Monarx yaxud Kral kəpənəkləri (Danaus plexippus) yaxın vaxtlara qədər köç dövründə uzun məsafəli uçuşları ilə tanınıb. Bu kəpənəklər hər il Şimali Amerikadan Meksikaya təxminən 5000 kilometr məsafə qət edən köçlərinə görə dünyada məşhurdurlar. Son araşdırmalarda Monarx kəpənəkləri ilə məsafə baxımından rəqabət aparan başqa kəpənək növü də aşkar edilmişdir.
Bunlar hər il Avropa və Afrika arasında uzun məsafəli səyahətlər edən “Boyalı Xanım Kəpənəklər” idi (Vanessa cardui). Bəzi tədqiqatlar sübut etdi ki, bir nəsil okeanın o tayında 4000 kilometrdən çox məsafə qət edərək köç etmişdir. Bu kəpənəklərə izləmə cihazı taxıla bilmədiyi üçün araşdırmaçılar, kəpənəklərdə tapılan tozcuq dənələrinin DNT-sini araşdırdılar və tozcuqların yalnız Afrikanın Sahel bölgəsində böyüyən bitkilərə aid olduğu aydın oldu.
Bu nəticə sübut etdi ki, kəpənəklər Atlantik okeanı üzərindən uçurlar. Ancaq Fransız Qvianasında olan Boyalı Xanım Kəpənəklərin qanadlarında izotopların olması, onların Qərbi Avropada doğulduğunu düşündürməsi, bu məsafənin düşünüləndən daha çox olduğunu göstərirdi. Buna görə də, kəpənək sürüsü bir ömür boyu 7000 kilometrdən çox yol qət etdi və ən azı üç qitəni ziyarət etdi.
Bu, əlbəttə ki, kəpənəklərin zərifliyini nəzərə alsaq, çox böyük məsafədir, lakin başqa bir vacib detal da var. Avropadan Afrikaya və ya Şimali Amerikadan Mərkəzi Amerikaya uzun məsafəli köç olduqca təsir edici olsa da, kəpənəklərin arada dayanıb yanacaq tədarükü etdiyi çoxlu yerlər də var. Okeanı keçərək köç etmək çox çətindir.
Boyalı Xanım Kəpənəklərinin qanadları sərçə barmağı böyüklüyündədir, beyni isə iynənin ucu boydadır və çox sürətli uçurlar. Kiçik olmaları onlara üstünlük qazandırır, küləkli havada süzməyi bacarırlar, bəzən saatda 48 kilometr sürətlə uçurlar.
Atlantik okeanında Saxaradan tropik Karib hövzəsinə doğru əsən güclü küləklər olur. Bunlar mütəxəssislərin düşündüyündən daha güclüdür və böyük toz hissəciklərini 3500 kilometr uzaqlığa apara bilir. Zərifliyi ilə məşhur olan Xanım Kəpənəklər də bu güclü küləkdə qanadlarını çox az çırparaq və havada süzmə texnikasından istifadə edərək çox uzaqlara uça bilirlər.
Bu uzun uçuş edənlərin Monarx Kəpənəkləri və ya Boyalı Xanım Kəpənəkləri olmasının fərqi yoxdur, bu iki zərif kəpənək növü çox yaxşı köçəri kəpənəklərdir. Onlar hər il zərif bədənləri ilə müqayisə olunmayacaq dərəcədə çətin səyahəti tamamlayırlar. Gəlin bir az düşünək:
Bu kəpənəklər əlində kompas və ya xəritə olmadan minlərlə kilometr uçurlar. Yollarını azmırlar. Telefonunuzda naviqasiya proqramları olmadan 10-15 km məsafədə yolunuzu tapmağa çalışın və bunun nə qədər çətin olacağını düşünün. Kəpənəklər bizim üçün mümkün olmayan bu səyahəti əmin şəkildə, üstəlik, hər nəsillə yenilənən məlumatla edir və çətin səfərlərdə uğur qazanırlar. Üstəlik, bəzi köçəri quşlar kimi onların çətin hava şəraitindən qorumaları üçün nəhəng tüklü qanadları və güclü sinə əzələləri yoxdur. Ölçüsünə görə quşla müqayisə olunmayacaq qədər kiçik olan kəpənəklərin öhdəsindən gəldikləri çətinlik heyranedicidir.
Kəpənəklərin köçü bizə onların yaradılışındakı mükəmməlliyi və Allahın onlara ilham etdiyi qüsursuz planı göstərir. Bu kəpənəklərin köç səyahətlərini nəsillər boyu təkrarlaması və marşrutlarını xətasız tamamlaması, Allahın qüsursuz yaratma sənətinin nümunəsidir.
Mənbə:
https://www.sciencealert.com/butterflies-can-make-epic-atlantic-ocean-voyages-shocking-scientists