir neçə gün toxunacaq!” De: “Məgər siz Allahdan əhd almışsınızmı? Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?” Xeyr! Günah qazanan və xətaları özlərini bürüyən kimsələr, məhz onlar Od sakinləridir və orada əbədi qalacaqlar! İman gətirib yaxşı işlər görənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar!” (Bəqərə surəsi, 80-82)      

“Binasını Allah qorxusu və (Onun) razılığı üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan, uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz.”  (Tövbə surəsi, 109)

Peyğəmbərimiz (s.ə.v) bir sözündə cənnət və cəhənnəmdəki həyat ilə əlaqədar olaraq bunları açıqlamışdır:

"Cənnətliklər Cənnətdə, Cəhənnəmliklər də Cəhənnəmdə olduqları zaman ölüm gətirilər. Cənnətlə cəhənnəmin arasına qoyulub orada aqibəti bəlli olar. Sonra bir münadi nida edər: "Ey əhli cənnət! Artıq əbədiyyət var, ölüm yox! Cənnətliklərin sevinci bununla daha da artar. Cəhənnəmliklərin də hüznü artar”

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr