Səddam Hüseyn… Baasın qəddar diktatorlarından biri. Müharibəni qazanmaq üçün öz xalqını vəhşicəsinə qətlə yetirməkdən çəkinməyən dövlət başçısı... Təxminən 26 il əvvəl kürdlər, kişi, qadın, uşaq, qoca demədən məsum, günahsız insanlar Hələbçə siyasətinin qurbanı oldular.
Hələbçə qırğını 10 il davam edən İran-İraq müharibəsinin tarixdə qara hərflərlə yazılmış bir ləkəsidir. 1988-ci il martın 16-da səkkiz MİQ-23 təyyarəsindən Hələbçə qəsəbəsinə yağdırılan zəhərli qaz bombaları burada bütövlükdə bir qəsəbəni içindəki insanlarla birlikdə məhv etdi. Bütün insanlar, heyvanlar, quşlar, hətta bitkilər belə səssizcə can verdilər. Rəsmi sənədlərdə ölənlərin sayının 6330 olduğu qeyd olunsa da hadisə şahidləri bu rəqəmin daha çox olduğunu bildirirlər.
Tarixin ən dəhşətli hadisələrindən olan Hələbçə soyqırımında şəhid olanlarla yanaşı minlərlə insan yaralandı və evindən, yurdundan didərgin düşdü. Sonrakı nəsillərdə bu qətliamın izləri özünü göstərdi. Süleymaniyə Universitetinin tibb fakültəsinin müəllimi prof. Fuat Baban 2002-ci il 7 dekabrın tarixli məqaləsində Hələbçədə qüsurlu doğulan uşaqların sayının Xerosima və Naqasakidəkindən 4-5 dəfə çox olduğunu bildirdi. Bağça divarının dibində öz bədənini sipər edərək qundaqdakı körpəsini qorumağa çalışarkən şəhid olan ata Ömər Havarın şəkli buradakı zülmü dünyaya göstərən dəlillərdəndi.
Yaxın şərqin şimalında yaşayan kürd xalqı həmişə dayaqsız, köməksiz, xüsusilə diktatorlar tərəfindən aşağı sinif insanı kimi qəbul edilən bir xalq olub. Bu gün uzun illərdir Suriyada yaşamaqlarına baxmayaraq, hələ də bu ölkənin vətəndaşlığına qəbul edilməyən, şəxsi sənədləri olmayan çoxlu kürd var. Hazırda Suriyada gedən vətəndaş müharibəsindən ən çox zərər çəkənlərdən biri yenə kürd xalqıdır.
Bu, Baas ideologiyasının ənənəvi siyasətidir. Yaxın şərqin gözəl və məzlum insanları olan kürdlər və günahsız vətəndaşlar həmişə qurban kimi seçilmişlər. Baas rejimi mənfəətlərinə zidd düşdüyü üçün səmimi, güclü mənəviyyata və xarakterə sahib bu xalqları həmişə yer üzündən silməyə çalışmışdır.
Baas partiyasının yürütdüyü siyasətin əsas istiqamətlərindən biri də kimyəvi silahlardan istifadədir. Keçən il, Hələbçə qırğınından 25 il ötdükdən sonra eyni siyasət Suriyada bir digər Baas diktatoru Bəşər Əsəd tərəfindən təkrarlandı. Can verən körpələrin dəhşətli mənzərələri Hələbçə qırğınını xatırlatdı. Bəlkə də insanlar bir daha belə bir zülmün təkrarlanacağına inanmırdılar. Lakin Baas siyasəti üçün ölkənin, bölgənin və ya millətin heç bir fərqi yoxdur. Törətdiyi qırğını qanuni hesab edən bu ideologiya yaşadıqca istifadə edilən silahın növünün də heç bir əhəmiyyəti yoxdur.
