Hz. Mehdi (ə.s)-ın tələbələri ilə əlaqədar bəzi hədislər
ucgen

Hz. Mehdi (ə.s)-ın tələbələri ilə əlaqədar bəzi hədislər

1184
"Onlar uzaqgörən, təqvalı və təvazökardırlar. Dünya malına maraq göstərməzlər, imanlı və mədəniyyətlidirlər,.... Gecələr ibadət edərlər, gündüzlər aslandırlar. Mərhəmət, şəfqət, qürur və cihad əhlidirlər. Polad ürəkli və güclü bir imana sahibdirlər. Yorulmaq bilməzlər, güclüdürlər. O qədər dözümlüdürlər ki, dağlara göndərilsələr belə dəlik-deşik edər, yerindən oynadarlar. Haqqa inanan, hz. Mehdi (ə.s)-a itaət edib təslim olan, şəhidlik aşiqi, Allaha daha yaxın olmaq üçün can atan, təhlükələrin və çətinliklərin eşiyində yetişmiş fədakarlar, ... cihad (səy göstərən) və şəhidlik aşiqidirlər, səbirlidirlər. Təvəkkül onların yol azuqəsidir. Polad ürəkli, dəmir iradəli, gecə namazlarını qılan, qənaətkar, hər biri qırx igid gücünə malik olan mərd insanlardır.” (Safı Golpeygani, Muntahabul-Əsər, s. 486) 
 "SANKİ ONLARI GÖRÜRƏM. EYNİ RƏNGDƏ, EYNİ BOYDA, ÜZLƏRİ EYNİ VƏ PALTARLARI DA EYNİ… OLARAQ HƏZRƏTİ MEHDİYƏ BEYƏT EDƏRLƏR." (İbn Tavus, el-Melahimu ve’l-Fiten, s. 122)      

Bu iki hədis Cevad Muhaddisinin "Ümid Sabahı" kitabının 55-ci  səhifəsində bildirilir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo