Zülalların yalnız amin turşularının ard-arda düzülüşündən ibarət deyil. Zülalların zəruri vəzifələrini yerinə yetirmələri üçün bir çox şərt yerinə gəlməlidir. Bunlardan biri də zülalın doğru üç ölçülü quruluşuna qatlanmasıdır. Zülalların, əvvəlki səhifələrdə də yekunlaşdırdığı kimi, ribosoma adlı fabriklərdə amin turşularının pepton adlı xüsusi tellərlə təsbeh dənələri kimi bir araya gətirilməsi ilə formalaşdırılır. Bundan sonrakı ən mühüm mərhələlərdən biri isə zəncir halında istehsal olunan zülalın doğru zaman, yer və şəkildə qatlanmasıdır.
Bir zülal əgər yanlış şəkildə qatlanarsa və ya heç qatlana bilməzsə, bu halda vəzifəsini yerinə yetirə bilməz. Hətta bəzi vəziyyətlərdə hüceyrə üçün zərərli hala gələr. Yaşlanma və bəzi xəstəlik əlamətlərində bu qatlanma mexanizminin yaxşı çalışmamağı səbəblərindən biri olaraq düşünülür.
Daha irəli getmədən, bu məlumat üzərində düşünmək lazımdır. İlk zülal necə qatlandı? Qatlanmalı olduğunu, hətta hansı şəklə çevrilməli olduğunu haradan bilirdi? İlk zülal molekulunun öz-özünə təsadüflər nəticəsində meydana gəldiyini iddia edən təkamülçülər, bir də bu molekulun necə düzgün və doğru zamanda qatlandığını açıqlamaq məcburiyyətindədirlər.
Bəs bu amin turşusu zəncirindən yaranan zülal molekulu necə qatlanacağını bilir? Bir zülal molekulunun qatlana biləcəyi çox sayda forma vardır; qatlanma reaksiyaları son dərəcə kompleksdir, bir çox zəif və kovalent olmayan bağlar ehtiva edir. Zülalların böyük bir faizi lazım olan formaya avtomatik olaraq qatlana bilməz, düzgün olmayan qatlanma və yığılma riski altındadırlar. Bu təhlükələrdən qaça bilmək üçün hüceyrələrdə kompleks bir tor yaradan “molekulyar şaperonlar” vəzifə alırlar. Bu molekullar, zülalların üst-üstə yığılmalarının qarşısını alır və zülalların doğru olaraq qatlanmalarını təmin edir.
Zülallar, şaperon kimi digər molekullara sadəcə doğru formada qatlana bilmək üçün ehtiyac duymazlar, doğru formada qatlandıqdan sonra funksiyalarını davam etdirə bilmək üçün də bu zülalların yardımına ehtiyacları vardır.
Yəni bir zülal molekulu əmələ gəldikdən sonra varlığını və funksiyalarını davam etdirmək üçün yenə digər zülallara ehtiyac duyar. Təkamülçülərin bir şəkildə yarandığını iddia etdikləri zülal molekulunun varlığını və funksiyalarını davam etdirə bilməsi üçün, onsuz da olduğu mühitdə əvvəlcədən mövcud olmuş və nə etməli olduğunu çox yaxşı bilən başqa zülallar olmalıdır. Bu təkamül nəzəriyyəsinin içində olduğu ən böyük müəmmalardan biridir: Zülal əmələ gəlməsi üçün əvvəlcədən mövcud olan zülallara ehtiyac vardır!
Möcüzələr zənciri burada da bitmir. Hüceyrədə, digər başqa züllarları da ehtiva edən bir başqa ağıllı sistem daha yer alır. Ubikuitin-proteazom sistemi adlandırılan bu sistem, səhv qatlanan və yığılan zülalları parçalayaraq, hüceyrəyə zərər vermədən atılmalarını təmin edir.
Ağıllı zülal molekulu şaperonların bir çox fərqli növü vardır. Bunlardan biri olan “HSP70” zülalı böyük və kompleks molekuldur və qismən çevrilmiş olan zülal molekulu ilə təsirə girərək zülalın tam doğru şəkildə qatlanmasını təmin edir. Bu işi edərkən HSP40 və “nukleotid-dəyişim faktorları” kimi digər zülallardan dəstək alır.
Ancaq qatlanma prosesi hələ başa çatmamışdır. Hələ də tam olaraq qatlanmamış olan zülallar başqa bir zülal sisteminə ötürülürlər: Şaperoninlərə. Şaperoninlər iki halqalı böyük birləşmələrdir, zülalları tək-tək qəfəsə bənzər quruluş içinə bağlayırlar. Bu mərhələdən sonra zülal qatlama prosesi tamamlanmışdır.
Burada çox ümumi bir xülasəsi edilən bu işlərin möhtəşəm biokimyəvi təfərrüatları vardır.
Ehtiyac duyulduqda şaperonin zülallarının istehsalı ilə bağlı siqnalın verilməsi və müvafiq genlərin aktivləşdirilməsi belə son dərəcə mürəkkəb proseslərdir.
Bütün bu proseslər təkamül nəzəriyyəsi ilə necə izah oluna bilər? Təkamülçülərin, “bunlar daha mürəkkəb canlılarda ehtiyac duyulan proseslər, ilk ibtidai orqanizmin bunlara ehtiyacı yox idi” kimi xalqı hipnoz etməyə yönəlik açıqlamaları da keçərsizdir. Çünki bu kompleks sistemlər, şaperon və şaperonin kimi zülallar, bakteriya və arxebakteriyalarda vardır. Əslində hər hansı bir hüceyrənin funksiyasını yerinə yetirə bilməsi üçün yalnız zülallara deyil eyni zamanda bu şaperon sistemlərə də ehtiyacı vardır. Bu sistemlər olmadan nə hüceyrə, nə də zülallar funksiyalarını yerinə yetirə bilməyəcəkdirlər.
Yuxarıda qeyd edildiyi kimi, şaperon sistemləri zülallardan əmələ gəlir. Yəni şaperon sistemlər, şaperonların bükdükləri zülallardan əmələ gəlirlər. Xülasə, şaperonlar üçün başqa şaperonlara, zülallar üçün başqa zülallara ehtiyac vardır.
Xəyali təkamül mexanizmləri isə molekulyar sistemlərdən mərhələ-mərhələ avtomatik dəyişikliklər tələb edir. Yəni, mutasiyalar nəticəsində meydana gələn və seçilən faydalı kiçik addımlarla bu möhtəşəm sistemlərin yarandığını iddia edirlər. Ancaq göründüyü kimi, zülalların əmələ gəlməsini bununla açıqlamaları mümkün deyil. Çünki zülalın yaranması üçün bu möhtəşəm sistemlər onsuz da doğru zamanda və doğru yerdə hazır olmalıdırlar.
Mutasiya olduğunda gendəki məna pozulur, nəticə olaraq xəstəlik və ya ölümə qədər gedən hallar yaranır; zülal qatlanmasındakı detallar isə çox daha həssas məsələdir, çünki zülal qatlanmasında edilən, atomları yəni maddənin ən kiçik vahidini uyğun şəkildə yerləşdirmə prosesidir. Məsələn, insan xəmirə şəkil verə bilər, şüşəyə şəkil verə bilər, ya da polada şəkil verə bilər, ancaq atomları uyğun şəkildə yerləşdirmək insan oğlunun hələ düşmədiyi bir ölçüdür. Təkcə bir atomun bucağını səhv etmə və ya zamanında yanlışlıq olması hər bir atomun bir-birlərinə tətbiq etdikləri cazibə qüvvələrini birbaşa təsir etdiyindən minlərlə atomdan ibarət olan zülal molekulu ideal 3 ölçüsü halına gəlmir, öz funksiyasını yerinə yetirmir, bu səbəbdən funksiya kənar qalaraq orqanizm üçün lazımlı işləri etməmişdir. Məsələn, hemoqlobində səhv çevrilmə olsa canlı tam və ya qismən nəfəs ala bilməz.
Bütün bu kompleks quruluşların və sistemlərin, bir dəfədə sonsuz elm və ağıl sahibi olan Allah tərəfindən yaradıldığı son dərəcə açıqdır. Təsadüflərlə açıqlanması mümkün olmayan mükəmməllik və komplekslik həyatın hər bir səviyyəsində görülür. Xüsusilə 21-ci əsrdə molekulyar səviyyədə görülən möhtəşəm Yaradılış dəlilləri bütün kainatın bir Yaradıcısı olduğu həqiqətini bütün açıqlığı ilə bəşəriyyətə göstərir.
Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)