Bombardman böcəyi
ucgen

Bombardman böcəyi

1425

Bombardman böcəyi digər böcəklərdən qeyri-adi xüsusiyyəti ilə fərqlənir. 1,5 sm uzunluğunda olan bu canlının bədənində mürəkkəb “kimyəvi silah” vardır.

Böcək düşməni tərəfindən təhdid edildikdə bədəninin arxa hissəsində yerləşən xüsusi boru ilə düşməninə doğru qaynar və qıcıqlandırıcı kimyəvi maye atır. Nəticədə bu mayedən yanan və qıcıqlanan düşmənin yeganə çarəsi mümkün qədər sürətli qaçmaq olur.

 

Bəs bu “kimyəvi silah” neçə işləyir?

 

Canlı düşməni ilə mübarizədə bədənində saxladığı hidrogen-peroksidlə hidrokinonu onun üzərinə atır. Bu iki maddə böcəyin vücudundakı iki ayrı ifrazat vəzisi tərəfindən ifraz olunur. İfraz olunan maddələr saxlama kamerası deyilən iki xüsusi bölmədə toplanır. Bu bölmələr də partlama kamerası adlanan bir bölməyə açılır. Bu iki bölmə insan ürəyindəki qapaqlı əzələ sisteminə bənzəyən bir sistemlə bir-birindən ayrılır. Böcək təhdid edildiyini anlayan kimi, saxlama kamerasının əzələlərini sıxır və buradakı mayelər partlama kamerasına dolur. Partlama kamerasında bu maddələrin kimyəvi reaksiyasını təmin edən xüsusi ferment vardır.

Partlama kamerasına yığılan kimyəvi qarışıq fermentlə birləşdikdə zəncirvari reaksiya başlayır. Hidrogen peroksid su və oksigenə parçalanır. Oksigen hidrokinon ilə reaksiyaya girərək daha çox su meydana gətirir və kinon adlanan qıcıqlandırıcı kimyəvi maddə əmələ gəlir. Bu reaksiyalar zamanı həddindən çox istilik ayrılır və kimyəvi qarışıq qaynama həddinə çatır. Böcəyin bədənindən xaricə uzanan kanal, qaynayan kimyəvi qarışığın çıxa biləcəyi yeganə yoldur. Kanalın ətrafındakı əzələlər düşməni hədəf almağı təmin edir. Beləcə böcək düşmənini zəhərli kimyəvi maddə ilə qaynadır. İndi isə bu mükəmməl sistemin necə işlədiyi haqqında düşünək. Diqqət etdinizsə, bu sistemin bütün mərhələlərinin əksiksiz və qüsursuz şəkildə həyata keçməsinin çox vacib olduğunu gördük. Çünki sistemdə hər hansı çatışmazlıq olsa ya partlayış baş verməz və böcək düşməni tərəfindən asanlıqla öldürülər, ya da partlayış böcəyin özünü parçalayardı. Əgər bir element əksik olsa və ya vaxtında fəaliyyətə keçməsə, böcək ölər. Məsələn, toplanma kamerasını partlama kamerasından ayıran əzələ vaxtında açılıb bağlanmasa ya sistem işləməz, ya da böcək özünü qaynadar. Qısası, sistemin işləməsi üçün bütün hissələr eyni anda və qüsursuz şəkildə mövcud olmalıdır. Bu isə təkamül nəzəriyyəsinin “mərhələli təkamül” iddiasını tamamilə çürüdür. Aydındır ki, böcəkdəki bu sistem hər hansı təsadüflər zənciri ilə ortaya çıxa bilməz. Həqiqət göz önündədir: Allah bu kiçik canlıda qüsursuz yaratmasının dəlillərindən birini nümayiş etdirir. Quranda Allahın yaratması belə bildirilir:

 

“O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.” (Həşr surəsi / 24)

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr