Bəs arakanlı olsaydınız?
ucgen

Bəs arakanlı olsaydınız?

851

Uzaq Şərqdə Rohinca adlı bir yer 2012-ci ildən etibarən beynəlxalq mətbuatın gündəmindədir. Öldürülən insanlar, dağıdılan kəndlər, dənizdə ölümə tərk edilən miqrantlar xəbərlərə əks olunan hadisələrin yalnız bir qismidir.

 

Bəs Myanmada nə baş verir?

 

Arakanlı müsəlmanlar bir vaxtlar bu ərazidə 350 il hakimiyyətdə olmuş bir krallığın hazırda yaşayan nümayəndələridir. Amma bu gün öz ölkələrində azlıq təşkil edirlər. Gördükləri şiddət və düşmənçilik elə ağlasığmaz həddə çatıb ki, dünyanın ən çox zülm görən icması kimi tanınırlar. Nə yaşayacaqları bir ölkələri, nə də sığınacaqları bir yerləri var.

 

Bir anlıq arakanlı müsəlman olduğunuzu düşünün. Bu kabusdan xilas olmaq üçün nə edərdiniz? Qarşınızda iki seçiminiz olardı:

 

 1) Ya ölkənizdə qalardınız... Amma bu halda bu çətinlikləri qəbul etmək məcburiyyətində qalacaqdınız:

 

Dəhşətli şərtləri olan düşərgələrdə bir yerə getmək azadlığınız olmadan, anti-İslam və şiddət tərəfdarı radikal dəstələrin malınıza və canınıza qəsd edən hücumlarına məruz qalaraq yaşayacaqsınız. Hər hansı bir vətəndaşlıq hüququnuz olmayacaq, təhlükəsizlik qüvvələrindən yardım gözləyə bilməyəcəksiniz. Dövlət xəstəxanalarına gedə bilməyəcək, pulunuz olsa belə mühərrikli avtomobil və ya telefon ala bilməyəcəksiniz. Bundan başqa, ancaq taxta olmasına icazə verilən eviniz hər hansı bir səbəbdən yanarsa, altı il həbs cəzası alacaqsınız.

 

Bu elə şiddətli zülmdür ki, 1942-1996-cı illər arasında iki milyon arakanlı evini tərk etdi. 15.000 yaşayış yeri talan edildi, 20.000 qadın təcavüzə məruz qaldı, 300.000 insan şəhid edildi, 5000 məscid dağıdıldı. 2012-ci ildə 330 kənd içindəkilərlə birlikdə yandırıldı.

 

 

2) Ya da ölkənizi tərk edərdiniz. Bəs hara gedəcəksiniz və daha da əhəmiyyətlisi istədiyiniz yerə necə çatacaqsınız?

 

Banqladeş İslam ölkəsi olmasına baxmayaraq, balıqçı qayıqlarındakı məzlum insanları çox vaxt ölkəsinə qəbul etmir və dənizdə ölümə tərk edir. Belə ki, bu qayıqlar adətən daşıdığı insanlarla birlikdə dərin okean sularına qərq olur.

 

Tutaq ki, Tailanda getmək istədiniz. Sizi qəbul etdiklərini düşünək. Bu halda insan tacirlərinin əlinə düşüb qul kimi satılma təhlükəniz var. Belə ki, "Reuters" xəbər agentliyi yaxın dövrdə tailandlı miqrant bürosunun səlahiyyətli şəxslərinin də içində əli olduğu nəhəng insan alveri şəbəkəsini aşkar etdi. Amma onsuz da Tailand bu məzlum insanları qəbul etmir və dənizdə ölümə tərk edir. Malayziya isə gözəl İslam əxlaqı nümayiş etdirərək bu məzlum insanlara çox yardım edir, amma ora da bərbad vəziyyətdə olan balıqçı qayıqlarının gedə bilməyəcəyi qədər uzaqdır.

 

Bu zülm siz bu sətirləri oxuyarkən də hazırda davam edir. Sərhədsiz Həkimlər təşkilatı arakanlılara arxa çıxdıqları iddiası ilə bir müddət əvvəl bu ölkədə fəaliyyət göstərməkdən məhrum edildilər. Halbuki bu həkimlər arakanlılara yardım edən yeganə heyət idi, amma artıq onlar da yoxdur.

 

Arakandakı insanlıqdan kənar əməllərin bir nümunəsi də, yaxın tarixdə Myanma təhlükəsizlik qüvvələri və radikal buddistlərin təcavüzünə məruz qalan Du Chee Yar Tan kəndində baş verdi. Kənardan girişlərə bağlanılan kəndə hər hansı bir yolla girməyi bacaran beş müsəlman kişi aralarında uşaqların da olduğu ən azı 10 arakanlının kəsilmiş başlarını bir su bakının içində tapdı.

 

Bütün bunlar baş verərkən radikal buddist qruplar da bir tərəfdən bütün ölkəni motosikletlərlə gəzib müsəlmanlara qarşı nifrət təbliğatı aparırlar.

 

Dünyanın uzaq bir guşəsində yaşayan bu məsum insanların qarşı-qarşıya olduqları bu dəhşətli zülmə bütün dövlətlər laqeyd yanaşır. Halbuki yalnız xəbərlərdə gördüyümüz bu məzlumlar bizim kimi ailəsi, sevdikləri olan, işi, peşəsi olan insanlardır. Amma dünya onları görmür və tənhalıqları içində hamısını ölümə tərk edir.

 

Bəs bu qorxunc mənzərəni sona çatdırmaq üçün nə etmək lazımdır?

 

Əvvəla, Myanma hökuməti və ölkədəki buddistlər müsəlmanların onların ölkələrini ələ keçirəcəyi yönündəki əsassız qorxularından xilas olmalıdırlar. Arakanlı müsəlmanlara qarşı insan hüquqlarının pozuntusunun bir an öncə dayandırılması və arakanlıların layiq olduqları insani münasibət görmələri həyati əhəmiyyət daşıyır.

 

Buddistlər dinc insanlardır. Ölkədəki hər iki inanc qrupunu da hədəf alan və sülh vurğusu edən ideoloji bir kampaniyanın ciddi müsbət təsirləri olar. Bu səpkili fəaliyyətlə insanlar İslamın sülhyönümlü ruhu haqqında məlumatlandırılar, müxtəlif etnik qrupların keçmişdəki sülhsevər həyatlarından nümunələr verilə bilər.

 

ABŞ, BMT və Avropa İttifaqı davamlı olaraq narahatlıqlarını ifadə edən bəyanatlar versələr də, bunlar təəssüf ki, hər hansı bir effekt vermir. Müsəlman ölkələr isə bu məsələdə boyunlarına böyük günah olacaq sükut içindədirlər. Daha çox vaxt itirmədən bir araya gələrək sevgi, birlik, sülh və qardaşlıq içində bütün dünya əziyyət görən insanlara yardım etməlidirlər. Heç bir iqtisadi narahatlıq və ya dünyəvi mənafe köməyə ehtiyacı olan insanların yanında olmaqdan daha əhəmiyyətli ola bilməz.

 

Adnan Oktarın "Burma Times"da dərc olunan məqaləsi:

http://burmatimes.net/how-does-it-feel-to-be-a-rohingya/

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo