Şəkildəki krevit 95 milyon yaşındadır və günümüzdəki krevitlərdən heç bir fərqi yoxdur. Aradan keçən 95 milyon il boyunca ən kiçik bir dəyişməyəkeçirməyən bu canlılar, təkamülçülərin iddialarının xəyal məhsulu bir hekayə olduğunu, elmi məlumat və tapıntıların bu iddiaları dəstəkləmədiyini göstərir. Darvinistlər, materialist dünya görüşləri istiqamətində bəzi fərziyyələrdə olmağı və bu fərziyyələri Latınca sözlərlə, xalq tərəfindən başa düşülməsi çətin elmi ifadələrlə bəzəyib elmi bir həqiqətmiş kimi təqdim etməyi vərdiş halına gətirmişlər. Halbuki, təkamülün əsassızlığını göstərən dəlillər son dərəcə açıq və aydındır. İbtidai məktəb çağındakı bir uşaq tərəfindən belə asanlıqla başa düşülə bilər. Bu dəlillərdən biri də, qalıqlardır. Yüz milyonlarla il əvvəl yaşamış canlılarla günümüzdəki nümunələri arasında heç bir fərq olmaması təkamül anlayışını yerlə bir etməkdədir.