Kafi əsərindən:
Biri Əbu Abdullahdan (Cəfər Sadiq aleyhissalam) əl-Qaimin (Mehdi əleyhissalam) imratul - muminin (möminlərin nüfuzu) adıyla salamlanıb-salamlanmayacağını soruşdu.
Buyurdu ki:
"Xeyr! Bu Allahın əmirül-mömininə verdiyi elə bir addır ki, ondan əvvəl və sonra başqa heç kəs bu adla adlandırılmamışdır."
"Allaha fəda olum, bəs onu necə salamlayacayıq?"- dedim.
"Əssalamu əleykə ya Bəqiyyətullah (Salam olsun sənə ey Allahın baqisi)”- şəklində dedi və ardından bu ayəni oxudu.
Kitabül-Qeybəyə alınan bir hədisdə əl-Qaimin (Mehdi əleyhissalam) belə buyuracağı nəql edilir: "Mən yer üzündəki Bəqiyyətullaham. (Mən Allahın yer üzündəki baqisiyəm.)"
Digər bir xəbərdə Mehdi əleyhissalamın zühur etdiyi zaman söylənilən ayəni oxuyacağı və "Mən Allahın baqisi və höccətiyəm." deyəcəyi rəvayət edilmişdir. Beləcə, onu ancaq "Salam olsun sənə ey Allahın yer üzündəki bəqiyyəsi (Bəqiyyətullah)" şəklində salamlayacaqlar.
(Məclisi, Biharül-Ənvar, Beyrut, 1404, cild: 24, səh.: 211-212.)