Kimyəvi silahlar naməlum istiqamətdə hərəkət etdiyi üçün belə silahlardan istifadə bəşəri cinayət hesab olunur. Lakin unutmayaq ki, İraqdakı kimi Suriyada da təkcə kimyəvi deyil, bütün növ silahların hədəfi yalnız əliyalın, günahsız, sıravi vətəndaşlardı. İnsan Hüquqları İzləmə Təşkilatının ötən aylarda təqdim etdiyi hesabatda Suriyada bombaların birbaşa sıravi vətəndaşlara tuşlandığı müxtəlif fotoşəkillərlə üzə çıxdı. Bu fotoşəkilləri araşdıran mütəxəssislər qəsdən sıravi insanların hədəf alındığını təsdiqlədilər. Buna görə də müharibənin qurbanlarının böyük əksəriyyəti məzlum vətəndaşlardı.
Nəticə: İllər ötməsinə baxmayaraq, heç nə dəyişmədi. 26 il əvvəl bütün dünyanın bəşəri faciə kimi qəbul etdiyi Hələbçə qırğını bu gün eyni üsullarla yenidən təkrarlandı. Çünki bu vəhşiliyi həyata keçirən Baas rejiminə qarşı mübarizə aparılmadı. Ərəb Baharında bəzi diktatorlar devrildi, lakin bu ölkələrdə sabitlik hələ də bərpa olunmayıb. Zülmün, xaosun davam etməsinə səbəb isə Baas siyasətidir. Lakin təkcə diktatorlar hədəf alındı, bu zehniyyəti məhv etmək üçün isə heç bir fəaliyyət həyata keçirilmədi.
Hər növ silahın günahsız insanlara tətbiq edildiyi Suriyada daha çox fəlakətlə üzləşməmək, yeni Hələbçə qırğınları yaşamamaq üçün Baas rejiminin kökündə duran marksist ideologiyanın əsl üzü maarifləndirmə yolu ilə bütün dünyaya tanıdılmalıdır. Marksist fəlsəfənin azadlıq və bərabərlik uğrunda mübarizə olduğunu düşünənlər Baas zehniyyətini də asanlıqla qəbul edir və insanların öldürülməsini “zəruri” hesab edirlər. Halbuki marksizmin “azadlıq və bərabərlik” şüarının altında şiddət, müharibə, qəzəb və yoxsulluq dayanır və bu ideologiya heç vaxt bərabərlik və xoşbəxtlik gətirməmişdir. İnsanları qurban verərək, zəifləri əzərək azadlıq və bərabərlik əldə etmək mümkün deyil. Bu bərabərlik və ya azadlıq deyil, qəddarlıqdır. Bərabərlik təkcə əməklə əldə edilə bilməz. Fiziki və ya sosial vəziyyəti işləməyə imkan verməyən insanlara bərabərlik hüququ verilməməyi şəfqətsiz, mənəviyyatsız və ruhsuz cəmiyyətlərin formalaşması ilə nəticələnir. Tarixdə buna saysız-hesabsız nümunə göstərmək olar və bu gün də dünya belə nümunələrlə doludur.
İnsanlar əmək fəaliyyətlərinə görə deyil, insan olduqları üçün bərabərdirlər, dəyərlidirlər. Buna görə də, bərabərlik istəyənlər marksizmin azğın yolunu deyil, Allah`ın qadın, kişi, bütün insanlara bərabərlik hüququ verdiyi Quranı izləməlidirlər. Həm radikal, həm də materialist zehniyyət, xüsusilə qadını alçaldan fikirlər Qurana tamamilə ziddir. Hər kəs bərabərlik və azadlıq istəyir, lakin bu hüququ əldə etmək yolunu düzgün seçmirlər. Unudulmamalıdır ki, Hələbçədə olduğu kimi, hazırda Suriyada gedən müharibənin də səbəbi çürük materialist fəlsəfəyə əsaslanan marksizmdir.
Dünya bu qırğınları təkcə qınamaqla kifayətlənməməli, bu zülmün dayanması üçün genişmiqyaslı tədbirlər görməlidir. Əks təqdirdə 1988-ci ildə dünyanın təslim olduğu, hazırda isə Suriyada izlədiyi dəhşət və qorxu davam edəcək, daha çox məzlum insan həyatını itirəcək, daha çox ölkə məhv ediləcək.
Adnan Oktarın Arab News və Pakistan Observer'də yayımlanan məqaləsi: