Hz. Mehdi (ə.s)-ın bu əsrdə gəlməyəcəyini ya da daha sonra gələcəyini iddia edən bəzi kəslərin bu iddiaları, Peyğəmbərimiz (s.ə.v)-in rəvayət etdiyi hədislərlə açıq bir şəkildə təkzib olunmuşdur. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən bir hədisdə:
ifadəsiylə hz. Mehdi (ə.s)-ın hicri 1400-cü ildə zühur edəcəyi açıq bir şəkildə xəbər verilmişdir. Yenə, son 1000 ilin ən böyük İslam alimi ustad Səid Nursi külliyyatında hz. Mehdi (ə.s)-ın hicri 1400-cü ildə zühur edəcəyini bildirmişdir:
Həqiqətən də hicri 1400-cü ilin başlamasıyla birlikdə Peyğəmbərimiz (s.ə.v) tərəfindən bildirilən Axırzaman əlamətləri tək-tək və bir–birinin arxasınca reallaşmağa başlamışdır.
Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən bir çox hədis böyük islam alimi İmam Rəbbaninin məşhur əsəri “Məktubatı Rabbani”, əhli sünnə hədis ədəbiyyatında ən əhəmiyyətli altı kitabdan biri olan “Sünəni Əbu Davuda” iştirak etməkdə, bundan başqa Səid Nursi həzrətlərinin əsərlərindən olan “Barla Lahikası, Kastamonu Lahikası və Şualarda” dəfələrlə və yenə Ustadın hicri 1327-ci ildə Şamda Əməvi Məscidində on min adama verdiyi xütbəsində (Hutbeyi Şamiyədə) hz. Mehdi (ə.s)-ın hicri 1400-cü ildə çıxacağı çox açıq bir şəkildə ifadə edilir.
(Bu mövzuyla əlaqədar digər məlumatlar üçün bax:
(http://www.hazretimehdi.com/1400_1500.html)
Yenə Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən və imam Rəbbani, Cəlalləddin Suyuti, Əhməd ibn Hənbəl, Ustad Səid Nursi həzrətləri kimi böyük İslam alimlərinin əsərlərində iştirak edən və İslam ümmətinin ömrünün hicri 1500-cü ilə qədər olacağını ifadə edən hədislərin varlığı da açıqdır:
İmam Suyuti, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində ümmətin ömrünün 1500 ili aşmayacağını bildirdiyini xəbər verir:
Səid Nursi ümmətin ömrünün hicri 1506-cı ilə qədər olacağını söyləyir:
Yenə ustad, Kastamonu Lahikasının 33-cu səhifəsində qiyamətin qopma tarixini 1545 olaraq vermişdir. (Doğrusunu Allah bilir.)
Bu səhih qaynaqlar istiqamətində hz. Mehdi (ə.s)-ın çıxış vaxtının hicri 1400 sonrakı bir əsr olmayacağı son dərəcə açıqdır. Ümmətin ömrü hicri 1500-cü ilə qədər olacağına və bütün Axırzaman əlamətləri hicri 1400-1500-cü il arasındakı 100 illik dövrdə reallaşacağına görə belə bir iddia son dərəcə səhvdir. Bütün müsəlmanların, Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən Axırzaman ilə əlaqədar səhih hədislərə və ən böyük İslam alimlərinin izahlarına qətiliklə etibar etmələri lazımdır. Əksinə aşağıda sayacağımız və hamısı ard-arda reallaşan bu əlamətləri görməməzlikdən gəlmək, bunların bir dəfə daha bir-birinin arxasınca reallaşması lazım olduğunu iddia etmək mənasını verir. Halbuki, bu əlamətlər artıq bir dəfə və bir sıra şəklində meydana gəlmişdir. Və bu vəziyyət müsəlmanların, Peyğəmbərimiz (s.ə.v)-in xəbər verdiyi Axırzamanın içində yaşadıqlarını başa düşmələri üçün kifayətdir. Reallaşmış bəhs olunan yüzlərlə əlamətə baxmayaraq "eyni əlamətlər bir daha olsun" demək ağla və məntiqə qətiliklə uyğun olmaz. Səmimi bir müsəlman üçün, bu əlamətlərin Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi şəkildə reallaşdığını bir dəfə görmək qətiliklə Axırzamanda yaşadığına və hz. Mehdi (ə.s)-ın inşaAllah zühur etmiş olduğuna inanması üçün kifayətdir.
Hicri 1400-cü il etibarilə bir – birinin arxasınca reallaşmaqda olan Axırzaman əlamətləri hz. Mehdi (ə.s)-ın çıxdığını göstərir:
Həqiqətən də hicri 1400-cü ilin başlamasıyla birlikdə bəhs edilən əlamətlər "bir ipdəki muncuqlar kimi" ard-arda zühur etməyə başlamışdır. Hz. Mehdi (ə.s)-ın hicri 1400-cü ildə çıxacağını qəbul etməyənlər bu əsrdə bir – birinin ardınca reallaşan Axırzaman əlamətlərini qətiliklə şərh edə bilməzlər.
2. Oktyabr 1980-cı il tarixində İran-İraq arasında bir döyüş başlamışdır. Hədisdə bu döyüşdən bu şəkildə bəhs edilir:
Hədisdə verilən tarixlər İran-İraq döyüşünün mərhələləri ilə eyni tarixlərə bərabər gəlir: İran şahına qarşı olan ilk qiyam bilindiyi kimi hədisdə göstərilən 5 şəvval 1398 – də (8 sentyabr 1976) olmuşdur. Hicri 1400-cü ilin zilhiccə (1980 Oktyabr) ayında da İran-İraq arasındakı döyüş tam mənasıyla başlamışdır.
(Ətraflı məlumat üçün bax: http://www.hazretimehdi.com/cikis04.php # 10)
Hədis ilə 1980-cı ildə reallaşan İran-İraq müharibəsi arasında tarixlər və hadisələr baxımından bir uyğunlaşma vardır. Hədisdə bildirilən zamanlar, hadisənin şəkli, yeri, bölgəsi və müddəti tamamilə eynidir. Bütün bu vəziyyətlərə baxmayaraq hz. Mehdi (ə.s)-ın hicri 1400 daha sonrakı bir əsrdə çıxacağını iddia etmək son dərəcə səhvdir. İran-İraq müharibəsi tam hədisdə verilən təfərrüatla həyata keçdiyi halda, başqa bir əsrdə yenidən belə bir döyüş çıxacağı iddiasını ortaya atmaq heç məntiqli deyil.
3. Rusların Əfqanıstana olan işğalı 1979-cu il hicri 1400-cü ilə, digər bir ifadəylə hicri 14-cü əsrin başlanğıcına bərabər gəlir. Hədisdə Peyğəmbərimiz (s.ə.v) bu işğalı belə xəbər vermişdir:
Həmçinin bu rəvayətdə Əfqanıstanın maddi zənginliklərinə də diqqət çəkilir. Bu gün Əfqanıstanda müxtəlif səbəblərə görə işlədilməyən böyük neft yataqları, dəmir hövzələri və kömür mədənləri olduğu bilinir. Aydın olduğu kimi, bu hədisdə ifadə edilən Əfqanıstanın işğalı hicri 1400-cü ildə olmuş və hədis tam reallaşmışdır. Hz. Mehdi (ə.s)-ın hicri 1400-cü ildə gəlməyəcəyi iddiasında olan kəslər digər bir əsrdə digər bütün əlamətlərlə birlikdə Əfqanıstanın yenidən belə bir işğal ediləcəyini iddia edirlər və bu iddialarında qətiliklə haqlı deyildirlər.
4. Fərat çayının suyunun kəsilərək axmaz hala gəlməsi hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindəndir. Bu gün Fərat çayının üzərinə anbarlar qurularaq suyu kəsilmiş və bu hədis reallaşmışdır.
Hz. Mehdi (ə.s)-ın bu əsrdə deyil də başqa bir əsrdə çıxacağı iddiasında olan şəxslər bu vəziyyəti nə şəkildə izah edəcəklər? Fərat çayının suyu onsuz da bir dəfə kəsilmişdir. Hədisə görə ilk kəsilişi əsasdır. Bu səbəblə yenidən kəsilməsi kimi bir vəziyyətin artıq bir mənası yoxdur.
5. 198-ci və 1982-ci illərinin ramazan ayında, 15 gün arayla və iki il üst - üstə ay və günəş tutulmaları olmuşdur.
(Ətraflı məlumat üçün bax: http://www.hazretimehdi.com/cikis07.php 13a )
Bu qeyri-adi hadisə Peyğəmbərimiz (s.ə.v) tərəfindən tarixləri birlikdə açıqlanmış olub, hz. Mehdi (ə.s)-ın əhəmiyyətli bir çıxış əlamətidir. Bu böyük hadisənin eyni şəkildə ard-arda iki dəfə ramazan ayında olacaq şəkildə başqa bir əsrdə yenidən reallaşması Allahın izni ilə bir məna daşımaz, çünki bir dəfə tam olaraq reallaşmışdır.
6. Hədislərdə Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən birinin "bir ordunun çöldə qumun üzərinə batması" olduğunu bildirmişdir. Hədislərdə bu ordunun döyüş əsnasında çöldə qumun üzərinə batacağı çox açıq bir şəkildə ifadə edilmişdir.
Amerikanın 2003-cü ildə İraqı işğal etməsindən sonra İraq ordusunun Respublika gözətçiləri olaraq bilinən 60 min nəfərlik hissəsi və fədailər olaraq bilinən təxminən 15 min nəfərlik hərbi itmişdir. Qəzetlər "Mühafizəkarlara nə oldu? Səddam cuntası itkin, Səddamın təyyarələri qumlardan çıxarıldı.” kimi xəbərlərlə bu qeyri-adi vəziyyəti xəbər etmişlər.
(Ətraflı məlumat üçün bax: http://www.hazretimehdi.com/signs/signs021.html)
Hz. Mehdi (ə.s)-ın daha sonra çıxacağı iddiasıyla ortaya çıxan, çıxışı zamanının bu əsr olmadığını iddia edən şəxslər belə fövqəladə bir hadisənin təkrar reallaşacağını iddia edə bilməzlər. Çünki hədis onsuz da bütün təfərrüatlarıyla reallaşmışdır.
7. Hərəkət istiqaməti, hədisdə ifadə edildiyi şəkildə "şərqdən qərbə doğru olan" Halley kometası 1986-cı ildə yəni hicri 1406 dünyamızın yaxınından keçmişdir.
(əlaqəli hədislər üçün bax: http://www.hazretimehdi.com/signs/signs007.html)
Bu iddia sahiblərinə görə parlaq və işıltılı bir ulduz olan və ancaq 76-cı ildə dünyamızın yaxınından keçən Halley kometası bu sabit keçiş müddətini pozaraq başqa bir əsrdə yenidən keçməyəcəyinə görə belə bir iddia da yersizdir.
8. 1979-cu ildə (hicri 1 məhərrəm ayı 1400-cü ildə) Həcc əsnasında Kəbədə böyük bir qırğın olmuşdur. (1 məhərrəm ayı 1400) Hadisənin meydana gəlmə tarixi hicri 1400-cü ilin ilk günüdür. Bu sırada 30 adam həyatını itirmişdir. Peyğəmbərimiz (s.ə.v) hədisdə "hz. Mehdi (ə.s)-ın çıxacağı il" Kəbədə belə əhəmiyyətli bir hadisənin olacağından bəhs edir.
(Ətraflı məlumat üçün bax: http://www.hazretimehdi.com/cikis10.php # 16A)
"Çıxacağı il" ifadəsi bu baxımdan son dərəcə əhəmiyyətlidir. Çünki həm bu hadisə, həm də hz. Mehdi (ə.s)-ın çıxış tarixi 1979-cu ili göstərir. 1979-cu ildə reallaşan bu hadisənin arxasınca 7 il sonra həcc əsnasında daha çox qanlı bir hadisə meydana gəlmişdir. Bu dəfə də 402 adam öldürülmüşdür. Ancaq, bu hadisənin ilkindən fərqi son hadisənin Kəbənin içində deyil yanında reallaşmış olmasıdır. Bu 2 hadisə də hədislərdə hz. Mehdi (ə.s)-ın çıxış əlaməti olaraq izah edilən "Kəbə basqını və Kəbədə qan axıdılması" hadisələriylə tam olaraq eyni şəkildə olmuşdur.
Hicri 1400-cü il keçmiş olduğuna görə, hz. Mehdi (ə.s)-ın başqa bir əsrdə gələcəyi iddiasında olan kəslər, bu hədislərin və hz. Mehdi (ə.s)-ın çıxış əlaməti olaraq bildirilən digər bütün hədislərin bir – birinin arxasınca yenidən reallaşacağını əsla iddia edə bilməzlər.
9. Hədislərdə "şərq tərəfindən bir alov görünəcəyi" və bunun hz. Mehdi (ə.s)-ın çıxış əlaməti olacağı bildirilmişdir.
(Ətraflı məlumat üçün bax: http://www.hazretimehdi.com/cikis11.php # 17a)
1991-ci ildə İraqın Küveyti işğalı sonrasında Küveytə aid neft quyuları atəşə verilmiş, Küveyt və Bəsrə körfəzini çox böyük bir atəş bürümüşdür. Hədislərdə şərq tərəfindən görüləcək olan bu odla əlaqədar olaraq; "atəşin sönük bir vəziyyətdə olduğu", atəşin, dəhşətli əzab olduğu halda insanları bürüyəcəyi, malları yandırıb yaxacağı, külək ilə bulud kimi uçaraq dünyanın hər tərəfinə yayılacağı kimi təfərrüatlar verilmişdir. Verilən bütün təfərrüatlar 1991-ci ildəki bu hadisəni açıq şəkildə işarə edir.
10. Hədisdə hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən olan və "tozlu, dumanlı qaranlıq bir fitnə" olaraq ifadə olunan əlamət, 2001-ci ilin 11 sentyabr günü ABŞ-da həyata keçirilən terror hərəkətinə işarə edir. Peyğəmbərimiz (s.ə.v) bu hadisəni belə xəbər vermişdir:
Həqiqətən də 11 sentyabr hadisələrindən sonra meydana gələn böyük partlayışlar nəticəsində böyük bir duman yaranmış, bu duman həm bütün şəhərdən, həm də ətraf şəhərlərdən görüləcək qədər yüksəlmiş və yayılmışdır. Bundan başqa hadisə ilə birlikdə çökən binaların meydana gətirdiyi toz buludu çox insanın üzərini tamamilə örtmüşdür. Bu böyük terror hərəkəti, hz. Mehdi (ə.s)-ın çıxışını müjdələyən və reallaşan digər bütün çıxış əlamətləriylə birlikdə bu əsr içində reallaşmışdır. Bu vəziyyətdə hz. Mehdi (ə.s)-ın başqa bir əsrdə çıxacağı iddiasında olanlar bu hadisəni digər bütün hədislərlə bir bütünlük ərz edəcək şəkildə açıqlaya bilməzlər.
11. Hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən biri də "Onun çıxışından əvvəl, Şam və Misir məliklərinin öldürüləcəyi” xəbərini verən hədisdir.
Bu hədis hz. Mehdi (ə.s)-ın zühuru əvvəlində Yaxın Şərqdə və Afrika qitəsində yerləşən bəzi dövlət liderlərinin öldürüləcəyini xəbər verir.
1920-ci ildə Suriyanın keçmiş prezidenti Salah Al-Deen Beetar, 1921-ci ildə Suriya baş naziri Droubi Paşa, 1949-cu ildə Suriya baş naziri Muhsin al-Bərazi, 1951-ci ildə İordaniya Kralı Abdullah, 1963-cü ildə İraq Hava qüvvələri tərəfindən edilən inqilab zamanı öldürülən keçmiş İraq Kralı Əbdül Qasım və 1982-ci ildə bombalı sui-qəsdə uğrayan Livanda Falanjist lideri Bəşir Cəmayəl kimi bir çox liderin öldürülməsiylə bu hədis reallaşmışdır. Hz. Mehdi (ə.s)-ın çıxışının başqa bir əsrə qaldığını iddia edən kəslər ard-arda reallaşan və hz. Mehdi (ə.s)-ın çıxışı əvvəlinə bərabər gələn bu hadisələrin yenidən və digər bütün əlamətlərlə birlikdə reallaşması lazım olduğunu bildiklərinə görə belə bir iddiada olmaları çox mənasız olacaq.
12. Hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən biri də, Azərbaycanın işğal edilməsidir. 20 Yanvar 1990-cı ildə Azərbaycana aid Dağlıq Qarabağ ermənilər tərəfindən işğal edilmiş və bu vaxt çox sayda Azəri müsəlman şəhid olmuşdur. Hədisdə bildirilən "... Azərbaycandan mütləq bir atəş çıxacaq... Və heç bir şey onun qarşısında dayana bilməyəcək. Belə bir şey olunca evinizdə oturun...”
(Ətraflı məlumat üçün bax: http://www.hazretimehdi.com/azerbaycan.html)
Bu şəklində ifadə edilən hadisə 1990-cı ildəki bu işğalla reallaşmışdır. Hz. Mehdi (ə.s)-ın bu əsrdə deyil də daha sonrakı bir əsrdə zühur edəcəyi iddiasını ortaya atanlar bu hədisi və reallaşdığı tarixi daha sonrakı bir əsr baxımından necə şərh edəcəklər? Belə dəqiq reallaşmış olan bir hadisəni şərh etmələri qeyri-mümkündür.
13. Hədisdə Fırat çayının suyunun kəsilməsinin ardından bölgədə böyük terror hadisələri olacağına və çox sayda insanın həyatını itirəcəyini diqqət çəkilmişdir. Həqiqətən də Fırat çayının suyunun kəsilməsindən sonra bölgədə PKK terroru yaranmış və çox sayda insan ölmüşdür. Digər tərəfdən də Fıratın suyu kəsilərək üzərinə anbarlar qurulmasının sonrasında bölgədə böyük bir iqtisadi potensial da ortaya çıxmışdır və bölgənin torpaqlarının dəyəri artmışdır. Bütün bu hadisələr Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən bu hədisin reallaşdığını göstərir:
O zaman, hz. Mehdi (ə.s)-ın bu əsrdə gəlməyəcəyini iddia edənlər onsuz da hal-hazırda yaşanan və hədisə görə reallaşmış olan bu vəziyyəti görməməzlikdən gəlib belə bir iddia edə bilməzlər.
14. Hz. Mehdi (ə.s)-ın müəyyənedici çıxış əlamətlərindən biri olan və İmam-ı Rəbbani tərəfindən bildirilən əhəmiyyətli bir əlamət də “buynuzu xatırladan iki uclu bir ulduzun” çıxmasıdır. Bu quyruqlu ulduz 24 fevral 2009-cu ildə dünyaya ən yaxın nöqtədən keçən Lulin quyruqlu ulduzudur. Bu ulduz hədisdə bu şəkildə təyin olunmuşdur.
Həqiqətən də bir daha minlərlə il sonra keçəcəyi düşünülən Lulin kometası hədisdəki bu təriflərə tam olaraq uyğun gəlir.
(Ətraflı məlumat üçün bax: http://www.hazretimehdi.com/lulin.html)
Hz. Mehdi (ə.s)-ın hicri 1400-cü ildə çıxacağı həqiqətini və başqa bir əsrdə çıxacağı iddiasıyla ortaya çıxanlar bu böyük əlamətin reallaşmasını qətiliklə şərh edə bilməzlər. Peyğəmbərimiz (s.ə.v)-in təyin etmələrinə tam uyğun gələn bu kometanın Axırzamanda dünyanın yaxınından keçmiş olması son dərəcə əhəmiyyətlidir. Həmçinin elm adamları bu kometanın dünyaya yaxın bir yerdən yenidən keçməsi üçün ən az 1000 illik bir müddətdən bəhs edir.
Lulin quyruqlu ulduzunun 1000 ildə bir keçdiyi səbəbindən bundan sonrakı keçişinin də 1000 il sonra olacağını elmi olaraq açıqlayan internet saytları:
http://www.skyandtelescope.com/observing/home/35992534.html
http://www.dipity.com/timeline/Comet-Lulin
http://topnews.us/content/23887-get-best-views-comet-lulin-now
http://www.brighthub.com/science/space/articles/25677.aspx)
Bu tarix isə 3000 illərə bərabər gəlir. Halbuki Peyğəmbərimiz (s.ə.v) ümmətin ömrünün hicri 1500 - də sona çatacağını, Ustad Səid Nursi həzrətləri də hicri 1545 –ci illər etibarilə yəni miladi təqvimə görə 2120 kimi qiyamətin inkar edənlərin başına qopacağını bildirməkdədirlər. Bu şərhlər istiqamətində baxıldığında hz. Mehdi (ə.s) –ın zühur əlamətlərindən biri olan Lulin kometasını bu hicri əsr xaricində insanlığın bir dəfə daha görməsi kimi bir vəziyyət söz mövzusu deyil.
15. Günəşdə böyük bir əlamətin meydana çıxması, hədislərdə hz. Mehdi (ə.s)-ın gəliş əlamətlərindən biri olaraq xəbər verilmişdir:
Həqiqətən də günəşdə bu günə qədər müşahidə edilən partlamaların ən böyüyü noyabr 2003 tarixində, yəni hicri 1430-cu ildə meydana gəlmişdir. Belə böyük bir partlamanın ilk dəfə yaşadığımız bu əsrdə reallaşmış olması və mətbuatda bu partlamanın; "günəşdə ən böyük partlama meydana gəldi ..." kimi başlıqlarla verilməsi hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən birinin daha reallaşdığının göstəricisidir.
16. Hədislərdə hz. Mehdi (ə.s)-ın çıxışından əvvəl böyük bir iqtisadi böhranın meydana gələcəyi Peyğəmbərimiz (s.ə.v) tərəfindən xəbər verilmiş. İnsanların, "az qazanc, bazarın durğun olması, işlərin az getməsi" kimi iqtisadi çətinliklərin yayılacaği bir çox hədislə bildirilmişdir.
(Ətraflı məlumat üçün bax: http://www.hazretimehdi.com/ekonomi.html)
Bəhs edilən hədislər, indi bütün dünyada yaşanan böyük iqtisadi böhrana tam olaraq uyğunluq göstərir. Dünyanın Amerika, Çin, Almaniya kimi böyük iqtisadiyyatları bu böhranla birlikdə ağır itkilər vermiş, dünya tərəfindən məşhur nəhəng şirkətlər, banklar, sənayeləri böhran səbəbiylə çökmüşdür. Axırzamanın bu əhəmiyyətli hadisəsi tam olaraq həyata keçmiş, hədis reallaşmışdır.
17. Hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən biri də, hədislərdə İtaliyada olacağı bildirilən böyük bir zəlzələ ilə əlaqədardır. Hədisdə İtaliyada böyük bir zəlzələnin reallaşacağı və Vatikanın divarlarında təxribat olacağı bildirilmişdir.
6 aprel 2009 günü İtaliyada meydana gələn zəlzələ hədislərlə bildirilən hz. Mehdi (ə.s)-ın bir çıxış əlaməti daha reallaşmışdır. Hz. Mehdi (ə.s)-ın daha sonra çıxacağını iddia edən kəslər İtaliyada meydana gələn və Vatikanda da təxribat yaradan belə böyük bir zəlzələni görməməzlikdən gələ bilməzlər.
18. 15 noyabr 1979 tarixində dünyanın 4- cü böyük tankeri olan 150 min qrostonluq Independenta adlı Rum tankeri İslam aləminin son mərkəzi olan İstanbula gəldiyi bir sırada bir qəza nəticəsində quruya oturmuşdur. Bu sırada istanbullular bu böyük partlamanın səsiylə böyük bir qorxu və dəhşət yaşadılar. Günlərlə böyük bir atəş çıxararaq yanan bu tanker sonunda Heydərpaşa qarşısında batdı.
(Ətraflı məlumat üçün bax: (http://www.hazretimehdi.com/patlama1.html)
(HZ. MEHDİ (Ə.S)-IN İSTANBULA GƏLİŞİNİ İNSANLARA XƏBƏR VERƏN BÖYÜK ƏLAMƏT)
Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən bir hədisdə belə bildirilir:
Hədisdə verilən məlumatlardan bu hadisənin hz. Mehdi (ə.s)-ın çıxış yeri olan İstanbula ayaq basdığı günlər içərisində meydana gələcəyi bildirilmişdir. Göy gurultusu kimi çox yüksək bir səslə günlərlə davam edən nəhəng atəş, işıq və tüstü buluduyla və zaman -zaman meydana gələn partlayışlarla, hz. Mehdi (ə.s)-ın İstanbula gəldiyi insanlara xəbər verilmişdir.
Hz. Mehdi (ə.s)-ın hicri 1400-cü ildə çıxmadığı, daha sonrakı bir əsrdə çıxacağı fikrində olanlar bu və digər bütün əlaqədar hədislər arasındakı tarix uyğunlaşmasını və çox düzgün sıralamağı görməməzlikdən gələ bilməzlər.