Bal arıları digər bütün canlılar kimi öz növlərinə xas davranışlara sahibdirlər. Bu davranışlar da təkamülçülər baxımından sual işarələri ilə doludur. Məsələn təkamülçülər bal arılarının pətək istehsalında istifadə ağla sığmaz hesabları təkamül nəzəriyyəsinin heç bir xəyali mexanizmi ilə açıqlaya bilmirlər. Çarlz Darvin də arıların davranışlarını öz nəzəriyyəsinin mexanizmləri ilə açıqlamaqda çətinlik çəkdiyini etiraf etmişdir. Növlərin Mənşəyi adlı kitabında soruşduğu bir sual ilə Darvin, qurucusu olduğu nəzəriyyənin bu canlılar mövzusunda içinə düşdüyü ziddiyyəti belə vurğulayır: "... İnstinktlər Təbii Seçməklə qazanıla bilər, və ya dəyişikliyə məruz qala bilərmi? Arını,-böyük riyaziyyatçıların kəşflərindən çox əvvəldən pətək gözlərini etməyə yönəldən instinktləri üçün nə deyəcəyik? "(Charles Darvin, Növlərin Mənşəyi, 186)