Soyuq və ruhsuz həyat tərzinin dəyişməsi üçün edilməli olanlar
ucgen

Soyuq və ruhsuz həyat tərzinin dəyişməsi üçün edilməli olanlar

1670
  • Ətrafınızda cansıxıcı üz cizgilərinə sahib olan çox sayda insan varmı?
  • Tez-tez şikayət edən, ən kiçik problemlərdə də əsəbləşib özündən çıxan insanların sayı gündən-günə artırmı?
  • Sosial şəbəkələrdəki dostlarınız səhifələrində tez-tez sıxıntı keçirdikləri ilə bağlı məlumatlar paylaşırlarmı?
  • İzləyicilərinə "insan əsəbinin son həddindəyəm", "artıq bəsdir", "səbrin sonundayam" kimi mesajlar göndərirlərmi?

Ətrafınızdakı bəzi insanların soyuq və ruhsuz əhval-ruhiyyədə olduğunu görürsünüz. Bu insanların ortaq cəhəti iman gətirməmələri, imanın insana qazandıracağı gözəlliklərin tam fərqinə vara bilməmələri,  düşünə bilməmələri və ya yaşadıqları tərəddüddür.

Uca Rəbbimiz Allah bu cür insanları Yunis surəsinin 7-ci ayəsində “dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar” kimi təsvir etmişdir. Bu şəxslərin yeganə məqsədi dünyada bir az da yaşamaq və dünyadan bir az da istifadə etməkdir.

Bu insanlar imanın insana qazandıracağı gözəlliklərdən bəzən bilərək, bəzən də bilmədən kənar qalmışlar. Yaşadıqları soyuq dünyanın, sevgi çatışmazlığının, sıxıntıların və digər bütün ruhi və fiziki narahatlıqlarının əsas səbəbinin iman əskikliyi olduğunu bəlkə də heç düşünməmişlər. Halbuki bu soyuq və ruhsuz həyat tərzinin dəyişməsi çox asandır. Bunun üçün insanın dünyanın yaradılma məqsədini düşünməsi kifayətdir.

Sıxıntılı əhval-ruhiyyədə olan insanlar bütün həyatları boyunca xoşbəxtliyi axtarırlar

İman gətirməyən insanlar xoşbəxtlik üçün öz aləmlərində səbəblər axtarır, bəziləri var-dövlətlə, bəziləri gözəlliklə və ya gəncliklə, bəziləri məşhur olmaqla və ya nailiyyət əldə etməklə xoşbəxt olacağını zənn edirlər. Hətta bu məsələdə əskiklikləri olduğunu düşündükləri şəxslərin xoşbəxt olmasını qəribə qarşılayır və anlaya bilmirlər. Dünyadakı hər şeyi səthi dəyərləndirən, yalnızca dünya zövqlərini hədəf alan bu insanlar, həqiqətən də heç vaxt xoşbəxt ola bilməzlər. Gənc və ya yaşlı, varlı və ya kasıb fərq etməz, yaşadıqları həyatdan şikayət etməyi həyatlarının ayrılmaz hissəsinə çeviriblər. Demək olar ki, hər hadisə haqqında şikayət etməyə, narazılıqlarını dilə gətirməyə bir şeylər tapırlar. Qarşılaşdıqları bir hadisənin yüz gözəl, sevinc bəxş edən, zövq verən yönü varsa, onlar bunları görüb xoşbəxt olmaqdansa, bir neçə xırda qüsura bənd olaraq bunların sıxıntısını yaşayırlar. Bu düşüncə onlarda o qədər dərinləşmiş bir vərdişə çevrilib ki, hələ yaşamadıqları, təcrübədən keçirmədikləri hadisələr haqqında da eyni rəftarı göstərə bilirlər. Hələ bir hadisəni yaşamadan rast gələcək mümkün ehtimalları düşünəü və bu xəyali sıxıntılar səbəbi ilə də bədbin olurlar.

Bütün bunlarla yanaşı, hər cür səylərinə baxmayaraq, özləri də səbəbini tam olaraq bilmədikləri, səbəbsiz bir bezginlik və heç bir şeydən lazımi qədər razı qalmamaq hissini yaşayırlar. Diqqətlə baxsaq, bu cür insanların “İçimdə səbəbsiz bir sıxıntı var”, “Canım çox sıxılır”, “Artıq bu həyatdan bezdim”, “Ürəyim heç bir şey istəmir” kimi sözləri tez-tez dilə gətirdiklərini görərik. Üstəlik bu kəsləri qəlblərində yaşadıqları dərin bezginlik və narazılıq hissindən xilas etməyə cəhd etsəniz də, çox vaxt bacara bilməzsiniz.

Belə ki, onları dünyanın ən gözəl yerinə aparsanız, mümkün olan ən gözəl, ən mükəmməl nemətləri qarşılarına düzsəniz, arzu etdikləri hər cür rahatlıq və dəbdəbəni təşkil etsəniz, yenə də bu şəxslərin gözəlliklərdən lazımi qədər zövq almalarını, bu gözəlliklərin hər zaman ruhlarına təsir etməsini və onların tam olaraq xoşbəxt olmasını təmin etməyə bilərsiniz.

İnsanların yaşadığı bu sıxıntılı həyatdan xilas olmağın, xoşbəxtliyin və gözəl həyat yaşamağın yolunu Allah’ın ayələrindən kənarda axtaran cəmiyyətlər tarix boyunca bir çox fikir və fəlsəfə mənimsəmişlər. İrəli sürdükləri bütün azğın düşüncələrin ortaq cəhəti isə dünya həyatının nemətlərindən maksimum həddə, hərislik və ehtirasla faydalanmaqdır.

Allah Quranda belə şəxslərin bu tamahkarlığını "Sən də Bizim Zikrimizi rədd edib dünya həyatından başqa bir şey istəməyənlərdən üzünü yana çevir!"(Nəcm surəsi, 29) ayəsi ilə bildirmişdir. Digər ayədə isə Allah, bu şəxslərin aludə olduqları dünya hərisliyinə görə onlara verilən saysız-hesabsız imkan və nemətlər üçün şükür etməkdənsə, bitib-tükənməyən bir tamahkarlıqla yaşadıqlarını bildirir:

Məni yaratdığım kimsə ilə tək burax; Mən ona bolluca var-dövlət bağışladım, qayğısına qalan oğullar verdim və onu hər cür imkanlarla təmin etdim. Bunlara baxmayaraq, o, yenə də əlavə etməyimi arzulayır.(Müddəssir surəsi, 11-15)

Bir insan gözəlliklərdən zövq almaq istəyirsə, bu gözəllikləri təqdir edə biləcək bir düşüncəyə malik olmalıdır. Məsələn, bir qərənfilin yarpaqlarının mükəmməl düzülüşünün, qoxusunun, səthindəki yumşaqlığın fərqinə varmalı, ən əhəmiyyətlisi isə bu bənzərsiz gözəlliyin böyük bir nemət olaraq yaradıldığını dərk etməlidir. Bunu tam mənası ilə qavrayan insanlar da yalnızca iman gətirənlərdir. Çünki Allah’a iman gətirən insanlar dünyadakı hər incəliyin Rəbbimizin böyük bir lütfü olduğunun şüurundadırlar. Bu şəxslər hər tərəfini bürüyən nemətlərin Allah’dan olduğunun fərqindədirlər və hər gözəllikdə Allah’ın sonsuz yaratma gücünü düşünürlər. Bu onların Allah’a olan sevgilərini və sadiqliyini daha da artırır.

Allah’ın “... Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır...” (Nəhl surəsi, 30) “... Allah onlara həm dünya mükafatını, həm də gözəl axirət mükafatını verdi...”  (Ali İmran surəsi, 148) ayələri ilə bildirdiyi kimi, Allah gözəl bir həyatı yalnızca iman gətirənlərə yaşadır. İnkar edənlər üçün isə Allah bir ayədə “Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq...” (Taha surəsi, 124) hökmü ilə bildirdiyi kimi mütləq “sıxıntılı bir həyat” vardır. Bu insanlar imandan başqa heç bir şəkildə bu sıxıntılı yaşayışdan xilas ola bilməz, heç bir yolla xoşbəxtliyi əldə edə bilməzlər. Maddi olaraq çox böyük imkanlara sahib olsalar da, bunların ləzzətini lazımi qədər ala bilməz, bu nemətlərin sevincini tam olaraq hiss edə bilməzlər.

İman insanın sevinc mənbəyidir

İman gətirən insanlar həyatlarının hər anında xoşbəxt və rahat olurlar. Nemətlər azalanda, xəstəlik halında və ya digər hər hansı çətinlikdə də xoşbəxtliyini heç vaxt itirmirlər. Xoşbəxt olmaları üçün xüsusi bir səbəbə ehtiyac yoxdur, onlar üçün ən əsas iman gətirmək böyük bir şükür və sevinc səbəbidir. Dünya həyatındakı çətinliklərin onlara imtahan üçün verildiyini və çətinliklərə səbr etdiklərində bunun Allah qatında gözəl bir qarşılığı olacağına ümid edirlər. Bu düşüncə onların sevinc mənbəyi olur. Vicdanları ilə hərəkət etdikləri üçün müqayisə edirlər və müqayisə ilə nemətlərin dəyərini daha çox bilirlər.

İman gətirməyən insanlarda isə bu vəziyyət tam tərsinədir. Bir evi olan insan ondan da böyük evi olan dostunu gördükdə onun üçün sevinməkdənsə, onun üçün xoşbəxt olmaqdansa, bunu qısqanır və daha böyük bir evə sahib olmaq üçün plan qurmağa başlayır. Lakin mümkün olan ən böyük evi əldə etsə də, yenə xoşbəxt olmayacaq, çünki Allah dünya həyatındakı rahatlığı və xoşbəxtliyi evin böyüklüyünə, gözəlliyə, yeməklərin bolluğuna, şöhrətə və ya nailiyyətlərə bağlı olaraq yaratmayıb. Bir az dərin düşünən insanlar bunu dərhal dərk edirlər.

Bir insanın nə qədər böyük evi olsa da, yaşayacağı yer bir otaq, bir mətbəx və ya vanna otağıdır. Bu insan 10 otaqlı evə də sahib olsa, otaqların hamısında eyni anda ola bilməyəcək və yenə də bircə otağın içində yaşayacaq.

Ən gözəl ziyafət süfrəsindəki adam üçün də vəziyyət eynidir. Möhtəşəm bir stol olsa da, hər insanın bir yemək həddi vardır, ən ləzzətli yeməklər də müəyyən qədər yeyilir, əks halda vücudda ciddi narahatlıq yaradır.

Gənclik və gözəllik isə müvəqqətidir, hər bir insan zaman keçdikcə yaşlanır, gücünü itirir. İman olmasa bu vəziyyət böyük bir sıxıntı meydana gətirə bilər.

Dünyada nemət olaraq verilən bütün gözəlliklər ən çoxuna sahib olduqda deyil, yalnızca sevgi ilə bölüşdükdə, fədakarlıq ruhu ilə hərəkət etdikdə zövq verir. Əks halda insanın həyat ritmini aşağı salan bir əzab vəsiləsinə çevrilə bilər.

İnsan imanı artdıqca gözəlliklərdən də daha çox zövq almağa başlayır, hər məsələdə gözəl bir yön tapıb, hər hadisədə xeyir görə bilir.

Unutmayaq ki, insanların həqiqi xoşbəxtliyi əldə etmələrinin yeganə yolu Allah’a iman gətirməkdir.

Bu həqiqət Quranda “... Bilin ki, qəlblər ancaq Allah’ı zikr etməklə rahatlıq tapır.”(Rad surəsi, 28) ayəsi ilə xəbər verilmişdir. Yaşanan bədbəxtlikdən və bezginlikdən yalnızca Allah’ın rəhməti və qullarına bəxş etdiyi neməti dərk edildiyi və iman əxlaqı yaşandığı təqdirdə xilas olmaq olar. Dünya həyatından yalnızca bu şəkildə zövq alına bilər, təkcə bu şəkildə gözəlliklərin dəyəri tam olaraq aydın ola bilər.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr