Dövlət nizamını tam olaraq qura bilməyən Yəmən uzun müddətdir ki, sabitlik axtarışındadır. Paytaxt şəhəri olan Sənayı sanki müharibə meydanına çevirən qarşıdurmalardan sonra husilərlə bağlanan sülh müqaviləsi sabitlik üçün kifayət etmədi. Lakin siyasi partiyaların prezident Abd Rabbuh Mansur al Hadiyə və kabineti qurması tapşırılan Xalid Məhfuz Bahhaha teknokrat hökuməti formalaşdırmaq üçün razılıq vermələri, eləcə də hökumət işlərinə etiraz etməyəcəklərini açıqlamaları sabitliyə gedən yolda çox önəmli bir addım oldu.
Yəməndə baş verən problemlərin arxasında İran, Səudiyyə Ərəbistanı kimi ölkələrin olduğu tez-tez gündəmə gəlsə də, əsas problem Yəmənin cəmiyyət quruluşundakı əskiklərdən irəli gəlir. Bu səbəbdən tərəflər Baş Nazir namizədi üzərində razılığa gəlsələr də, problemlərə sabit həll gətirilmədikcə ölkədəki nizam da müvəqqəti olacaq.
Yəmən cəmiyyəti kompleks bir quruluşa malikdir. Məzhəb fərqləri və qəbilələrə əsaslanan nizam ölkədə fərqli dəyərləri ortaya çıxarır. Bu dəyərlər əsasən ictimai nizamın təmin edilməsi üçün lazımi minimum şərtlərin qarşısını alır.
Yəmən dövlətinin daha təsirli olması və daha səmərəli şəkildə xidmət edə bilməsi üçün sistem yenidən qurulmalıdır. Bu məsələdə əsas hədəfləri siyasi hakimiyyət müəyyən edəcəkdir. Ancaq bunun baş verməsi üçün qəbilələr, husilər və sünnilər ortaq iradəli olmalıdır. Burada hədəf Baş Nazirin kim olacağı və ya hansı nazirliyin kimə veriləcəyi kimi mübahisələr deyil, Yəmənə sabitlik gətirəcək köklü dəyişiklik olmalıdır.
Tərəflər “mənim dediklərim olmalıdır” israrından əl çəkməli və minimum əmsallarda uzlaşmalıdır. Yəmənin bütün tərəflərin içində olduğu bir gəmi kimi olduğu, bu gəmi batarsa, hər kəsin bundan zərər görəcəyi əsla unudulmamalıdır. Suriya, İraq, Liviya və Misirin vəziyyəti göz önündə ikən Yəmən eyni xətaları etməkdən çəkinməlidir.
Yəməni yeni bir Suriya olmaqdan xilas edəcək yəmənlinin dövlətinə etibarı necə qazanıla bilər?
Yəməndə dövlət işçiləri cəmiyyət içərisində ortaq bir anlayış yaratmaq üçün ilk addım olaraq əsəs dəyərləri müəyyən etməlidirlər. Həmin dəyərlər ümumi qəbul edilmiş demokratik prinsiplər, İslam və yəmənlilik olmalıdır.
Bu əsaslar dövlət tərəfindən açıq şəkildə ifadə edilməli və bunlara dair cəmiyyətin sahib olduğu ənənəvi anlayışa daha müasir bir məzmun qazandırılmalıdır. Bütün etnik və siyasi fikirlərin davamının demokratiya sayəsində təmin edilə biləcəyi və İslamda da demokratiyanın olduğu dövlət tərəfindən geniş şəkildə izah edilməlidir. Məsələn, bir sünninin zeydiyə düşmənçilik yerinə, kömək etməyinin doğru olmasının İslamın tələbi olduğu sübutları ilə izah edilməlidir.
Çünki müsəlmanlar istər zeydi, istəsə sünni olsun, qardaşdırlar və bu qardaşlıq bir-birləri üçün hər cür fədakarlığı və yardımı sevə-sevə etmələrini tələb edir. Bu səbəbdən iman gətirənlər Allah yolunda bir çətinliyə düşdüklərində digər müsəlmanlar onlara heç bir tərəddüd etmədən dəstək olmalıdırlar.
Belə ki, hər müsəlman yardımlaşmaq və ehtiyac içərisində olan qardaşlarına dəstək olmaq istəyər. İstər sünni, istər zeydi olsun, bu bütün müsəlmanların üzərinə düşən məsuliyyətdir. Allah Quranda inananların bir-birləri ilə yardımlaşmadığı zaman bunun böyük bir fitnə olacağını bildirir. Aralarındakı həmrəylik səbəbindən Allah möminləri "bir-birlərinin vəlisi" kimi xarakterizə edir. Bütün müsəlmanlar müxtəlif çətinliklərlə qarşılaşırlar. Ancaq müsəlmanların bir-birlərinə olan bağlılıqları və aralarındakı həmrəylik çətinliklərin öhdəsindən gələ bilmələrini təmin edir.
Allah Quranda müsəlmanların bir-birləri ilə yardımlaşdığı kimi, inkarçıların da öz aralarında bir həmrəylik içində olduqlarından bəhs edir. İnkar edənlər axirətdəki mükafatlandırmağa inanmadıqları halda, bir-birləri ilə yardımlaşırlar, belə olan halda müsəlmanların aralarında ixtilaf yaranması və dostluqlarının zədələnməsi böyük fitnə mənbəyi olar. Bu mövzuya Quranda xüsusilə diqqət çəkilmişdir:
Kafirlər də bir-birinin dostlarıdır. Əgər siz bunları (yuxarıda sizə buyurulanları) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar. İman gətirib (Məkkədən Mədinəyə) köçənlər, Allah yolunda cihad edənlər (mühacirlər) və (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək edənlər – məhz onlar həqiqi möminlərdir. Onları bağışlanma və tükənməz ruzi gözləyir! (Ənfal, “Qənimətlər” surəsi, 73-74)
Yəməndə husilər və sünnilər arasında Quran əxlaqının tələbi olan bir bağlılıq qurula bildiyi təqdirdə, "qərəzsizlik" dövlət üçün ən əsas dəyər olacaq. Bütün fərqlərinə baxmayaraq, fərdlər qarşısında dövlətin qərəzsizliyi hər bir yəmənlini "qanun qarşısında bərabər" edəcək və ictimai xidmətlərdən də bərabər şəkildə faydalanma imkanı təqdim edəcək.
Yəməndə dövlət nizamı və sabitliyinin təmin edilməsi üçün yaradılacaq yeni quruluşun hədəfləri bunlar ola bilər:
1) Vətəndaşlıq anlayışı siyasi, məzhəb və ya qəbilə baxımından yenidən təsvir olunmalı və bütün yəmənlilərin bunu mənimsəməsi təmin edilməlidir.
2) Yəmənin bütövlüyü gücləndirilməlidir. Bunun üçün İslamın ayrılığa qarşı olduğu vurğulanıb, birləşdiriciliyi gündəmə gətirilməlidir.
3) Dövlət xidmət təqdim edərkən vətəndaşlar arasında tarazlığı qorumalıdır. Dövlət bir məzhəbə və ya bir qəbiləyə xas olan cəzalandırmalardan və ya təşviqlərdən çəkinməlidir.
4) Vətəndaşlar ictimai xidmət və ictimai nüfuz mövzusunda yenidən məlumatlandırılmalıdır. Daha yaxşı xidmət alan yəmənli dövlətinə daha çox sahib çıxacaq və dövlətə zərər verəcək davranışdan çəkinəcəkdir.
Bu dörd prioritet ictimaiyyətin etibarının təmin edilməsinin əsasını qoyacaq. Vətəndaşına inam verən Yəmən dövləti küçələrdə asayişi təmin edəcək və ictimai xidmətləri ləngitmədən xalqına təqdim edə biləcəkdir.
Adnan Oktarın «National Yəməndə» nəşr olunan məqaləsi:
http://nationalyemen.com/2014/11/04/what-can-be-done-to-ensure-stability-in-yemen/