Quranda qeyd edilən bəzi qavramlar XXI əsrin elmi nailiyyətləri ilə tədqiq ediləndə qarşımıza bir Quran möcüzəsi kimi çıxır. Bunlardan biri «Nəcm» surəsinin 49-cu ayəsində qeyd edilən Sirius ulduzudur:
«Şira ulduzunun da Rəbbi Odur!» («Nəcm» surəsi, 49)
Ərəb dilində əvəzi «Şira» olan Sirius ulduzunun təkcə «ulduz» mənasına gələn «Nəcm» surəsinin 49-cu ayəsində qeyd edilməsi çox diqqət çəkici bir məqamdır. Çünki alimlər gecələr göydəki ən parlaq ulduz olan Siriusun hərəkətindəki nizamsızlığa əsaslanaraq onun bir cüt ulduz olduğunu kəşf etmişdilər. Dolayısilə, Sirius Sirius A və Sirius B kimi ifadə edilən iki ulduzdan meydana gələn bir dəst ulduzdur. Bunlardan daha böyük olan Sirius A Sirius B-dən Yer kürəsinə daha yaxındır. Onun əsas xüsusiyyəti adi gözlə görünən ən parlaq ulduz olmasıdır. Sirius B ulduzunun xüsusiyyəti isə onun teleskopsuz görünməməsidir.
Bu iki Sirius ulduzu bir-birinə tərəf qövs formasında bir ox çəkir və hər 49,9 ildə bir-birinə yaxınlaşaraq göy üzündə sallanırlar. Bu, müasir dövrümüzdə Harvard, Ottava və Leikester universitetləri astronomiya ilə məşğul olan bölmələrinin yekdilliklə qəbul etdiyi elmi həqiqətdir.Bu məlumatlar bəzi mənbələrdə belə qeyd edilir:
«Ən parlaq ulduz olan Sirius, əslində, bir cüt ulduzdur... Fırlanma periodu 49,9 ildir».
«Məlum olduğu kimi, Sirius A və Sirius B ulduzları bir-birinin ətrafında hər 49,9 ildə bir cüt qövs çəkərək fırlanırlar».
Burada diqqətəlayiq məqam iki ulduzun bir-birinin ətrafında fırlanaraq qövs formasında iki ədəd orbit çəkməsi ilə bağlıdır. Ancaq XX əsrin axırlarına doğru üzə çıxan bu elmi həqiqət 14 əsr əvvəl möcüzəli bir tərzdə Quranda ifadə edilmişdir. «Nəcm» surəsinin 49-cu və 9-cu ayələri birlikdə oxunanda bu möcüzə qarşımıza çıxır:
«Şira ulduzunun da Rəbbi Odur!» («Nəcm» surəsi, 49) «(Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə ondan da yaxın oldu» («Nəcm» surəsi, 9) «Nəcm» surəsinin 9-cu ayəsində başa düşülən «onların ikisi arasındakı məsafə» ifadəsi bizə bu iki ulduzun hərəkət etdiyi orbitdə bir-birinə yaxınlaşdığını ifadə edir (ən doğrusunu Allah bilir). Quranın vəhy edildiyi dövrdə bilinməsi mümkün olmayan bu elmi fakt Quranın uca Rəbbimizin bir sözü olduğu həqiqətini bizlərə bir daha sübut edir.