“(O elçi ki), qüvvətlidir, Ərşin sahibi yanında (böyük) hörmət sahibidir, orada itaət ediləndir, etibarlıdır.” (Təkvir surəsi, 20-21)
İnsanlar üçün son peyğəmbər olaraq göndərilən, Allah`ın ən son Haqq kitabını vəhy etdiyi, gözəl əxlaqı, təqvası, Allah`a olan yaxınlığı ilə insanlara nümunə göstərilən, Allah`ın dostu, Rəbbimizin Qatında üstün olan, möminlərin də dostu, ən yaxını və vəlisi, peyğəmbərimiz həzrəti Məhəmmədin (səv) 1433-cü doğum gününü qeyd edirik.
Dövrümüzdə insanlar, xüsusilə, gənclər bir çox insanın davranışlarını, danışıqlarını, geyim tərzlərini özləri üçün nümunə götürür, onlar kimi olmağa çalışırlar. Ancaq bu insanların əksəriyyəti həm doğru yolda deyillər, həm yanlış əxlaqa sahibdirlər. Buna görə də insanları doğru olana, ən gözəl əxlaqa yönəltmək vacibdir. Hər müsəlman əxlaqını hz. Məhəmmədin (səv) gözəl əxlaqına bənzətməyə çalışmalıdır.
“Allah’ın Elçisi sizlərə – Allah’a və Axirət gününə ümidini bağlayanlara və Allah’ı çox zikr edənlərə gözəl nümunədir.” (Əhzab surəsi, 21)
Bu səbəbdən hz.Məhəmmədin (səv) gözəl xüsusiyyətlərini tanımaq, ondan nümunə götürmək hər müsəlmanın vəzifəsidir.
Quran ayələri ilə yanaşı, Peyğəmbərimiz (səv) haqqında səhabələr tərəfindən deyilmiş bir sıra məlumatlar gəlib çatmışdır. Peyğəmbərimizin ailəsi ilə və ətrafındakı möminlərlə olan münasibəti, gündəlik həyatı, xarici görünüşü, heyranedici heybəti, əzəməti, sevdiyi yeməklər, geyimi və gülüşü kimi bir çox xüsusiyyət İslam alimləri tərəfindən “şəmail” sözü ilə ifadə edilir. “Şəmail” sözü “şimal” sözündən əmələ gəlib. Bu sözün xarakter, hərəkət, davranış kimi mənaları var. Şəmail sözünün daha əvvəl geniş mənası olsa da, vaxt keçdikcə xüsusiləşmiş və Peyğəmbərimizin (səv) necə həyat keçirdiyi ilə bağlı xüsusiyyətləri və xarakterini ifadə edən terminə çevrilib.
Rəbbimizin aləmlərə üstün etdiyi bu seçilmiş qulunun xarakterinə və görünüşünə aid bizə çatan bütün məlumatlar həm də onun üstün əxlaqından xəbər verir. Peyğəmbərimizin (səv) şəmailinin izah edildiyi bu yazının hazırlanmasında məqsəd isə onun müxtəlif mənbələrdə qeyd edilən gözəl xüsusiyyətlərini tədqiq edib o zamandan dövrümüzə qədər nəticə çıxarmaqdır.
1. HİSSƏ
Peyğəmbərimizdə (səv) təzahür edən gözəlliklər
Peyğəmbərimizin səhabələri bu mübarək insanın xarici görünüşünün gözəlliyi, heyranedici heybətindən nuruna və duruşuna, gülüşünə qədər Allah`ın onda təzahür etdiyi müxtəlif gözəlliklər haqqında bir çox məlumatı bizlərə çatdırıblar. Sayca çox olan səhabələr bu gözəllikər haqqında müxtəlif məlumatlar vermiş, Peyğəmbərimizlə eyni zamanda yaşamayan müsəlmanlara Allah`ın Rəsulunu bir çox cəhətdən tanıtmışlar. Bəzi səhabələr Peyğəmbərimiz haqqında ümumi danışmış, bəziləri isə ətraflı məlumatlar vermişlər. Bunlardan bəziləri belədir:
Peyğəmbərimizin xarici görünüşü və gözəlliyi
Səhabaləri Peyğəmbərimizin gözəlliyini belə izah edir:
“Allah’ın Elçisi səllallahu əleyhi və səlləm çox yaraşıqlı və cazibədar idi. Mübarək üzü ayın on dördündəki bütöv ay kimi parlayırdı...Burnu çox gözəl idi...Gur saqqallı, iri gözlü, düz yanaqlı idi. Ağzı geniş, dişləri inci kimi parlaq...Boynu sanki bir gümüş silsiləsi idi...Kürəyi enli, çiyni böyük idi...” 66
Ənəs b. Malik (rə) izah edir:
“Rəsulullahın boyu nə çox uzun, nə də çox qısa idi. Bədəni də nə çox ağ, nə də qara idi. Saçları isə nə düz, nə də buruq idi. Qırx yaşı olanda Allah Təala Onu peyğəmbər olaraq göndərdi. Peyğəmbər olduqdan sonra Məkkədə 10 il, Mədinədə də 10 il qaldı və 60 yaşında vəfat etdi. Bu fani həyata vida edəndə saçında və saqqalında 20 tel belə ağ saç yox idi.” 67
“Rəsulullah (səv) ağ, gözəl ve mötədil (yavaş və mülayim, etidallı) idi.” 68
Ənəs ibn Malik (rə) izah edir:
“Peyğəmbərimiz (səv) orta boylu idi; uzun da deyildi, qısa da deyildi; xoş görünüşü var idi. Saçı isə nə buruq, nə də düz idi. Mübarək (İlahi xeyirin olduğu şey, bərəkətlənən, çoxalmış, xeyirli, uğurlu) üzünün rəngi isə nurani ağ idi.” 69
Bəra ibn Əzib (rə) belə deyir:
“... Rəsulallahdan daha gözəl birini görmədim. Çiyinlərinə qədər uzanan saçları var idi. İki çiyninin arası geniş idi. Boyu isə nə qısa idi, nə də uzun idi.” 70
Hz. Əlinin nəvəsi İbrahim ibn Muhəmməd (rə) belə deyir:
"Babam hz. Əli Peyğəmbərimizdən (səv) danışanda onu belə təsvir edərdi:
“Peyğəmbərimiz (səv) nə çox uzun, nə də çox qısa idi. O, orta boylu idi. Saçları nə buruq, nə də dümdüz idi, azca dalğalı idi. Mübarək üzünün rəngi qırmızıya çalan ağ, gözləri qara, kirpikləri sıx və uzun, çiyinləri iri idi... O, insanların ən səxavətlisi, ən dürüstü, ən mülayimi və ən dostcanlısı idi. Onu anidən görənlər onun heybəti qarşısında çox həyəcanlanırdılar, üstün əxlaqına bələd olan həmsöhbətləri onu hər şeydən çox sevirdilər. Onun üstünlüklərini və gözəlliklərini tanıtmağa çalışanlar “mən həm ondan əvvəl, həm ondan sonra onun kimi birini görmədim” deyərəl öz acizliklərini etiraf edirdilər. Allah`ın salat və salamı onun üzərinə olsun.” 71
Hz. Həsən (rə) belə deyir:
“Rəsulullah yaradılışdan heybətli və möhtəşəm idi. Mübarək üzü bütöv ay kimi nur saçırdı. Orta boyludan uzun, azca uzun insanlardan qısa idi. Saçları nə buruq idi, nə də düz. Əgər öz-özlüyündə ikiyə ayrılıblarsa, onları başının iki yanına salar, elə deyilsə ayırmazdı. Uzadanda saçları qulağından aşağı keçərdi. Peyğəmbərimizin (səv) rəngi əzhərül-ləvn (çox ağ və parlaq rəng) idi, yəni nurani ağ idi. Alnı açıq idi, qaşları ayparaya bənzəyirdi, gur və bir-birinə yaxın idi. Boynu xalis mərmərdən düzəldilən heykəllərin boynu kimi şəffaf idi. Bədəninin bütün əzaları bir-biri ilə uyğun, yaraşıqlı idi...” 72
Əbu Hüreyrə (rə) deyir:
“Həzrəti Peyğəmbər (səv) sanki gümüşdən yaradılmış kimi nurlu, ağ, saçları da azca dalğalı idi.” 73
“Əfəndimiz (səv) ağ və çəhrayı qarışıq rəngdə idi. Gözləri qara, kirpikləri sıx və uzun idi.” 74
“Allah Rəsulunun alnı geniş, qaşları aypara şəklində və gur idi. Qaşlarının arası açıq olub xalis bir gümüş kimi parlayırdı. Gözləri çox gözəl, bəbəkləri qapqara idi. Kirpikləri bir-birinə keçəcək şəkildə gur idi...Güləndə dişləri şimşək kimi parıldayırdı. Dodaqları çox gözəl idi...saqqalı gur idi. Boyu normal idi, nə uzun, nə qısa idi. Boynunun açıq qismi qızıl ərintili gümüş kuzə kimi parıldayırdı. Gümüşün ağını və qızılın da qırmızısını əks etdirirdi…Geniş sinəsi güzgünü, rəngi isə ayı xatırladırdı... Çiyinləri geniş, qolları və bazuları iri idi. Ovucları ipəkdən daha yumşaq idi.” 75
Peyğəmbərin (səv) hicrəti zamanı çadırını ziyarət etdiyi Ümmü Məbəd adlı comərdliyi, iffəti və cəsarəti ilə tanınan biri onu tanımırdı. Ancaq Peyğəmbərimizi (səv) eşitdiklərindən tanıyan yoldaşına onu belə təsvir etmişdir:
“Nur üzlü və gözəl yaradılışlı idi, zəif və incə də deyildi. Gözlərinin qarası və ağı bir-birindən yaxşıca ayrılmışdı. Saçı, kirpiyi və bığları gur idi. Səsi qalın idi. Susanda təmkinli (ciddilik, həlim və heybətli hal yaranardı), danışanda heybətli idi. Uzaqdan baxanda insanların ən gözəli və ən sevimlisi görünüşündə; yaxından baxılanda da şirin və xoş bir görünüşü vardı. Çox şirin danışırdı. Orta boylu idi, baxan kimsə nə qısa, nə də uzun olduğunu hiss edərdi. Üç adamın arasında ən gözəl görünəni və nur üzlüsü idi. Dostları həmişə onun ətrafına yığışaraq qulaq asardılar. Bir şey buyuranda da dərhal buyruğunu yerinə yetirərdilər. Danışığı dəqiq və qərarlı idi.” 76
Onu görənlərin dediyi kimi, Peyğəmbərimiz (səv) çox yaraşıqlı, görənlərin nəfəsini kəsəcək qədər gözəl üzlü və gözəl əndamlı idi. Həmçinin idmançı və göz qamaşdıran fiziki quruluşu var idi və çox qüvvətli idi.
66-Böyük Hədis Külliyatı, Cəmül-fevaid min Camiil-üsul ve Məcmaiz-zəvaid, İmam Məhəmməd Bin Muhəmməd bin Süleyman ər-Rudani, 5-cü cild, İz nəşriyyatı, s. 31
67- Sünən-i Tirmizi Tərcüməsi, Tərcümə edən: Osman Zəki Mollaməhmədoğlu, Yunus Emrə Nəşriyyatı, İstanbul, 4-cü cild, s.201
68- Hz. Əbu Tufeyl (rə), G.Əhməd Ziyaüddin, Ramuz Əl Hədis, 1-ci cild, Qonca nəşriyyatı, İstanbul, 1997, 519/1
69- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 2-ci cild, Hilal nəşriyyatı, Ankara, 1976, s.7-8
70- Sünən-i Tirmizi Tərcüməsi, Tərcümə edən: Osman Zəki Mollaməhmədoğlu, Yunus Əmrə nəşriyyatı, İstanbul, IV cild, s. 210
71- Ət-Tirmizi İmam Əbu İsa Muhamməd, Şəmail-i Şərifə, 1-ci cild, Hilal nəşriyyatı, Ankara,1976, s.18-19
72- Ət-Tirmizi İmam Əbu İsa Muhamməd, Şəmail-i Şərifə, 1-ci cild, Hilal nəşriyyatı, Ankara, 1976, s. 18-22-23
73- Ət-Tirmizi İmam Əbu İsa Muhamməd, Şemail-i Şərifə, 1-ci cild, Hilal nəşriyyatı, Ankara, 1976, s. 28-29
74- Hz. Əli (rə), G.Əhməd Ziyaüddin, Ramuz Əl Hədis, 2-ci cild, Qonca nəşriyyatı, İstanbul, 1997, s. 519/4
75- Huccətül İslam İmam Qəzali, İhyau Ülumid-din, 2-ci cild, Tərcümə: Dr. Sidqi Güllə, Hüzur nəşriyyatı, İstanbul 1998, s. 820
76- İbni Səd, Təbəqət, I, 230-231; Təbərani, əl-Mucəmül-Kəbir, IV, 49, No: 3605, VII, 105, No: 6510; Hakim, əl-Müstədrək, III, 9-10; Beyhaki, Dəlailün-Nübüvvə, I, 276-284; İbn Asakir, Tarixi Mədinəti Duməşk, III, 314-336, prof. dr. Əli Yardım, Peyğəmbərimizin Şəmaili, Damla YayıneviNəşriyyatı, 3-cü Cild, İstanbul, 1998, s-48
2-ci HİSSƏ
Peyğəmbərimizin (səv) şəmaili
Osmanlı dövrünün tanınmış alimlərindən olan Əhməd Cövdət Paşa Peyğəmbərin təsvir edilən xüsusiyyətlərini qısaltmışdır. Bu çalışması “Qisasi-Ənbiya” adlı əsərinin IV hissəsində, “Bəzi Əvsaf-i Səniyyə-Muhəmmədiyyə” başlığı altında reallaşmışdır:
“... Mübarək cismi gözəl, əzası həmişə mütənasib (uyğun, aralarında müntəzəm bir nisbət olan), əndamı çox geniş, alnı, sinəsi və kürəyi enli, ovucları böyük, boynu uzun, yaraşıqlı və gümüş kimi saf, çiyinləri, qolları və baldırları iri və qalın, biləkləri, barmaqları uzun, əlləri və barmaqları qalın idi. Mübarək dərisi isə ipək kimi yumşaq idi.
Kamal-i etidal üzrə başı böyük, qaşları hilal, burnu cəlbedici, üzü oval idi.
Kirpikləri uzun, gözləri iri, qara və gözəl, iki qaşının arası açıq, lakin bir-birinə yaxın idi.
O, Nəbiyyi-i Müctəba (seçilmiş, qiymətli peyğəmbər), əzhərülləvn (rəngi nurlu, parlaq) idi, yəni nə ağ, nə də qaraşın idi. Gül qırmızısına mail (bənzər) ağ və nurani olub, mübarək üzündə nur parlayardı. Dişləri inci kimi abdar (parlaq) və tabdar (işıqlı, parlaq, dalğalı) olub, danışarkən ön dişlərindən nur saçılar; gülərkən, fəm-i səadəti (səadətli ağzı) lətif (mülayim, yumşaq, nəzakətli, gözəl) şimşək kimi ziyalar (işıqlar) saçaraq açılırdı... Aləm-i bəkaya (geridə qalanların dünyasını) rihlət (köçmək, ölmək) buyuranda saçı, saqqalı hələ təzə ağarmağa başlamışdı, başında bir az və saqqalında iyirmiyə yaxın ağ tük var idi.
Havassı (duyğular) fövqəladə kavi (möhkəm, qüvvətli) idi. Çox uzaqdan gələn səsləri eşidir və heç kimin görə bilməyəcəyi məsafədən görürdü. Xülasə, ən mükəmməl və müstəsna surətdə yaradılmış bir vücud-i məsud (xoşbəxt bədəni) və mübarək idi ... Onu qəflətən görən kimsəni sevgi bürüyərdi və onunla ülfət və musahabət (söhbətlər, görüşmələr) edən kimsə ona can-ü könüldən aşiq və mühib olardı. Əhli-i Fazla (kərəm, elm sahibi) dərəcələrinə görə ehtiram (hörmət) edərdi. Qohumlarına belə bir çox şeylər verərdi. Lakin onları özlərindən üstün (daha fəzilətli, daha layiq, daha yaxşı) olanların üzərinə təqdim etməzdi. Qulluqçularına xoş münasibət bəslərdi. Özü nə yeyər, nə geyinərdisə, onlara da onu yedirdər və geyindirərdi.
Sahi (comərd, əliaçıq, hərkəsə yaxşılıq etmək istəyən), kərim (hər şeyin ən yaxşısı, faydalısı), şəfiq (şəfqətli, bağışlayan, mərhəmətli), rəhim (bağışlayan), şəci (qəhrəman, igid) və həlim (mülayim) idi. Vədlərində sabit, sözündə sadıq idi. Əlhasıl (nəticəsi) hüsn-i əxlaqca (əxlaq gözəlliyi) ve əql-ü zəkavətcə (iti zehin baxımından) bütün insanlara faiq (üstün) və hər cür mədhü sənaya (tərifə) layiq idi.
Yeməkdə, geyinməkdə qədər-i zərurət (zəruri dərəcədə) ilə kifayətlənər və ziyadəsindən (ifratından) iba edərdi (çəkinərdi).” 77
Peyğəmbərimizin (səv) nübuvvət (peyğəmbərlik) möhürü
Allah hz. Məhəmmədi (səv) seçmiş və onun “peyğəmbərlərin sonuncusu” (Əhzab surəsi, 40) olduğunu bildirmişdir. Ondan sonra heç bir peyğəmbər göndərilməyəcəkdir. Quran isə insanlara hidayət rəhbəri kimi göndərilən ən sonuncu kitabdır. Allah Peyğəmbərimizin (səv) bu bənzərsiz bu xüsusiyyətini onun mübarək bədənində bir izlə əks etdirmişdir.
İslam qaynaqlarında və rəvayətlərdə Peyğəmbərimizin (səv) kürək sümükləri arasında olan bu işarəyə “peyğəmbərlik möhürü” deyilir. Peyğəmbərimizin (səv) möhürünə bənzər peyğəmbərlik işarələrinin digər peyğəmbərlərdə də olması, amma Peyğəmbərimizinkinin (səv) daha fərqli olduğunu əl-Müstədrək tərəfindən Vəhb b. Münəbbihdən (rə) belə bildirmişdir:
“… Allah heç bir peyğəmbər göndərməmişdir ki, onun sağ əlində peyğəmbərlik xalı (şamətün-nübuvvə) olmamış olsun. Amma bizim peyğəmbərimiz Muhəmməd (səv) istisnalıq təşkil edir. Çünki Onun peyğəmbərlik xalı (sağ əlində deyil), kürək sümükləri arasındadır. Peyğəmbərimizdən (səv) bu haqda soruşduqda: “Kürək sümüyüm arasında olan bu xal məndən əvvəlki peyğəmbərlərin xalı kimidir ...” 78
Cabir ibn Səmürə (ra) belə bildirir:
“Mən Rəsulullahın kürək sümükləri arasında olan peyğəmbərlik möhürünü gördüm. O, göyərçin yumurtası böyüklüyündə qırmızıya çalan bir yumru idi.” 79
Hz. Əlinin nəvələrindən biri olan İbrahim ibn Muhəmməd (rə) belə deyir:
“Babam hz. Əli Peyğəmbərimizin (səv) xüsusiyyətlərini izah edərkən Rəsulullahın Hilyəsi (gözəl sifətlər, bəzək, zinət, cövhər, gözəl üz, surət, görünüş) haqqındakı hədisi uzun-uzun yada salar və: “Kürək sümükləri arasında peyğəmbərlik möhürü var idi və O, peyğəmbərlərin sonuncusudur” deyərdi. 80
Əbu Nadrə (rə) belə deyir:
“Səhabələrdən Əbu Səid əl-Hudridən Rəsulullah Əfəndimizin peyğəmbərlik möhürünün necə bir şey olduğunu soruşdum. Mübarək kürəyində gül tumurcuğu kimi bir ət parçası olduğunu söylədi.” 81
“İki kürəyi arasında peyğəmbərlik möhürü var idi. Bu möhür sağ çiyninə daha yaxın idi.” 82
Muhəmməd ibn Müsənna, Muhəmməd ibn Hazm, Şubə Simakda (rə):
“Cabir İbn-i Səmurənin belə dediyini eşitdim: “Allah`ın Rəsulu (səv) kürəyində möhür gördüm: göyərçin yuvası kimi.” 83
77- Əhməd Cövdət Paşa, Qisas-i Ənbiya, IV Hissə, Kanaat mətbəəsi, İstanbul 1331, s. 364-365
78- Tirmizinin Şəmail adlı kitabının tərcüməsindən, Pr. Dr. Əli Yardım, Peyğəmbərimizin (səv) Şəmaili, Damla mətbəəsi 3-cü Cild, İstanbul, 1998, s. 73
79- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şemail-i Şərifə, 1-ci cild, Hilal nəşriyyatı Ankara,1976, s. 36
80- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şemail-i Şərifə, 1-ci cild, Hilal nəşriyyatı, Ankara, 1976, s. 38
81- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Hilal nəşriyyatı, Ankara, 1976, s. 42
82- Hüccətül İslam İmam Qəzali, Əhya-u Ulumid-din, 2-ci cild, tərcümə: dr.Sidqi Güllə, Huzur nəşriyyatı, İstanbul 1998, s. 820
83- Ət-Tirmizi İmam Əbu İsa Məhəmmd, Şəmail-i Şərifə, 1-ci cild, Hilal nəşriyyatı, Ankara, 1976, s. 36
3-cü HİSSƏ
Peyğəmbərin (səv) saçı, saqqalı və geyim tərzi
Peyğəmbərimizin (səv) saçı
Peyğəmbərimizin (səv) saçının uzunluğu ilə əlaqədar müxtəlif məlumatlar var. Verilən məlumatlar arasında belə müxtəlifliyin olması isə təbiidir, çünki bu məlumatları nəql edənlər Peyğəmbərimizi fərqli zamanlarda gördükləri üçün saçının uzunluğu da fərqli ola bilər. Ancaq bu məlumatlardan aydın olur ki, Peyğəmbərimiz (səv) saçını ən qısa qulağına qədər, ən çoxu isə çiyinlərinə qədər uzatmıştır. Ənəs ibn Malik (rə) deyir:
“Həzrəti Peyğəmbərin (səv) saçları qulaqlarının orta xəttinə qədər uzanmışdı.” 84
Həzrəti Aişə (rə) anamız deyir:
"Allah Rəsulunun mübarək saçları qulaqları və çiyinləri arasında idi. Allah`ın salat ve salamı üzərinə olsun."85
Bəra ibn Əzib (rə) deyir:
“Peyğəmbərimiz (səv) orta boylu idi. Çiyinləri da geniş idi. Saçları ise qulağını örtürdü.” 86
Əbu Talibin qızı ümmü Hani (rə) deyir:
“Rəsulallah Əfəndimiz Məkkəyə gələndə evimizə gəlmişdi. Həmin vaxt mübarək başında 4 hörük var idi.” 87
Peyğəmbərimizin (səv) saçlarına ve saqqalına qulluğu
Peyğəmbərimiz (səv) təmizliyə çok əhəmiyyət verdiyi üçün saç ve saqqalına əsaslı qulluq etmişdir. Bəzi mənbələrdə onun yanında həmişə daraq, misvaq, qayçı, sürmədan kimi əşyaların olduğu bildirilir. 88
Peyğəmbərimiz (səv) əshabına da bunu tövsiyyə edib və “kim saçını uzadırsa, ona qulluq etsin” 89 deyə buyurub. Peyğəmbərimizin saçı və saqqalı ilə bağlı verilən digər məlumatlar belədir:
Hz. Adda ibn Xaliddən (rə) :
“Mübarək saqqalı çox gözəl idi.” 90
Hz. Aişə (rə) anamız deyir:
“Rəsul-i Əkrəm (səv)…saçlarını darayıb yağlayanda…” 91
Simak ibn Harb (rə) məlumat verir:
"Cabir ibn Səmürədən eşitdim. Ona həzrəti Peyğəmbərin (səv) saçlarının ağlığı haqqında soruşurdu. O isə: “Mübarək saçını yağlayanda saçlarının ağı bilinmirdi, ancaq saçını yağlamayanda ağları görünürdü” 92 dedi.
Peyğəmbərimizin (səv) xarici görünüşünə və təmizliyinə qarşı diqqətcilliyi digər müsəlmanlara da nümunə olmuşdur. Bir rəvayətdə Peyğəmbərimizin (səv) bununla bağlı davranışı belə bildirilir:
“Bir gün Peyğəmbər (səv) səhabələrinin yanına gəldikdə küpədəki suya baxaraq sarığını və saqqalını düzəltdi və belə dedi: Qardaş və bacılarının yanına gedəndə qulunun qardaşları üçün bəzənməsini Allah sevir.” 93
Peyğəmbərimizin (səv) geyim tərzi
Peyğəmbərimizin (səv) geyimi haqqında da səhabələr çoxlu məlumatlar veriblər. Bununla yanaşı, Peyğəmbərimizin (səv) möminlərə necə geyinməli olduğu ilə bağlı tövsiyyələri də onun bu mövzuya nə qədər diqqət yetirdiyini sübut edir. Məsələn, Peyğəmbərimiz (səv) bir hədisdə belə buyurur:
“Allah gözəldir, gözəlliyi sevir, gözəl geyinmək təkəbbür deyil, təkəbbür (sahib olduğu neməti özündən bilmək) haqqı inkar etmək, xalqı xor görməkdir” 94
“Allah gözəldir, gözəli sevər və quluna verdiyi nemətin gözəlliyini onun üzərində görməyi sevir” 95
Peyğəmbərimizin nəvəsi həzrəti Həsən onun geyimi haqqında belə demişdir:
“Peyğəmbərimiz (səv) bizə əlinizdə olan geyimlərin ən gözəlini geyinməyimizi və ən yaxşı ətirlərdən istifadə etməyimizi buyurdu” 96
Bu barədə Peyğəmbərimizin (səv) başqa hədisi belədir:
“Ey möminlər! Könlünüz istədiyini yeyin, için, geyinin və Allah yolunda sərf edin. Ancaq israf etməyin və təkəbbürlənməyin.” 97
Peyğəmbərimiz, səhabələrindən biri xarici görünüşünə əhəmiyyət verməsə və yaxud baxımsız olsa, ona dərhal xəbərdarlıq edərdi.
Bu barədə bir rəvayəti Əbu Havas (rə) atasından belə nəql edir:
“Üzərində sadə paltar olsa da, Rəsulallah əleyhissalatu vəsəlləmin yanına gəlmişdim. Mənə “sənin malın yoxdur?” deyə soruşdu. “Bəli var”-deyə cavab verəndə “Hansı növ maldan?” deyə soruşdu. “Hər növ maldan Allah mənə verib”- dedim və o isə “Allah sənə bir mal verəndə Allah`ın bu nemətinin görüntüsü və fəziləti sənin üzərində görünməlidir” deyə buyurdu.” 98
Buna bənzər başqa bir hadisəni isə hz. Cabir (rə) belə bildirir:
“Rəsulallah (səv) minik heyvanlarımızı qoruyan bir adamımızı gördü. Əynində köhnə geyim var idi. “Onun bu köhnə geyimdən başqa geyimi yoxdur?”- deyə soruşdu. “Bəli var” dedim. “Paltar torbasında iki paltarı da var. Mən onları geyindirmişdim”, o isə “Elə isə çağır onu, bunları geyinsin” deyə əmr etdi. (çağırdım, əmri nəbəvini dedim) o da onları geyindi. O gedəndə: “Niyə bu yeniləri geyinmir, bu daha qəşəngdir” deyə buyurdu. 99
Peyğəmbərimizin (səv) geyim tərzi ilə əlaqədar səhabələrin verdiyi məlumatlardan bəziləri isə bunlardır:
İbni Abbas (rə) deyir:
“Mən Rəsulallah əleyhissalatu vəsəlləm üzərində ən gözəl paltarı gördüm.” 100
Ümmü Sələmə (rə) deyir:
“Peyğəmbərin (səv) ən çox sevdiyi paltar köynək idi.” 101
Səhabələrdən Qurrə (rə) deyir:
“Mən, beyət etmək üçün Müzeynə qəbiləsindən bir qrup insanla birlikdə Rəsulallahın hüzuruna çıxdım. Peyğəmbərimizin köynəyinin yaxası düyməli olduğu üçün ...” 102
Ənəs ibn Malik (rə) belə deyir:
“Peyğəmbərimiz (səv) geyindiyi paltarlar içərisində Hibərə-i Yəmanini çox sevirdi”. 103
(Hibərə Yəməndə toxunan pambıqdan qırmızı çubuqlu yaşıl bir geyim. Köhnələrin “alaca” dedikləri naxışlı parçalar üçün işlədilən bir ifadədir. Bu da parçanın düz deyil, naxışlı olduğunu və bir neçə rəngdən yarandığını göstərir. 103
Əl-Bəra ibn Azib (rə) deyir:
“Qırmızı naxışlı paltarın Peyğəmbərimiz (səv) qədər başqa birinə yaraşdığını görmədim. Bu paltarla Rəsulullahı (səv) görəndə saçı çiyinlərinə dəyəcək qədər uzanmışdı.” 104
Səmurə ibn Cündüb (rə) rəvayət edir:
“Həzrəti Peyğəmbər (səv): “Ağ paltar geyinin. Çünki o, son dərəcə təmiz və xoşdur”- deyə buyurmuşdur.” 105
Hz. Aişə (rə) buyurur:
“Rəsulullah Əfəndimiz bir səhər üstündə qara yundan toxunmuş bir izar (pəştəmal, Futa, sinədən aşağı örtülən paltarlar) olduğu halda evindən çölə çıxmışdı”. 106
Peyğəmbərimizin (səv) üst geyimi
Əsas ibn Süleym (rə) deyir:
“Mənə bibi dedi. Ona da əmisi deyib. Bibimin əmisi demişdi ki: Bir gün Mədinə küçələrində izarımı (beldən aşağı geyinilən geyim) sürüyərək gedirdim. Bu zaman arxamdan bir səs eşitdim: “İzarını yuxarı qaldır. Çünki izarın yerdə sürünməməsi onun daha təmiz qalmasına və möhkəm olmasına səbəb olar” -deyirdi. Çevrilib baxanda bu sözləri söyləyənin Rəsulullah (səv) olduğunu gördüm.” 107
Sələmə ibn Əl-Əkvadan (rə):
“Hz. Osman uzunluğu ayaqlarının yarısına qədər çatan bir izar geyinir və “Yoldaşımın, yəni Rəsulullahın (səv) izarı da eynilə belə idi” deyirdi. 108
84- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Hilal nəşrləri, Ankara,1976, s. 49
85- Ət-Tirmizi İmam Əbu İsa Muhammed, Şemail-i Şərifə, 1-ci cild, Hilal nəşrləri, Ankara, 1976, s. 50
86- Et-Tirmizi İmam Əbu İsa Muhammed, Şəmail-i Şərifə, 1-ci cild, Hilal nəşrləri, Ankara, 1976, s. 50
87- Ət-Tirmizi İmam Əbu İsa Muhammed, Şəmail-i Şərifə, 1-ci cild, Hilal nəşrləri, Ankara,1976, s. 51
88- Əli əl-Kari, Cemul-Vəsail fi Şerhiş- Şemail, İstanbul, s. 96-97
89- Əbu Davud, Sünen, IV, 74, No: 4062
90- G.Ahmed Ziyaüddin, Ramuz Əl Hadis, 2-ci cild, Gonca nəşriyyatı, İstanbul, 1997, 519/16
91- Ət-Tirmizi İmam Ebu İsa Məhəmmədd, Şəmail-i Şərifə, 1-ci cild, Hilal nəşrləri, Ankara, 1976, s. 58
92- İbn Adiyyə əl-Kamil, Huccetül İslam İmam Qəzali, İhyau Ulumid-din, 3-cü cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur nəşriyyatı, İstanbul 1998, s. 679
93- İbn Adiyyə əl-Kamil; Huccetül İslam İmam Gazali, İhyau Ulumid-din, 3-cü cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 679
94- Kütüb-i Sitte, Muhtasarı, tərcümə ve şərhi, prof. Dr. İbrahim Canan, 7-cü cild, Akçağ nəşrləri, Ankara, s. 208
95- Kütüb-i Sitte, Muhtasarı Tərcüme ve şərhi, Prof. Dr. İbrahim Canan, 7-ci cild, Akçağ nəşrləri, Ankara, s. 208
96- Buxari, ət-Tarihul-Kəbir, I, 382, No:1222
97- Buxari, el-Camius-Sahih, VII, 33; İbn Mace, Sünen, II, 1192, No: 3605
98- Nesai, Zinet 83, (8, 196), prof. dr. Əli Yardım, Peyğəmbərimizin (səv) Şəmaili, Damla nəşriyyatı, 3-cü nəşr , İstanbul, 1998, s. 119
99- Muvatta, Libas 1, (2, 910); Kütüb-i Sitte, Muhtasarı tərcümə ve şərhi, Prof. Dr. İbrahim Canan, 15-ci cild, Akçağ nəşrləri, Ankara, s. 64-65
100- Əbu Davud, Libas 8, (4037); Kütüb-i Sitte, Muhtasarı, tərcümə ve şərhi, prof. dr. İbrahim Canan, 15. cilt, Akçağ nəşrləri, Ankara, s.69
101- Ət-Tirmizi İmam Ebu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Hilal nəşrləri, Ankara, 1976, s. 85
102- Ət-Tirmizi İmam Ebu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Hilal nəşrləri, Ankara, 1976, s. 88
103- Sünen-i Tirmizi, tərcüməsi: Osman Zeki Mollamehmetoğlu, Yunus Emre nəşriyyatı, İstanbul, 3-cü cild, s. 283
104- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Hilal nəşrləri, Ankara, 1976, s. 94
105- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd Şəmail-i Şərifə, 1-ci cild, Hilal nəşrləri, Ankara, 1976, s.98
106- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Hilal nəşrləri, Ankara, 1976, s.99
107- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Hilal nəşrləri, Ankara, 1976, s.154
108- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Hilal nəşrləri, Ankara, 1976, s.155
Peyğəmbərimizin (səv) üzüyü və möhürü
Ənəs ibn Malik (rə) bildirir:
“Peyğəmbərimizin (səv) Mühr-i Şərif (şərəfli, mübarək möhür) gümüşdən hazırlanmışdı. Qaşı isə Həbəşistan daşından idi.”
Rəsulullah xarici dövlət nümayəndələrinə məktub yazanda möhür üzük hazırlanmasını buyurdu.
“Peyğəmbərimizin (səv) barmağındakı üzüyün parıltısı hələ də gözümün qarşısındadır.”
“Peyğəmbərimizin (səv) mübarək möhürünün qaşına üç sətirdə “Muhəmməd Rəsulullah” ifadəsi yazılmışdı. Birinci sətirdə “Muhəmməd”, ikinci sətirdə “Rəsul”, üçüncü sətirdə isə “Allah” sözləri yazılmışdı.” 109
Peyğəmbərimizin (səv) yeriş tərzi
Əbu Hüreyrə (rə) belə deyir:
“Mən Rəsulullah Əfəndimizdən daha gözəl birini görmədim. Sanki günəş onun mübarək üzündə parlayırdı. Peyğəmbərimizdən (səv) daha sürətli gedən birini də görmədim. Yeriyərkən yer üzü ayaqları altında sanki axırdı. Biz ardınca gedərkən geridə qalmamaq üçün böyük səy göstərərdik.” 110
Hz. Əlinin nəvələrindən İbrahim ibn Muhəmməd (rə) “Babam hz. Əli Rəsulullahı təsvir edərkən belə deyirdi: “Rəsulullah gedərkən sanki yoxuşdan aşağı enərcəsinə, ayaqlarını sərt qaldırırdı” 111 deyərək Peyğəmbərimizin (səv) rahat yeriş tərzi olduğunu bildirmişdir.
Hz. Yezid ibn Mirsad (rə) isə belə demişdir:
"Yeridiyi zaman təmkinli, lakin sürətlə gedərdi. Yanındakılar ona çata bilməzdi." 112
Hz. Əbu Ətabə belə demişdir:
“Yeriyərkən qüvvətli addımlarla gedirdi.” 113
“... Gedərkən ayaqlarını yerdən bir az qaldırıb, qarşıya azca əyilərək yeriyərdi. Ayaqlarını səs çıxarıb toz qaldıracaq şəkildə yerə sərt vurmazdı. Addımlarını uzun və ardıcıl atmaqla birlikdə sakit və ciddiyyətlə yeriyərdi. Gedərkən sanki maili və kələ-kötür bir yerdən enirmiş təəssüratını yaradardı. Bir tərəfə çevrilib baxdıqda bütün vücudu ilə bərabər çevrilərdi. Təsadüfi sağa-sola baxmazdı. Yuxarı baxmaqdan çox yerə baxardı. Gözucu baxardı. Səhabələri ilə birlikdə gedərkən onları önə keçirər, özü arxada gələrdi. Yolda qarşılaşdığı insanlara onlardan əvvəl salam verərdi.” 114
"Həmişə hərəkətı ölçüsündə idi. Bir yerə gedəndə tələsik və sağa, sola baxmayıb, kamal-i vəkar (ciddiyyətli) şəkildə düz yolu ilə gedər və lakin sürət (sürətli) və sühulət (asanlıqla) ilə gedərdi . Belə ki, sanki gedirmiş kimi görünür, lakin yanındakılar sürətlə getdikləri halda ondan geridə qalırdılar.”115
Peyğəmbərimizin (səv) oturuş tərzi
Qaylə binti Mahrəmə Kaylə (rə) belə deyir:
“Rəsulullahı (səv) sonsuz bir mahviyət (təvazökarlıq) və təvazökarlıqla oturarkən görəndə heybətindən bədənim titrəməyə başladı.”116
Cabir ibn Səmürə (rə):
“Mən Peyğəmbərimizi (səv) sol tərəfinə qoyulmuş bir yastığa söykənmiş vəziyyətdə gördüm.” 117
Peyğəmbərimizin (səv) danışıq tərzi
Peyğəmbərimiz (səv) təsirli üslubu, hikmətli və qəti sözlülüyü ilə tanınan insan idi. Onun təbliği insanlar üzərində çox böyük təsir yaradır, söhbətindən hər kəs çox zövq alırdı. Səhabələrdən bizlərə gəlib çatan müxtəlif rəvayətlər də onun bu xüsusiyyətini ortaya çıxarır. Onlardan biri belədir:
“Allah Elçisi insanların ən bəlağətlisi (bəlağətli kimsə, məramını nöqsansız və gözəl sözlərlə izah edə bilən, kifayət qədər olan, yetərli olan), ən düzgün danışanı və ən şirinsözlü olanı idi! O, belə deyirdi: “Mən Ərəbistanın ən fasihiyəm (qüsursuz danışan, açıq və gözəl danışan).” 118
Hz. Aişə (ra) Rəsulullahın (səv) sözlərini belə ifadə edir:
“O, sizlərin danışdığınız kimi sözləri tez tez və ard-arda deməzdi, sözləri az və özünəməxsusdu. Halbuki sizlər cümlələri bir-birinə əlavə edirsiniz.” 119
“Allah Rəsulu çox yığcam (qısa, xüsusi, az sözlə çox şey ifadə edən tərzdə) danışardı. Bu cür danışığını ona Allah Qatından Cəbrayıl gətirmişdi. Qısa cümlələrlə bütün məqsədini ifadə edirdi. Yığcam sözlü cümlələr söyləyərdi, sözlərində nə çoxluq, nə də əskiklik olardı. Sözləri ahəng içində bir-birini izləyər, arada fasilə verərdi və beləcə dinləyənləri sözlərini öyrənib əzbərləyərdilər. Səsi gur və şirin idi. Zəruri məqamlarda danışardı, pis sözlərdən uzaq idi. Hirsli və sakit zamanlarında (nəfsi üçün deyil, Allah’ın rizası üçün) həmişə haqqı söyləyərdi.
“Pis sözlər danışanlardan üz çevirirdi. Xoşlamadığı, pis hesab etdiyi bir sözü danışmaq məcburiyyətində qalanda onu dolayı yolla deyərdi.” 121
“O susanda yanındakılar danışardı. Yanında müzakirə aparılmırdı.” 122
“Səhabələrə çox gülümsəyərdi. Onların danışdıqlarını bəyənər, diqqətlə dinləyər, özünü onlardan biri hesab edərdi.” 123
Hz. Aişə (rə) belə deyir:
“Mübarək kəlamları seçmə idi. Hər dinləyən onu başa düşürdü.” 124
Hz. Əbu Ümamə (rə):
“İnsanların ən gülərüzü və seviləni idi.” 125
Hz. Ənəs (rə) bildirmişdir:
“Əfəndimiz (səv) xalqın ən zarafatcılı (xoş söz, zarafat, yumorla kompliment deyəni) idi.” 126
Peyğəmbərimizin (səv) gözəl qoxusu
Peyğəmbərimiz (səv) təmizliyə çox əhəmiyyət verərdi. Davamlı tərtəmiz, xoş və gözəl ətir saçar, müsəlmanlara da təmizliyi tövsiyə edərdi. Səhabələrin bildirdiyi məlumatlarda Peyğəmbərimizin (səv) bu gözəl xüsusiyyəti haqqında təfsilatlar verilir. Bunlardan bəziləri bunlardır:
Ənəs ibn Malik (rə) belə deyir:
“Rəsulullah Mədinə küçələrinin birindən keçdikdə onun gözəl qoxusu dərhal hiss edildiyinə görə camaat o yoldan həzrəti Peyğəmbərin (səv) keçdiyini deyərdilər. Bizlər Peyğəmbərimizin (səv) gəlişini qoxusunun gözəlliyindən anlayardıq.” 127
İbn-i Əbi Adi, Humeyd, Ənəs (rə):
“Rəsulullahın (səv) əlindən daha yumşaq bir yun parçasına, nə də bir ipəyə toxunmamışam. Rəsulullahın (səv) qoxusundan daha gözəl qoxunu da qoxulamamışam.” 128
Muaz ibn Hişam (rə) atasından, Qatadə, Ənəsdən belə rəvayət etmişdir:
“Rəsulullah (sav) gözəl qoxusu ilə tanınırdı. Rəsulullah (sav) gözəl idi. Qoxusu da gözəl idi. Bununla yanaşı ətiri sevərdi.” 129
“Cismi nəzif (təmiz), qoxusu lətif (xoş) idi. Ətir istifadə etsə də, etməsə də, bədənindən ən gözəl qoxular gələrdi. Kimsə onunla musafaha (əl verib görüşmək, qucaqlaşmaq, sevgisini bildirmək) etsə, bütün gün onun rayiha- i tayyibəsini (təmiz qoxusunu) duyardı və mübarək əli ilə bir uşağın başına məsh çəksə, rahiya-i Tayyibəsi ilə (təmiz qoxusu ilə) o uşaq digər uşaqlar arasında bəlli (bilinərdi) olardı.” 130
109- Tirmizi İmam Ebu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Hilal nəşrləri Ankara, 1976, s.114-117
110- Tirmizi İmam Ebu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Hilal nəşrləri, Ankara, 1976, s.157
111- Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Hilal nəşrləri, Ankara, 1976, s.158
112- G.Əhməd Ziyaüddin, Ramuz Əl Hədis, 2-cü cild, Gonca nəşriyyatı, İstanbul, 1997, 541/1
113- G.Əhməd Ziyaüddin, Ramuz Əl Hadis, 2-cü cild, Gonca nəşriyyatı, İstanbul, 1997, 541/2
114- Tirmizinin “Şəmail” adlı kitabının tərcüməsindən, prof. dr. Əli Yardım, Peyğəmbərimizin (səv) Şəmaili, Damla nəşriyyatı, 3-cü nəşr, İstanbul, 1998, s. 66-67
115- Əhməd Cövdət Paşa, Kısas-ı Ənbiya, IV Cüz, Kanaat Mətbuatı, İstanbul 1331, s. 364-365; Prof. Dr. Ali Yardım, Peyğəmbərimizin (səv) Şəmaili, Damla nəşriyyatı, 3-cü nəşr, İstanbul, 1998, s. 51
116- Tirmizi İmam Əbu İsa Məhəmmədd, Şəmail-i Şərifə, 1-ci cild, Hilal nəşrləri, Ankara, 1976, s. 160
117- Et-Tirmizi İmam Əbu İsa Muhammed, Şəmail-i Şərifə, 1-ci cild, Hilal nəşrləri, Ankara, 1976, s.163
118- Tabərani, Hakim; Huccətül İslam İmam Qəzali, İhyau Ulumid-din, 2-ci cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur nəşriyyatı, İstanbul 1998, s. 800,
119- Əl Fevaid, Huccətül İslam İmam Qəzali, İhyau Ulumid-din, 2-ci cild. Tərcümə: Dr. Sıtkı Gülle, Huzur nəşriyyatı, İstanbul 1998, s. 800
120- Əbu Davud, Huccətül İslam İmam Qəzali, İhyau Ulumid-din, 2-ci cild. Tərcümə: Dr. Sıtkı Gülle, Huzur nəşriyyatı, İstanbul 1998, s. 800
121- Buxari, Huccətül İslam İmam Qəzali, İhyau Ulumid-din, 2-ci cild. Tərcümə: Dr. Sıtkı Gülle, Huzur nəşriyyatı İstanbul 1998, s. 800
122- Tirmizi, Huccətül İslam İmam Qəzali, İhyau Ulumid-din, 2-ci cild. Tərcümə: Dr. Sıtkı Gülle, Huzur nəşriyyatı, İstanbul 1998, s. 800
123- Tirmizi, Huccətül İslam İmam Qəzali İhyau Ulumid-din, 2-ci cild. Tərcümə: Dr. Sıtkı Gülle, Huzur nəşriyyatı, İstanbul 1998, s. 800
124- G.Əhməd Ziyaüddin, Ramuz Əl Hadis, 2-ci cild, Gonca nəşriyyatı, İstanbul, 1997, 521/4
125- G.Ahmed Ziyaüddin, Ramuz Əl Hadis, 2-ci cild, Gonca nəşriyyatı, İstanbul, 1997, 545/4
126- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2-ci cild, Gonca nəşriyyat, İstanbul, 1997, 545/5
127- İbn Sad Tabakat, I, 398-399; Məcməuz Zevaid, VIII, 282; əl-Mətalibül-Aliyə, IV , 25; Behcətül Məhafil, II, 254, Prof. Dr. Əli Yardım, Peyğəmbərimizin (səv) Şəmaili, Damla nəşriyyatıi, 3-cü nəşr, İstanbul, 1998, s.280
128- Buxari, 1/503, Müslim, 2/257, İbn-i Kəsir Peyğəmbərimizin (səv) Şəmaili, Möcizeleri, Çelik nəşriyyatı, s. 46
129- İbn-i Kəsir, Prof. Dr. Əli Yardım, Peyğəmbərimizin (səv) Şəmaili, Damla nəşriyyatı, 3-cü nəşr, İstanbul, 1998, s. 51
130- Əhməd Cövdət Paşa, Kısas-ı Ənbiya, IV Cüz, Kanaat nəşriyyatı, İstanbul 1331, s.364-365
5-ci bölüm
Peyğəmbərimizin (səv) sevdiyi yeməklər
“Çox isti yeməyi sevməzdi.” 131
“Ən çox xoşladığı yemək ət idi.” 132
“Balqabağı çox sevərdi.”133
“Ovlanan quş ətlərini yeyərdi.” 134
“Xurmalardan acvə xurmasını sevərdi.” 135
Hz. Aişə (rə) Peyğəmbərimizin (səv) sevdiyi yeməklərlə bağlı bunları söyləmişdir:
“Şirin və balı sevirdi.” 136
“Həzrəti Peyğəmbərin (səv) yediyi yeməklərin bir qismi belə sıralana bilər: Qoyunun ön qolu və kürək əti, kotlet, kabab, toyuq, toy quşu, ət şorbası, tirit (çörək parçası), balqabaq, zeytun yağı, qovun, halva, bal, xurma, çuğundur, ənbər balığı...” 137
Hz. Aişə (rə) bunları da bildirmişdir:
“Qovun, qarpızı yaş xurma ilə yeyirdi.” 138
Hz. Cabirdən (rə):
“Təzə xurma və yemiş çox yeyirdi və “bunlar gözəl meyvədir” deyirdi.” 139
“Heç bir zaman bir yeməyi pisləməmişdir. Xoşuna gələrsə yeyər, gəlməzsə yeməzdi. Xoşuna gəlməzdisə, başqalarına pisləməzdi.”140
Peyğəmbərimizin (səv) sevdiyi bəzi yeməklər üçün söylədiyi sözlərdən bir qismi isə belədir:
“Ətin ən gözəl yeri bel ətidir.” 141
“Sirkə nə gözəl nemətdir” 142
“Göbələk qüdrət halvasıdır.” 143
“Sinaməki və sənnut (kərə yağı tulumuna qoyulan bal) yeməyə davam edin. Çünki bu iki şeydə samdan (ölümdən) başqa hər xəstəliyə, şübhəsiz, şəfa vardır.” 144
“Zeytun yağını yeyin və istifadə edin. Çünki bu yağ mübarəkdir.” 145
Peyğəmbərimizin (səv) sevdiyi içkilər
Hz. Aişə (rə) bildirir:
“Şirin və soyuq şərbəti sevirdi.” 146
“Peyğəmbərimiz (səv) bal şərbətini, xurma və quru üzüm şirəsi kimi içkiləri sevirdi.”147
“Peyğəmbərin (səv) ən çox sevdiyi içki soyuq, şirin şərbətlər idi.” 148
“Şərbətlər içində ən çox bal şərbətini sevirdi.”149
“İçkilərdən ən çox südü sevirdi.”150
Peyğəmbərimiz (səv) süd haqqında belə buyurub:
“Allah birinə yemək yedirdəndə o şəxs “Allah`ım bizə bu yeməyi bərəkətli et və bizə bundan xeyirli ruzi ver” deyə dua etsin. Allah birinə süd içirəndə də o şəxs “Allah`ım, biz bu südü bərəkətli et və bizə daha çox süd ver” deyə dua etsin. Çünki süddən başqa yeməyi və içkini əvəzləyən bir şey ola bilməz.” 151
Peyğəmbərimizin (səv) su haqqında dedikləri:
Peyğəmbərimiz (səv) xüsusilə səfər vaxtı əshabına su paylatdırırdı. Məsələn, bir səfəri zamanı bir yerdə durub və yanındakılardan su istəyib. Əlini və üzünü yuduqdan sonra sudan içib və yanındakı səhabələrinə də “siz də üzünüzə və boynunuza biraz su tökün.”152 demişdi
Allah`ın Rəsulu su içəndən sonra belə dua etmişdir:
“Rəhməti ilə suyu şirin yaradan, acı və duzlu yaratmayan Allah`a həmd olsun.” 153
Allah`ın Rəsulu başqa sözündə isə su haqqında belə buyurub:
“Allah suyu təmizləyici kimi yaradıb. Dadını, rəngini, ya da qoxusunu dəyişdirən maddələrdən başqa heç nə onu çirkləndirməz.” 154
Nəticə
Peyğəmbərimiz (səv) Allah`ın “…o, Allah`ın rəsulu və peyğəmbərlərin sonuncusudur.” (Əhzab surəsi, 40) ayəsi ilə bildirdiyi kimi insanlar üçün son peyğəmbər olaraq göndərilən Allah`ın ən son haqq Kitabını vəhy etdiyi, gözəl əxlaqı, təqvası, Alah`la yaxınlığı ilə insanlara nümunə etdiyi, Allah`ın dostu, Rəbbimizin Qatında üstünlüyü olan, möminlərin də dostu, ən yaxını və vəlisidir.
Allah “Həqiqətən Biz sənə ağır bir Söz (Quran) vəhy edəcəyik.”(Müzəmmil surəsi, 5) ayəsi ilə bildirdiyi kimi son peyğəmbər olan hz. Muhəmmədə (səv) mühüm öhdəlik vermişdir. Peyğəmbərimiz (səv) isə Allah`a olan güclü imanı ilə Allah`ın özünə verdiyi öhdəliyi ən gözəl tərzdə yerinə yetirmiş, insanları Allah`ın yoluna, hidayətə dəvət edib və bütün inananların yol göstərəni olmuşdur.
Peyğəmbərimizi (səv) görməsək də, Quran ayələrindən və hədislərdən gözəl davranışlarını, danışığını, gözəl əxlaqını tanıya bilərik. Ona bənzəmək, axirətdə onunla yaxın dost olmaq üçün bacardığımız qədər cəhd edə bilərik. Dövrümüzdə insanlar, xüsusilə, gənclər bir çox insanı özlərinə nümunə götürür, onların davranışlarını, danışıqlarını, geyim tərzlərini mənimsəyir, onlar kimi olmağa çalışırlar. Amma bu insanların əksəriyyəti doğru yolda deyillər və davranışları və əxlaqları da gözəl deyil. Bu səbəbdən insanları doğruya, ən gözəl əxlaqa və davranışa təşviq etmək mühüm məsuliyyətdir. Bir müsəlmanın davranışını, əxlaqını nümunə kimi götürməli olduğu şəxs hz. Muhəmməddir (səv).
“Allah’ın Elçisi sizlərə – Allah’a və Axirət gününə ümidini bağlayanlara və Allah’ı çox zikr edənlərə gözəl nümunədir.”(Əhzab surəsi, 21)
Peyğəmbərimiz (səv) kimi digər peyğəmbərlər də Allah`ın möminlər üçün nümunə etdiyi, Allah`ın razı qaldığı insanlardır. Allah Yusuf surəsində belə buyurur:
“Onların hekayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. (Bu Quran) uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir.”(Yusuf surəsi, 111)
Bu məqalənin hazırlanmasında məqsəd Peyğəmbərimizi (səv) tanıtmaq, onun əxlaqını nümunə götürən insanlardan ibarət olan bir cəmiyyətin nə qədər üstün xüsusiyyətlərə sahib olacağını göstərərək insanları Peyğəmbərimizin (səv) əxlaqına təşviq etməkdir.
Peyğəmbərimizin (səv) “Sizə iki şey buraxıram. Bunlara əməl etdiyiniz müddətdə yolunuzdan azmayacaqsınız: Allah`ın Kitabı və Rəsulunun sünnəti”. Hədisdə də bildirildiyi kimi, müsəlmanların ən əhəmiyyətli iki yol göstəricisi Quran və Peyğəmbərin (səv) sünnətidir.
Peyğəmbərimiz (səv) həm gözəl əxlaqı ilə insanlara nümunə olmuş, həm də insanları gözəl əxlaqlı olmağa çağırmışdır” 2 “mömin üçün ən mühüm şey gözəl əxlaqdır. İşi və sözü çirkin olan və həyasızca danışan birinə buğz edən Peyğəmbərimiz (səv) bir sözündə də “ruhumu qüdrəti altında saxlayan Allah`a and içirəm ki, cənnətə sadəcə gözəl əxlaqlılar girər” 3 demişdir.
131- Beyhaki, Hüccətül İslam İmam Qəzali, Əhyaü Ulumid-din, 2-cild, Tərcümə: Dr. Sidqi Güllə, Huzur nəşriyyatı, İstanbul 1998, s. 802
132- Əbbuşeyx, Hüccətül İslam İmam Qəzali, Əhyaü Ulumid-din, 2-ci cild, Tərcümə: Dr. Sidqi Güllə, Huzur nəşriyyatı, İstanbul 1998, s. 803
133- G.Əhməd Ziyaüddin, Ramuz Əl Hədis, 2. cild, Qonca nəşriyyatı, İstanbul, 1997, 552/7
134- Huccətül İslam İmam Qəzali, Ehyau Ülumid-din, 2-ci cild, Tərcümə: Dr. Sidqi Güllə, Huzur nəşriyyatı, İstanbul 1998, s. 803
135- Əbuşşeyx, Hüccetül İslam İmam Qəzali, Əhyaü Ulumid-din, 2-ci cild, Tərcümə: Dr. Sidqi Güllə, Huzur nəşriyatı, İstanbul 1998, s. 803
136- G.Əhməd Ziyaüddin, Ramuz Əl Hədis, 2-ci cild, Gonca nəşriyyatı, İstanbul, 1997, 552/11
137- Əbu Davud, III, 496-497, nö: 3840; Nəsai, VII, 207-209; Prof. Dr. Əli Yardım, Peyğəmbərimizin səmaili, Damla nəşriyyatı, 3-cü cild, İstanbul, 1998, s. 219
138- G.Əhməd Ziyaüddin, Ramuz Əl Hədis, 2-ci cild, Qonca nəşriyyatı, İstanbul, 1997, 552/5
139- G.Əhməd Ziyaüddin, Ramuz Əl Hədis, 2ci cild, Qonca nəşriyyatı, İstanbul, 1997, 549/1
140- Buxari ve Müslimdə eyni mənada rəvayətlər var. Hüccətül İslam, İmam Qəzzali, İhyaü Ulumid-din, 2ci cild, tərcümə: Dr. Sidqi Güllə, Huzur nəşriyyatı, İstanbul 1998, s. 804
141- Heydər Hatipoğlu, Sünən-i İbni Macə, tərcüməsi və şərhi, Kahraman nəşriyyatı, 9-cu cild, İstanbul 1983, s. 62
142- Heydər Hatipoğlu, Sünən-i İbni Macə, tərcüməsi və şərhi , Kahraman nəşriyyatı, 9-cu cild, İstanbul 1983, s. 70
143- Heydər Hatipoğlu, Sünən-i İbni Macə, tərcüməsi və şərhi, Kahraman nəşriyyatı, 9-cu cild, İstanbul 1983, s. 209
144- Heydər Hatipoğlu, Sünən-i İbni Macə, tərcüməsi və şərhi, Kahraman nəşriyyatı, 9-cu cild, İstanbul 1983, s. 213
145- Heydər Hatipoğlu,Sünən-i İbni Macə, tərcüməsi və şərhi, Kahraman nəşriyyatı, 9-cu cild, İstanbul 1983, s. 73
146- G.Əhməd Ziyaüddin, Ramuz Əl Hədis, 2-ci cild, Gonca nəşriyyatı, İstanbul, 1997, 521/15
147- Arızatül Ahzəvi Şərhu Sünənit Tirmizi, VIII, 89-90, Prof. Dr. Əli Yardım, Peyğəmbərimizin (səv) Şəmaili, Damla nəşriyyatı, 3-cü cild, İstanbul, 1998, s. 255,
148- Prof. Dr. Əli Yardım, Peyğəmbərimizin (səv) Şəmaili, Damla nəşriyyatı, 3-cü cild, İstanbul, 1998, s.261
149- G. Əhməd Ziyaüddin, Ramuz Əl Hədis, 2-ci cild, Gonca nəşriyyatı, İstanbul, 1997, 521/17
150- G. Əhməd Ziyaüddin, Ramuz Əl Hədis, 2-ci cild, Gonca nəşriyyatı, İstanbul, 1997, 521/18
151- Heydər Hatipoğlu, Sünən-i İbni Macə, tərcüməsi və şərhi, Kahraman nəşriyatı, 9-cu cild, İstanbul 1983, s. 75
152- Konyalı Mehmet Vəhbi, Tam Mətni Səhih-i Buxari, 4-cü cild, Üçdal nəşriyat, İstanbul 1993, s.64-65
153- İmam Qəzali, Əhyaü Ulumid-din, 2-ci cild, Huzur nəşriyyatı, İstanbul 1998, s.16
154- İmam Qəzali, Əhyaü Ulumid-din, 1-ci cild, Huzur nəşriyyatı, İstanbul 1998, s.295
155- Hüccətül İslam, İmam Qəzali, Ehyaü Ulumid-din, 2-ci cild, tərcümə: Dr. Sidqi Güllə, Huzur nəşriyyatı, İstanbul 1998, s. 795-796
156- İmam Muhamməd ibn Muhamməd ibn Süleyman ər-Rudani, Böyük Hədis Külliyatı, Cəmül-fəvaid min Cami-il-üsul ve Məcmaiz-zəvaid, cild 5, İz nəşriyyatı, s. 332005-06-19