Zülalın quruluşuna 30.000 kompyuterin çata bilmədiyini…
Zülalın üçqat bükülməsinin kompüterlə təqlid edildiyi araşdırma hüceyrədəki möcüzəvi yaradılışı bir daha sübut etdi. Stenford Universitetinin fizio-kimyaçısı Viyaj Pandenin apardığı tədqiqatda zülalın bükülməsini virtual mühitdə həyata keçirəcək kompyuter şəbəkəsi təşkil edildi. Ancaq zülalın bükülməsində baş verən proseslər o qədər çox idi ki, bunları uğurlu şəkildə təqlid etmək üçün internet könüllülərinə aid düz 30.000 kompyuterdən istifadə edildi (Eurakalert.com: Finding a ‘Holy Grail’: simulated and experimental protein folding compares nicely, 20 oktyabr 2002). İki il ərzində davam etdirilən məlumat toplama işində kompyuterlər bir milyon saatdan çox işləyib.
İnsan orqanizmində baş verən çoxsaylı prosesdən sadəcə çox kiçik hissəyə aid bu tədqiqat qüsursuz yaradılışı göstərir. Allah üstün güc sahibidir, hər cür yaratmağa qadirdir.
Kalsiumun orqanizmimiz üçün nə qədər vacib olduğunu…
Sağlam orqanizm üçün lazımi minerallardan biri kalsiumdur. Bu mineral sümüklərimizdə çox miqdardadır. Kalsiumun miqdarı həddindən artıq azaldıqda, diş və bel ağrıları, sümüklərdə kövrəlmə, çatlama və sınma müşahidə olunur. Orqanizmdəki kalsium miqdarı təkcə sümüklər üçün
vacib deyil. Kalsium, Rəbbimizin iznilə, eyni zamanda, orqanizmdəki bütün proseslərdə rol oynayır. Xüsusilə orqanizmdə dəmirin istifadəsi və qəbul edilən qidaların hüceyrə qılafından keçməsi üçün vacib mineraldır.
Hüceyrələrin funksiyalarını yerinə yetirməsi, sinir impulslarının göndərilməsi, əzələlərin inkişafı və gərilməsi, qanın laxtalanması, hamiləlik zamanı körpənin sümüklərinin inkişafı üçün çox vacibdir. Bundan əlavə, körpəni qurğuşun zəhərlənməsindən qoruyur, böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır, ürək infarktı risklərini azaldır, bədəni enerji ilə təmin edir, müxtəlif fermentləri hərəkətə gətirir, orqanizmin yaxşı həzm etməsi üçün yağları parçalayır, dərinin sağlam qalmasına kömək edir.